Çoxtərəfliliyin gələcəyi:
yeni qlobal nizama ehtiyac var
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
toplantısı
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin
Cenevrə Ofisi ilə tərəfdaşlığı çərçivəsində
27-ci Ali səviyyəli toplantısını keçirib.
Mərkəzdən bildirilib ki, Cenevrədə
“Çoxtərəfliliyin gələcəyi: gələcəyin
beynəlxalq əməkdaşlıq üçün yeni
qlobal nizama ehtiyacı” mövzusunda keçirilmiş
toplantıda sağlamlıq, sülh və təhlükəsizlik,
süni intellekt, multilateralizm və bir çox digər məsələlər
müzakirə olunub.
30-dan çox ölkədən 20 sabiq dövlət və
hökumət başçısının, 70-dən çox
digər ali səviyyəli qonağın
qatıldığı tədbirin
açılışında mərkəzin həmsədrləri
Vayra Vike-Frayberqa, İsmayıl Serageldin, BMT-nin Cenevrə
Ofisinin baş direktoru Tatyana Valovaya, Finlandiyanın və
Serbiyanın sabiq prezidentləri Tarya Halonen və Boris
Tadiç çıxış ediblər.
Tədbir çərçivəsində həmçinin
bu il keçirilməsi nəzərdə tutulan XI Qlobal
Bakı Forumuna və paytaxtımızın ev sahibliyi edəcəyi
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyası Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) hazırlıqla bağlı müzakirələr
aparılıb.
Xatırladaq ki, dünyanın bir sıra sabiq dövlət
və hökumət başçılarının təmsil
olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
2012-ci ildə Gəncədə, dahi şairin 870 illik yubiley tədbirləri
çərçivəsində təsis edilib.
Qlobal Bakı Forumu Azərbaycan Respublikası
Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı ilə
2013-cü ildən keçirilir. Forumda dünya gündəminin
aktual mövzuları müzakirə olunur.
2022-ci ildə keçirilən IX Qlobal Bakı Forumu
“Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr
olunmuşdu. Ötən il keçirilən forumun mövzusu
“Dünya bu gün: çağırışlar və
ümidlər” idi.
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyası Tərəflər Konfransının
illik sessiyalarına gəlincə, 28-ci sessiya – COP28 ötən
ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin
Dubay şəhərində keçirilmişdi. Bu il estafeti
Şərqi Avropa qrupuna daxil olan digər ölkələrin də
dəstəyi ilə Azərbaycan paytaxtı təhvil alıb.
Prezident İlham Əliyevin sərəncamı ilə
Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl
dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda
qeyd edildiyi kimi, COP29 kimi mötəbər bir tədbirə ev
sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana
böyük etimadın, eləcə də ölkəmizin
milli, regional və qlobal səviyyədə ətraf mühitin
qorunması, iqlim dəyişmələrinin
qarşısının alınması işinə töhfəsinin
təqdir olunmasının bariz nümunəsidir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi
şairin doğma yurdunun otuz il yağı tapdağında
qalmış torpaqlarının dirçəlişinə,
işğaldan azad edilmiş ərazilərimizin yenidən
qurulmasına da töhfə vermək istəyir. Mərkəzin
təşkilatçılığı ilə 2023-cü ildə
Şuşada keçirilən “Yenidənqurma, sülh və
inteqrasiya: enerji, iqtisadiyyat, ətraf mühit və kapital”
mövzusunda beynəlxalq tədbirə bir sıra ölkələrdən
30-dan çox nümayəndə qatılmışdı.
Mədəniyyət .- 2024.- 17 yanvar(¹4).-S.3.