“Ana” – 80 il əvvəl yazılan əsər
ekranda
Yanvarın 18-də “Park Cinema” kinoteatrlar şəbəkəsində
Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun
(1923–2013) 1944-cü ildə yazdığı eyniadlı hekayənin
motivləri əsasında çəkilən “Ana” filmi
göstəriləcək.
Şəhid analarına həsr olunmuş filmin
nümayişindən əldə olunacaq vəsait YAŞAT
Fonduna köçürüləcək. Layihənin müəllifi
Toğrul Abdullayev, rejissoru Vüsal Məmmədovdur. Filmdə
Əməkdar artistlər Gülər Nəbiyeva və Firəngiz
Babayeva, aktyorlar İlqar Musayev, Səyyad Məmmədov çəkiliblər.
YAŞAT – şəhid ailələrinin və Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda
yaralanmış şəxslərin dəstəklənməsi
fondudur. Fondun yaradılmasında əsas məqsəd vətəndaş
cəmiyyətinin təşəbbüsləri çərçivəsində
dövlət tərəfindən şəhid ailələrinin
və hərbi əməliyyatlar zamanı zərər çəkmiş
qazilərin sosial müdafiəsi üzrə tədbirlərin
həyata keçirilməsidir.
Mədəniyyət .- 2024.- 17 yanvar(¹4).-S.2.