Ürəyimdə
Laçın boyda yaram var
Dostum, ağ saçlarımın
günahı var,
Onun Vətən dərdi, sonsuz
ahı var,
Qəlbimin yurd adlı öz allahı var,
Bu saçlarım, ağarmasın neyləsin?
Gül-çiçəkli dağlar qoyub gəlmişik,
Bulaqları çağlar
qoyub gəlmişik,
Həkərini ağlar
qoyub gəlmişik,
Bu saçlarım, ağarmasın neyləsin?
Həsrət qaldım
torpağına, daşına,
Duman çökdü,
qar ələndi başıma,
Çox deyirəm,
vallah, baxmır yaşıma,
Bu saçlarım, ağarmasın neyləsin?
Yurd talanıb, el-obadan
haram var?
Var-yoxumdan ümid
adlı param var,
Ürəyimdə Laçın
boyda yaram var,
Bu saçlarım, ağarmasın neyləsin?
Amil.
Mədəniyyət.-
2009.- 1 aprel.- S. 13.