Teatr sevimli aktyorunu yad etmişdir

 

    Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatları laureatı Lütfəli Abdullayevin 95 illiyi onun uzun illər calışdığı Dövlət Musiqili Komediya Teatrında qeyd edilib. Tamaşaçılara “ O olmasın, bu olsun” ,“Ulduz”, “Əhməd haradadır?” başqa filmlərdən tanış olan Lütfəli Abdullayev eyni zamanda Musiqili Komediya TeatrındaHacı Kərimin aya səyahəti”, “Beş manatlıq gəlin”, “Toy kimindir?”,” Durna”,” Gözün aydın”,” Özümüz bilərik”,” Olmadı elə, oldu belə”, “Arşın mal alankimi əsərlərdə unudulmaz obrazlar qalereyası yaratmışdır. 

 Aktyorun “ O olmasın, bu olsunkomediyasında ifa etdiyi əvvəl Hambal, daha sonralar isə Məşədi İbad surətləri Azərbaycan teatr tarixinin salnaməsinədə xüsusi yer tutur.

   Martın 22-də Lütfəli Abdullayevin 95 illik yubileyi münasibəti ilə aktyorun doğma teatrında onun şərəfinə dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsunkomediyası göstərilib. Tamaşadan öncə sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə sevimli aktyor haqqında çıxış edib, onun zəngin həyat yaradıcılığını bir daha tamaşacılara xatırlatdı.

   Yubiley tamaşasında çıxış edən xalq artistləri Afaq Bəşirqızı Arif Quliyevi, əməkdar artist Ramiz Məmmədovu , gənc aktyorlar Fərid Əliyev, İnarə Babayeva Səmədzadə Xasıyevi alqışlarla qarşılayıblar.

   Teatrın foyesində nümayiş etdirilən Lütfəli Abdullayevə həsr olunmuş sərgi tamaşaçılarda maraq doğurub.

  

   Ağca Muxtarova

 

Mədəniyyət. - 2009.- 1 aprel.- S. 5.