«Adsız məzar»ın hekayəti
Kəmalə Musazadə: «Mən 85 ziyalının
qapısını döyüb Qaryağdıoğlunun məzarının
Fəxri Xiyabana köçürülməsi haqda dövlət
başçısına müraciət üçün imza
toplamışam»
«Cabbar
Qaryağdıoğlunun yaratdığı trio Qafqazda və
xaricdə bədii əhəmiyyətinə görə birinci
dərəcəli Avropa ansamblları ilə müqayisə
olunar»
V. Vinoqradov
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2007-ci il 16 avqust tarixində görkəmli xanəndə Cabbar
Qaryağdıoğlunun xatirəsinin əbədiləşdirilməsi
barədə sərəncam imzaladı. Sərəncamda
muğam musiqimizin ulu babası sayılan bu şəxs haqda
kitab yazılması, adına küçə verilməsi,
haqqında film çəkilməsi və məzarına abidə qoyulması da nəzərdə
tutulurdu. Qeyd edək ki, bütün bu işləri
araşdıran və Cabbar Qaryağdıoğlunun məzarının
Bakıda olmasını sübuta yetirən gənc rejissor Kəmalə
Musazadədir. O, 2006-cı ildə ADMİU-nun kinorejissorluq
fakültəsini bitirib. Tələbəlik illərindən
«Adsız məzar» adlı sənədli filmin üzərində
işləməyə başlayıb. Onun səyləri «Cabbar
Qaryağdıoğlu» sənədli filminin meydana gəlməsi
ilə nəticələnib. Filmin təqdimatından sonra
onunla görüşüb bu barədə geniş söhbət
etdik.
- Cabbar
Qaryağdıoğlunun həyatını araşdırmaq və
onun haqqında film çəkmək sizə nəsib oldu.
Filmi çəkməyi sizə təklif edildi,
yoxsa bu, öz təşəbbüsünüz idi?
- 2000-ci ildə «Muğam» səsyazma
studiyasında işləyərkən tanınmış tarzən
Möhlət Müslümov məni Cabbar
Qaryağdıoğlunun qızı Şəhla xanımla
- Deməli, əlinizdə tutarlı faktlar var idi. Müraciətlərinizə cavab olaraq prezident sərəncam imzaladı.
- Muğam Mərkəzi yenicə
yarananda fikirləşdim ki, C. Qaryağdıoğlunun Azərbaycan
mədəniyyətində yüksək xidməti var. Onun əməyi
yüksək qiymətləndirilməlidir. Ona görə də mən
rəsmi təşkilatlara - o vaxtkı Mədəniyyət
Nazirliyinə, Nazirlər Kabinetinə, Muğam Mərkəzinə
və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
müraciət etdim. Mənə cavab gəldi ki,
sizin məktubunuza baxılır.
- Bu işdə muğam
ifaçılarına müraciət etdinizmi? Çünki
onların maraqlarına səbəb ola biləcək
araşdırmalarınız olub.
- Muğam
ifaçılarına da müraciət edirdim. Adlarını
çəkmək istəmirəm, onların bəziləri mənə
müsahibə verməkdən belə yayınırdılar.
Bəziləri deyirdilər ki, Cabbar əminin qəbri
burada yoxdur, Şuşada qalıb və itib-batıb. Mən
təsadüf nəticəsində Xan Şuşinskinin kürəkəni
Fikrət Verdiyevlə
- Bütün bunlarla
yanaşı, «Adsız məzar» adlı film
hazırlayırdınız. Bu işdə sizə
kimlər köməklik göstərdilər?
-Düzdür, filmi «Adsız
məzar» adı ilə başlamışdım. Azərbaycan Televiziyasında Faiq Hüsiyevin köməyi
ilə Müəllif proqramları departamentində «Adsız məzar»
adlı film hazırlamaq istəyirdim. Həsən Cəbrayılov,
Arif Zamanov AzTV-də olan arxiv materiallarının mənə
verilməsində çox böyük köməklik etdilər.
Bu işdə onlara da təşəkkür
düşür. «Yeni Dalğa» prodüser
mərkəzinin direktoru Rasim Həsənov şərait
yaratdı və mən ilkin materialları bu studiyada montaj edə
bildim. Sonradan öyrəndim ki, Nazirlər
Kabinetində Cabbar Qaryağdıoğlu barədə
xüsusi prezidentin imzalayacağı sərəncamı hazırlıq
işləri aparılır. Sərəncam
efirə getdikdən sonra Mədəniyyət və Turizm
Nazirliyinə müraciət etdim və işim
asanlaşdı. Çünki bəzi adamlar «Bu qız qəbirdən
nə istəyir?» - deyərək
mənə qəribə baxırdılar. Filmin
çəkilməsi işi Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən «Salnamə» sənədli filmlər
studiyasına həvalə edildi. Studiyada
yaxşı qarşılandım. Direktor Tofiq Məmmədov,
operator Köçəri Məmmədov, prodüser Kamil Məmmədov,
montaj rejissoru Fərid Axundov mənə çox böyük
köməklik göstərdilər. İlk
işim olduğuna görə, İqbal Məmmədəliyevlə
işləməyə razı oldum. Filmin
«Cabbar Qaryağdıoğlu» adlanmasını məsləhət
bildilər. «Salnamə» studiyasının
bütün əməkdaşlarına, həmçinin Mədəniyyət
və Turizm Nazirliyinin Kino Şöbəsinin əməkdaşı
Gəmil Fərəcova təşəkkür edirəm.
