31 mart - Azərbaycanlıların
Soyqırımı Günüdür
Dünyanı sarsıdan faciələr
Ümummilli liderimiz Heydər
Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər
il 31 mart Azərbaycanlıların Soyqırımı
Günü kimi dövlət səviyyəsində qeyd edilir.
Azərbaycanlılara qarşı soyqırım siyasəti erməni şovinistləri tərəfindən 100 illər boyu planlı surətdə həyata keçirilmişdir. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə bu ərazilərdə mifik “Böyük Ermənistan” dövləti yaratmaq idi. Azərbaycanın tarixi ərazilərinə sonradan köçürülmüş və çar Rusiyasının “parçala, hökmranlıq et” siyasətinə uyğun olaraq məskunlaşdırılmış ermənilər müəyyən müddət keçdikdən sonra Azərbaycan torpaqlarını ələ keçirmək istiqamətində fəaliyyətə başladılar. Bu proses məhz Rusiya imperiyasının fəal dəstəyi ilə həyata keçirilirdi.
1813-cü il
Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinin
imzalanması Azərbaycan torpaqlarının bölünməsi
və xalqımızın parçalanmasının əsasını
qoydu. Bununla da milli faciəmiz -
torpaqlarımızın hiyləgərliklə zəbt edilməsi,
ermənilərin Azərbaycan torpaqlarına
köçürülməsi başlandı. 1828-1896-cı
illərdə İrandan və Türkiyədən Azərbaycana
1 milyon 200 min erməni köçürüldü. Bunun 985 min
nəfərdən çoxu Azərbaycanın qərb
bölgəsində, qalanları isə Qarabağ və Gəncə
quberniyalarında yerləşdirildi. Onlar həmin ərazilərdə
özlərinə yer etdikdən sonra azərbaycanlıları
sıxışdırıb çıxarmış, qarətlər,talanlar
törətmiş, yerli azəri türklərini xüsusi
amansızlıqla məhv etmişlər.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşan ermənilər himayədarlarının sayəsində tezliklə erməni vilayəti adlandırılan inzibati bölgənin yaradılmasına nail oldular.Belə bir süni ərazi bölgüsü ilə azərbaycanlıların doğma torpaqlarından qovulması və qətlə yetirilməsi siyasətinin bünövrəsi qoyuldu. 1829-cu ilin məlumatına görə, təkcə İrəvan şəhərində əhalinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Rusiya imperiyasında ilk dəfə keçirilən əhalinin siyahıya alınmasına görə, 1897-ci ildə Qərbi Azərbaycanda - İrəvan quberniyasında 313178 azərbaycanlı yaşayırdı. Lakin sonralar bu rəqəmlər tamamilə dəyişdirildi. Gəlmə bir etnosun bizim ərazimizdə dövlət yaratmasına bəraət qazandırmaq məqsədilə Azərbaycanın və ümumən Qafqazın tarixinin saxtalaşdırılmasına rəvac verildi. Erməni qəsbkarları ”Böyük Ermənistan” yaratmaq eşqi ilə 1905-1907-cı illərdə azərbaycanlılara qarşı kütləvi soyqırım aktları həyata keçirməyə başladılar. Bu illər ərzində ermənilər Bakıda,Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda və başqa bölgələrdə kütləvi şəkildə azərbaycanlıları qətlə yetirmiş, dəhşətli cinayətlər törətmişdilər. Bu illərin məlumatlarına görə, 500-ə qədər cinayət hadisəsi qeydə alınmışdır. Ermənilər Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl ərazilərində 75 Azərbaycan kəndi, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsini tamanilə dağıtmışdılar. Bu qanlı hadisələri ciddi faktlar əsasında həmin dövrdə yaşayıb-yaratmış və hadisələrin canlı şahidləri olmuş ziyalılarımız, xüsusilə, M.S.Ordubadi (“Qanlı sənələr”), M.M.Nəvvab (“1905-1906-cı illərdə erməni-müsəlman davası”) öz kitablarında qələmə almışlar. Lakin bu kitablar sovet dövründə arxivlərdə gizli saxlanılaraq xalqa çatdırılmamışdır.
Araşdırmalar göstərir ki, bütün bu illər ərzində ədavəti qızışdıran və təşkil edən başlıca qüvvə kilsə və onun ətrafında toplanmış erməni “ziyalıları” olmuşdur.İki millət arasında davam edən ixtişaş və qırğınlar zamanı kilsənin fəaliyyətini dərindən öyrənmiş rus diplomatı, general Mayevski öz qeydlərində yazır: “Erməni din xadimlərinin fəaliyyəti Allah kəlamını çatdırmaqdan çox müsəlmanlarla xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir”. Vaxtilə Eçmiədzinə səfər etdikdən və onun fəaliyyəti ilə yaxından tanış olduqdan sonra fransız alimi Baron De-Baq yazmışdı: “Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Bu monastır məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı”.
