Mərhələli soyqırım
siyasəti
Tarixi yaddaşsızlıq və unutqanlıq
xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara
qarşı zaman-zaman törədilən ağır cinayətləri
unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin
məkrli niyyətlərinə qarşı ayıq-sayıq
ruhda tərbiyə etmək mühüm vəzifədir.
Heydər Əliyev
Soyqırım nə deməkdir?
Oxuyub öyrəndiklərimizdən görürük ki,
müasir dünyamızda qəbul edilmiş soyqırım bir
millətin din, dil mənsubiyyətinin məqsədli şəkildə
yox edilməsi prosesidir.
Azərbaycana
qarşı yönəldilmiş soyqırım prosesi 1721-ci
ildən başlamışdır.
Əsası müsəlmanlardan
ibarət olan Bakıda yerli camaatın
narahatlığını görən I Pyotr, necə
olursa-olsun, müsəlman torpaqlarında ermənilərin və
ümumən xristianların yerləşdirilməsini vacib
sayırdı. Əsası I Pyotr tərəfindən qoyulan bu
siyasəti sonralar Rusiyanın digər çarları da həyata
keçirdilər.
1813-cü il oktyabrın
12-də Gülüstan və 1828-ci il fevralın 10-da Türkmənçay
müqavilələri imzalandı. Bu müqavilələr Azərbaycan
tarixində gələrək faciələrə rəvac verdi,
hətta Azərbaycanı parçalanmaya qədər gətirib
çıxardı.
Soyqırımın
birinci mərhələsi 1813-1818-ci illəri əhatə edir.
Həmin müqaviləyə əsasən, ermənilərin
İrandan Qarabağ və Naxçıvana kütləvi
sürətdə köçürülməsinə
başlandı. Bunun nəticəsində həmin ərazidə
yaşayan azərbaycanlılar öz yurd -yuvalarından məhrum
edildilər.
İkinci mərhələ
1905-1907-ci illəri əhatə edir. Rusiyada gedən inqilabi
prosesdən istifadə edən ermənilər 1905-1907-ci illərdə
böyük qırğın törədərək Azərbaycanın
bir çox şəhər və kəndlərini talan etdilər.
1918-1920-ci illəri əhatə
edən üçüncü mərhələdə ermənilər
azərbaycanlılara qarşı amansız soyqırım və
deportasiya siyasəti aparır, xalqımızı yer
üzündən silməyə çalışırdı.
Ümumiyyətlə, XX
əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki
qırğın zamanı (1905-1907, 1918-1920-ci illərdə) 1
milyona yaxın azərbaycanlı ermənilər tərəfindən
qətlə yetirilmiş, öz ev-eşiyindən, dədə-baba
ocaqlarından didərgin düşmüşlər.
Dördüncü mərhələ
1948-1953-cü illəri əhatə edir. Hələ 1943-cü
ildə Ermənistan rəhbərliyi İranda yaşayan ermənilərin
sovetlər birliyinə köçürülməsinə icazə
verilməsi xahişi ilə keçmiş SSRİ Xarici
İşlər Nazirliyinə müraciət edərək
müsbət cavab aldılar. Bununla da 1953-cü il dekabrın
23-də SSRİ Nazirlər Soveti «Ermənistan SSR-də
yaşayan azərbaycanlıların Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülməsi
haqqında» qərar çıxardı. Kür-Araz
ovalığının iqlim şəraitinə öyrənə
bilməyən azərbaycanlıların bir qismi məhv oldu.
1988-ci ildən isə
Ermənistan hakimiyyəti bütün azərbaycanlıların
öz tarixi torpaqlarından - indiki Ermənistandan tamamilə
didərgin saldılar, Dağlıq Qarabağ da daxil olmaqla
saysız-hesabsız mal-mülklərimizi talan etmiş, Azərbaycanın
7 rayonunu işğal etmişlər. Bir milyondan artıq azərbaycanlı
öz torpaqlarından , dədə-baba ocaqlarından didərgin
düşmüşdür.