Operator
Köçəri Məmmədov filmin montaj prosesində rəhmətə
getdi. Bu, mənə çox pis təsir etdi. Demək olar ki, işlər yarımçıq
qaldı. O, birgə işlədiyimiz aylar ərzində
mənə əsl atalıq qayğısı göstərdi. Çox yüksək mədəniyyət sahibi idi.
Həyatım boyu onun mənə göstərdiyi
qayğı və hörməti unutmayacağam.
- Filmdə Cabbar
Qaryağdıoğlunun abidəsinin hazırlanması prosesindən
görüntülər də var idi..
- Azərbaycan
Respublikasının Prezidentinin sərəncamında qəbirüstü
abidənin hazırlanması da qeyd olunub. Bakı Şəhər
İcra Hakimiyyəti Əhaliyə Vətəndaşlıq
Xidməti Trestindən abidənin hazırlanmasında bizi də
dəvət etdilər. Məzarın yerini
onlara göstərdim. Müxtəlif şəkillər
apardım. Abidə təxminən 3 metrə
yaxın mərmər daşdan hazırlandı. Heykəltəraş Zeynalabdin İsgəndərovla işbirliyi
qurduq və abidənin hazırlanma prosesini bütünlüklə
çəkdik. Bu işdə trestin əməkdaşı
Fehruz Əsgərova təşəkkürümü bildirirəm.
- Əldə
etdiyiniz arxiv materiallarında hansı faktlar var idi? Bildiyimizə
görə, siz ən çox onlara arxalanmısınız.
- Arxivdən
tapdığım materialların içərisində ən
maraqlısı 1948-ci ildə Fəxri Xiyabanın yaranması,
tikilməsi, 12 mədəniyyət xadiminin qəbrinin
araşdırılması və oraya köçürülməsi
haqqında Azərbaycan SSR Nazirlər Kabinetinin fərmanıdır.
Həmin 12 nəfərin içində Cabbar
Qaryağdıoğlunun da adı var. Amma hansı səbəblərdənsə
C.Qaryağdıoğlunun qəbrinin köçürülmə
prosesi baş tutmayıb. Müraciət
etdiyimiz ilk məktublarda da mən istəyirdim ki, Cabbar
Qaryağdıoğlunun qəbrinin də Fəxri Xiyabana
köçürülməsi öz əksini tapsın. Bəzi səbəblərdən biz bunu qeyd etmədik.
- Söhbətinizdən belə
məlum oldu ki, bu önəmli iş prosesində sizi
qınayanlar az olmayıb. Hazırda
hansı əhval-ruhiyyədəsiniz?
- Mən 85 ziyalının
qapısını döyüb Qaryağdıoğlunun məzarının
Fəxri Xiyabana köçürülməsi haqda dövlət
başçısına müraciət üçün imza
toplamışam. Rəhmətlik şair Bəxtiyar Vahabzadə
çox təsirləndi və dedi: «Qızım kişilər
hanı ki, bu işlə sən məşğul olursan?».
Çox qınayanlar
oldu ki, nəyinə lazımdı. Necə
yəni nəyimə lazımdı? Bu,
bizim millətimizin mədəniyyətini göylərə
ucaldan bir şəxsiyyətdir. Cabbar
Qaryağdıoğlu millətimizin fəxridir və onun məzarı
layiqli yerdə olmalıdır. Dünya səviyyəsində
olan bir sənətkarın qəbrinə gül qoymaq
üçün onun məzarı axtarılır. Çünki həmin yerə getmək çətindir.
Hamı deyir ki, muğamımızın
babasıdır. Amma babaya bu cür
münasibət olmaz. Filmin təqdimatında
da vurğulandı ki, Cabbar Qaryağdıoğlunun qəbrinin
Fəxri Xiyabana köçürülməsi məqsədəuyğundur.
Muğam ifaçılarının, muğamsevərlərin,
bütün elin ziyarət yerinə çevrilməlidir.
Mənim
üçün bu məzarın xüsusi rəmzi bir mənası
var. Qaryağdıoğlu Şuşada dünyaya göz
açıb, Bakıda dəfn olunub. Hər iki şəhər
Vətənimizin bir parçasıdır. Ancaq təəssüflər olsun ki, Şuşaya əlimiz
çatmır, ordakı ulularımızın - Natəvanın,
Nəvvabın və başqa tarixi şəxsiyyətlərimizin
məzarını nəinki ziyarət etmək mümkün
deyil, hətta yerlə yeksan edilmiş vəziyyətdədir.
Ancaq Qaryağdıoğlunun məzarına əlimiz
çatır. Heç olmasa tarixi
yaşatmaq üçün onun məzarını gələcək
nəsillərə nümunəvi şəkildə
çatdırmalıyıq.
İstəməzdim dediklərim
pafoslu alınsın, ancaq mənimçün
Qaryağdıoğlunun məzarının
araşdırılması, 65 ildən sonra məzarının
üzərində mişar daşı yerinə möhtəşəm
abidə ucaldılması, Şuşadan onun məzarı qədər
torpağın geri qaytarılması kimi rəmzi məna
daşıyır. Bu işlə məşğul
olmağım mənimçün böyük şərəfdir.
Mənə kömək olan hər kəsə
sonsuz təşəkkürlərimi bildirirəm.
İntiqam Hacılı
Mədəniyyət. -2009.- 1 aprel.- S. 9.