Turizmi böhrandan necə xilas etməli?
BMÜTT-nin Avropa üzrə Komissiyasının Bakıda
keçirilən 49-cu iclasında
çıxış yolları
arandı.
Bakıda keçirilən Ümumdünya
Turizm Təşkilatının
Avropa üzrə Komissiyasının 49-cu iclasında
BMÜTT-nin Avropa Komissiyasına üzv ölkələrin nümayəndə
heyətləri iştirak
edirdi. Azərbaycan Respublikasının mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, BMÜTT-nin Avropa üzrə Komissiyasının Baş
katibi vəzifəsini
icra edən Taleb Rifai, BMÜTT-nin sədri, eyni zamanda Kipr
Turizm Təşkilatının
direktoru xanım Poebe Katsouris, BMT-nin Avropa İqtisadi
Komissiyasının icraçı
katibi yanında baş iqtisadçı və baş mütəxəssis Robert Şelburn,
UNWTO-nun rəqabətlilik və
turistik xidmətlərin
ticarəti, bazar tendensiyaları üzrə
bölmə rəhbərinin
müavini Sandra Karvao,
Rusiya Federasiyası Turizm üzrə Federal Agentliyin sədr müavini Aleksandr Vasilyeviç Roçkov, Macarıstanın Xarici İşlər Nazirliyinin
nümayəndəsi Zoltan
Somogyi, Fransa İqtisadiyyat Nazirliyinin nümayəndəsi Federik
Pierret və digər tanınmış
turizm mütəxəssisləri
də iştirakçılar
arasında idi.
İclasın məqsədi ilə bağlı jurnalistlərə
açıqlama verən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bu iclasda bir
gün əvvəl keçirilən seminarda aparılan fikir mübadiləsi nəticəsində
bir sıra tövsiyə xarakterli sənədlərin qəbul
ediləcəyini bildirdi. Lakin nazirin dediyinə görə, bu sənədlər tövsiyə
xarakteri daşımasına
baxmayaraq, turizmin inkişaf istiqamətlərini
müəyyənləşdirir: «Buna görə də hər bir dövlət
bu tövsiyələrə
hörmətlə yanaşır.
49-cu sessiyada turist xidmətlərinin müxtəlifliyinin
təmin edilməsində
hansı istiqamətlərə
daha çox üstünlük verilməsi,
iqtisadi böhran nəticəsində özəl
sektorla dövlət arasında münasibətlərin
necə qurulması, bazar iqtisadiyyatında qiymətlərin tarazlaşdırılması
necə getməlidir ki, dünya bazarında Avropa ölkələri rəqabətə
davam gətirə bilsin və s. məsələlər əsas
müzakirə mövzusu
olacaq. Bu toplantıda
qəbul ediləcək
qərarlarda Birləşmiş
Millətlər Təşkilatının
tərkibində fəaliyyət
göstərən Ümumdünya
Turizm Təşkilatının
Baş Assambleyasında
Avropa tərəfindən
istənilən və
tövsiyə olunan məsələlərin qəbul
edilməsi ciddi məsələ kimi qoyulacaq».
Avropanın turizm təcrübəsindən danışan
nazir bildirdi ki, bu təcrübədən
bütün dünyanın
yararlanması lazımdır:
«Biz istəyərdik ki,
Avropanın təcrübəsi
daha geniş yayılsın. Çünki Avropa əsas
turizm istiqamətlərindən
biri olduğu üçün buradakı
ölkələrin təcrübəsi
çox güclüdür.
Əsas olan isə odur ki,
Bakıda keçirilən
49-cu sessiyaya qatılan
40-a yaxın ölkənin
nümayəndə heyətləri
Azərbaycanın turizm
potensialı ilə yaxından
Ə.Qarayev onu da dedi ki,
bu iclasda dünya iqtisadi böhranının turizm sənayesinə təsirinin
azaldılmasına yönələn
tövsiyələr hazırlanıb
əlaqədar qurumlara
təqdim ediləcək».
Sonra nazir Azərbaycanın turizm potensialı haqda tədbir iştirakçılarına geniş
məlumat verərək,
ölkəmizin BMÜTT-nin
Avropa üzrə Komissiyasının tərkibinə
daxil olduğu dövrdən indiyə qədər gördüyü
işlər, həyata
keçirdiyi islahatlar
barədə danışdı. O, ümid
etdiyini bildirdi ki, bu tədbir
Avropada Azərbaycan haqqında təsəvvürlərin
daha da çoxalmasına,
mədəniyyətlər arasında
dialoqun genişlənməsinə
səbəb olacaq. Ə.
Qarayev əminliklə
vurğuladı ki, tezliklə Azərbaycan bu təşkilatın aparıcı üzvlərindən
birinə çevriləcək.
Ölkələrin milli turizm nazirlərinə üz tutaraq onlara müraciət edən ÜTİ-nin Avropa Komissiyasının sədri, Kipr Turist Təşkilatının
baş direktoru Poebe Katsouris isə onları iqtisadı böhrana qarşı birgə tədbirlər görməyə
çağırdı: “Bu məsələdən narahat
olan bütün tərəflər böhrana
qarşı birgə tədbirlər görməlidir.
Biz bütün ölkələrin nazirlərinə
stimul verməli və onlara öz köməyimizi göstərməliyik”.
F. Katsouris
bildirdi ki, turizmə yalnız kommersiya sahəsi kimi baxmaq lazım
deyil, bu sektor üçün qlobal etika, davranış
kodeksi də tətbiq edilməlidir.
ÜTT-nin
Baş katibi vəzifəsini icra edən Taleb Rifai də ölkələrin
böhrandan xilas olması üçün
birgə fəaliyyət
planı hazırlanmasını
vacib saydı: “Biz 2-3 aydan sonra nə
olacağını bilmirik.
Amma indidən 2010-2011-ci illər
üçün fəaliyyət
planını hazırlamalıyıq”.
İclasın yekununda BMÜTT-nin Avropa üzrə Komissiyasının növbəti
50-ci və 51-ci iclaslarının
keçiriləcəyi yer
müəyyənləşdirildi. Məlum oldu ki, 50-ci iclas Qazaxıstan Respublikasının paytaxtı
Astana şəhərində, 51-ci iclas isə Bolqarıstanın paytaxtı
Sofiya şəhərində
keçiriləcək.
Fəxriyyə Abdullayeva.
Mədəniyyət.-
2009.- 1 aprel.- S. 8.