1990-cı ilin 20 Yanvar,
1992-ci ilin 26 fevral Xocalı faciələri Azərbaycan tarixinə
qanlı səhifələri yazdı.
Azərbaycan Demokratik
Respublikası yaradıldıqdan sonra 1918-ci ilin mart hadisələrini
araşdırmaq, baş verən hadisələrin tədqiqi və
öyrənilməsi üzrə komissiya yaradılması
haqqında qərar qəbul edildi. Lakin ADR-in süqutu nəticəsində
bu proses dayandırıldı. Bu məsələyə bir də
Azərbaycan öz müstəqilliyini əldə etdikdən
sonra qayıtmaq mümkün oldu.
1998-ci ilin 26 martında
1918-ci illin mart hadisələrinin 80-ci ildönümü
münasibəti ilə ümummilli liderimiz Heydər Əliyev
“31 martın Azərbaycanlıların Soyqırım
Günü kimi qeyd edilməsi haqqında” fərman
imzaladı. Həmin fərman erməni millətçilərinin
vəhşi hərəkətlərinə verilən ilk siyasi
qiymət oldu. Bu fərman Azərbaycanın indiki və gələcək
nəsillərinin milli yaddaşının formalaşması
üçün bir növ proqram sənədi oldu.
O vaxtdan 31 Mart - Azərbaycanda
Soyqırımı Günü kimi qeyd edilir və dünya
ictimayyətinin diqqəti xalqımızın başına gətirilən
qanlı faciələrə cəlb edilir.
Respublikamızın hər
yerində olduğu kimi, Kürdəmir rayonunda da 31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü münasibətilə tədbirlər
həyata keçirilir.
Buna misal olaraq Kürdəmir
Rayon Mədəniyyət və Turizm Şöbəsinin xəttilə
“XX əsrdə Azərbaycanlılara qarşı dörd dəfə
törədilmiş soyqırımlar erməni vandalizminin nəticəsidir”
devizi altında keçirilən silsilə tədbirləri
qeyd edə bilərik.
Rayonumuzdakı Heydər
Əliyev Muzeyində Yeni Azərbaycan Partiyasının Kürdəmir
Rayon Şöbəsinin və Heydər Əliyev Muzeyinin birgə
təşkil etdiyi “Azərbaycan xalqına qarşı törədilmiş
bütün soyqırımlar faciəli
yaddaşımızın qanlı səhifəsi kimi
unudulmamalıdır” adlı dəyirmi masa
keçirilmişdir. Tədbirdə məruzə dinlənilmiş
və məruzə ətrafında çıxışlar
omuşdur.
31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü münasibətilə
Tarix-Diyarşünaslıq Muzeyində “Erməni vandalizmi
rayonumuzda» adlı guşə təşkil olunmuşdur. Rayonumuzun
məktəbliləri muzeyə ekskursiyalara cəlb
edilmişdir.
Kürdəmir rayonunun
bütün klub müəssisələrində “Tariximizin faciəli
səhifəsi - 1918” adlı guşələr hazırlanaraq
nümayiş etdirilmişdir.
Kürdəmir rayon MKS
-də və onun filiallarında “Azərbaycanlıların
soyqırımına həsr edilmiş kitablar” adlı sərgilər,
guşələr, Kürdəmir Dövlət Rəsm
Qalereyasında uşaqlaın əl işlərindən ibarət
sərgilər təşkil edilmişdir. N.Nərimanov
adına Kürdəmir Rayon Mədəniyyət evində
“Soyqırımlar xalqımızın qan yaddaşıdır”
adlı ədəbi-bədii kompozisiya keçirilmişdir
Martın 31 də
Kürdəmir Rayon Mədəniyyət evində 31 Mart - Azərbaycanlıların
Soyqrımı Günü münasibəti ilə “Tariximizin
faciəli səhifəsi - 1918» adlı ümumrayon tədbiri
keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin
və rayon ictimaiyyətinin nümayəndələri
iştirak etmişlər.
Məryəm Əliyeva,
Kürdəmir
Mədəniyyət.- 2009.- 1 aprel.- S. 4.