“Arşın mal alan” Ankarada yeni quruluşda nümayiş olunub

 

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Ankara Dövlət Opera və Balet Teatrında yeni quruluşda tamaşaya qoyulması barədə xəbər vermişdik. Yanvarın 13-də teatrda tamaşanın premyerası keçirilib.

Səhnə əsərinə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev növbəti dəfə quruluş verib. Rejissor 2003 və 2013-cü illərdə də Ankara teatrında “Arşın mal alan”ın quruluş müəllifi olub.

Tamaşanın orkestr rəhbəri (dirijoru) Rüstəm Rahmedov, mətn üzrə redaktoru Şenol Talınlı, dekor və kostyum üzrə rəssamı Yusuf Toker, işıq üzrə rəssamı Ali Gökdemir, xoreoqrafı Özge Ay, konsertmeysteri isə Erkin Onaydır.

Ankara Dövlət Opera və Balet Teatrının solisti və Hacettepe Universiteti Dövlət Konservatoriyasının müəllimi Şenol Talınlı tamaşada Əsgər obrazını da ifa edib.

 

Mədəniyyət .- 2024.- 17 yanvar(¹4).-S.8.