Ermənilərin
azərbaycanlılara qarşı törətdikləri ən
qəddar soyqırım aktı 1918-ci ildə baş
vermişdir. Birinci
Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişindən məharətlə
istifadə edən ermənilər öz çirkin məqsədlərini
bu dəfə bolşevik bayrağı altında
reallaşdırmağa nail oldular.
Bolşeviklər 1917-ci il
dekabrın 31-də Bakı Sovetinin iclasında hakimiyyəti
öz əllərinə aldıqları barədə qətnamə
qəbul edib, noyabrın 2-də Bakı Sovetinin
konfransını çağırıb Bakıda Sovet hakimiyyətini
elan etdilər.S.Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin
sədri seçildi və Cənubi Qafqazın fövqəladə
komissarı təyin edildi. Qafqaz ordusunun
Tiflisdə çağırılan II Diyar qurultayında
milliyyətcə erməni olan Korqanovun
başçılığı ilə yaradılmış Hərbi
İnqilab Komitəsi Bakıya gəldi. Ərzincan
barışığı əsasında yaxın Şərq
və Qafqaz cəbhələrindən dönən 6 min rus və
8 min erməni əsgəri də Bakıya toplaşdı. Ümumiyyətlə, həmin
vaxtlarda bolşevik-daşnak qrupunun kök saldığı
Bakı Sovetinin ixtiyarında - əksəriyyəti ermənilərdən
təşkil olunmuş 20 minlik Qırmızı Ordu vardı.
Yanvar ayında Müsəlman Korpusunun komandanı general
Talışinskinin Bakıda həbs edilməsi şəhərin
azərbaycanlı əhalisinin ciddi narazılığına
səbəb olmuşdu. Erməni
daşnaklarının şəhərin müsəlman əhalisi
ilə bolşıveklər arasında silahlı
toqquşmasını törətmək planları o vaxt
baş tutmamışdı. Azərbaycanın siyasi xadimləri
və ziyalılarının səyi ilə bu
toqquşmanın qarşısı alınmışdı.
Mart ayının 15-də Şaumyan Bakı Sovetinin iclasında “Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir” -deyərək əslində azərbaycanlıların soyqırımına göstəriş verdi. Milli qırğını başlamaq üçün bəhanə isə martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət “Evelina” gəmisinin tərksilah edilməsi oldu. Azərbaycanlılar yaşayan məhəllələrdə əhali buna qarşı ciddi etiraz edərək, müsadirə edilən silahların geri qaytarılmasını tələb etdi. Alınmış silahların qaytarılması barədə razılığa nail olunsa da, bolşevik-daşnak hökuməti öz vədlərinə əməl etmədi.Martın 30-da qırğının həyata keçirilməsinə rəhbərlik etmək üçün Bakı Soveti yanında İnqilabı Müdafiə Komitəsi yaradıldı.
1918-ci il mart ayının 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücuma keçdilər. Aldadılmış matroslar hərbi gəmilərdən və təyyarələrdən müsəlman məhəllələrini bombalamağa başladılar. Qeyri-bərabər döyüşdə müsəlmanların müqaviməti dayandırmalarına baxmayaraq, erməni millətçiləri dinc Azərbaycan əhalisinə divan tutur, onları qılıncdan keçirirdilər. Müsəlmanların soyqırımı aprelin 2-si gecəyədək davam etdi. Bolşevik-daşnak birləşmələri həmin günlərdə “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, ”İsmailiyyə” binasını yandırmış, “Təzə pir” məscidinin minarələrini top atəşləri ilə dağıtmışdılar. Bu soyqırım nəticəsində Bakıda 15 mindən, bölgələrdə 38 mindən artıq azərbaycanlı qətlə yetirildi.
Bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırım aktlarını törətmişdilər. S.Lalayans və T.Əmiryanın daşnak dəstələri aprelin 3-16-da Şamaxı əhalisinə qanlı divan tutdular. Evlərindan çıxan adamlar cənubdan ermənilər, şimal-şərq səmtdən isə rus-malakan birləşmələrinin mühasirəsinə düşdülər. Əvvəlcədən müdafiəyə hazırlaşmayan soydaşlarımız demək olar ki, heç bir müqavimət göstərə bilmədilər. Adamları evlərdə və küçələrdə ağlagəlməz zülm və işgəncələrlə qətlə yetirirdilər. Qiymətli əmlakın hamısı qarət edilirdi. Nəticədə Şamaxıda 8 mindən artıq dinc azərbaycanlı əhali öldürüldü, 72 kənd isə dağıdıldı və yandırıldı. Azərbaycanın müxtəlif bölgələrindən köməyə gələn döyüşçülər və Türkiyədən gələn general Nuru Paşanın ordusu erməni zorakılığına son qoysa da, Şamaxı, demək olar ki, tamamilə dağıdıldı.
1918-ci il mayın 1-də daşnak Hamazapsın rəhbərliyi ilə ermənilərdən ibarət silahlı dəstə Quba şəhərinə soxuldu. Hər cür qəddarlıq edən ermənilər Kərbəlayı Məmmədtağı adlı şəxsi 14 nəfər ailə üzvü ilə, Məhəmməd Rəsul oğlunu 5 nəfər ailə üzvü ilə vəhşicəsinə qətlə yetirdilər. Quldurlar Quba şəhərində 105 evi yandırmış, qəzanın 162 kəndini tamamilə dağıtmışdılar. Azğınlaşmış Hamazaps təkcə Qubadan 4 milyon nağd pul, 4,5 milyon manatlıq brilliant daş-qaş, 2 pud qızıl, 25 milyon manatlıq qab-qacaq aparmışdı. Qəzanın mərkəzində və kəndlədə, eləcə də Şabran elindən erməni faşistləri tərəfindən 16 min insan qətlə yetirildi.
Soyqırım günlərində ermənilər dəmiryolu boyunca məntəqələri, o cümlədən Dəvəçi, Xaçmaz, Xudat qəsəbələrinə və onlara yaxın kəndlərə hücum edərək evləri talayıb aparmış, yandırmış, yüzlərlə insanı qətlə yetirmişlər.
Birinci müstəqilliyimiz
dövründə hökumətin 15 iyul 1918-ci il və 31
avqust 1918-ci il qərarı ilə yaradılmış Fövqəladə
İstintaq Komissiyası Azərbaycan ərazisinin müxtəlif
bölgələrini dağıdan, dinc müsəlman əhalisinin
həyatına və əmlakına qarşı vəhşilik
edən quldur dəstələrin törətdiyi cinayətləri,
vəhşilikləri və vurulmuş zərərin qədərini
müəyyənləşdirməli idi. Təəssüf ki,
komissiya üzvlərinin ciddi və gərgin
axtarışları sovet Rusiyası hökumətinin 1920-ci il fevralın 2-də verdiyi amnistiya haqqında
qanuna əsasən dayandırıldı.Nəticədə
komissiyanın topladığı çoxcildli materiallar nəinki
xalqa çatdırılmadı, hətta sovet dövründə
illərlə arxiv dustağına çevrildi.
Ermənistanın 1988-ci ilin fevralından Qarabağı da mənimsəmək iştahı ilə başladığı işğalçılıq siyasəti nəticəsində Azərbaycana küllü miqdarda maddi və mənəvi ziyan vurmuş, kütləvi soyqırım aktları və terrorçuluq əməlləri törədilmişdir. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni gavurları rusların 366-cı motoatıcı polkunun köməkliyi ilə XX əsrin ən böyük faciələrdən birini Xocalı soyqırımını törətdilər. Bu günün özündə də Ermənistan heç bir real arqumentə istinad etmədən Azərbaycan ərazilərinin beşdə birini işğal altında saxlamaqda davam edir.
Xalqımızın
başına gətirilən bu faciələr, çox təəssüf
ki, uzun illər özünün hüquqi-siyasi qiymətini
almamışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə qayıdışından
sonra - 1993-cü ildən başlayaraq millətimizə
qarşı törədilən soyqırımlar obyektiv şəkildə
araşdırılmış, tarixi həqiqətlərin
üzə çıxarılması və dünya ictimaiyyətinə
çatdırılması üçün son dərəcə
əhəmiyyətli işlər
görülmüşdür.
Bu
hamımızı milli birliyə, gələcəyimiz naminə
keçmişimizi unutmamağa çağırır.
Ramiz Vahabov,
Dəvəçi RİH başçısının təhsil,
səhiyyə və mədəniyyət məsələləri
üzrə müavini
Mədəniyyət.-
2009.- 1 aprel.- S. 3.