Soyqırım rəsmlərdə
Martın 30-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Bədii Sərgi Salonunda rəssam Vaqif Ucatayın (Hüseynovun)
ermənilərin azərbaycanlılara qarşı törətdiyi
soyqırım faktlarını əks etdirən qrafika əsərlərindən ibarət sərgisi
açıldı.
Açılışda
çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev sərginin keçirilməsini
yüksək qiymətləndirdi. «Ermənilər
“soyqırım” sözünü əllərində
bayraq edərək, dünyaya
haray salırlar. Ancaq əsl
soyqırım törədən onların özləridir. Ancaq onlar bu
faciələri Xocalıda törəndən sonra
biz real olaraq başa düşdük ki, əsl
genosid, soyqırım anlayışı nə
deməkdir və onun müəllifi kimlərdir.
Ermənilərin törətdiyi bu soyqırım bəşəriyyətin ən
dəhşətli faciələrindən biridir.
Bu gün həm mədəniyyətimiz,
həm musiqimiz, həm mətbəximiz erməni
təcavüzünə məruz qalır. Sərgidəki rəsmlər
Azərbaycanın hüdudlarından kənarda keçirilən
tədbirlərdə nümayiş etdirilməlidir.
Həmvətənlərimizin başına gətirilən bu soyqırımları unutmaq,
bu günləri yad
etməmək günah olar.
Dövlət başçısı İlham
Əliyev hər zaman deyir
ki, əgər sülh
danışıqları nəticə verməsə, məqsədinə
yetməyə qadir olan
Azərbaycan ordusu və Azərbaycan
xalqı mütləq ərazi bütövlüyünü
təmin edəcək. Güman edirəm ki, bu cür
faciələr təkrar olunmayacaq. 1918-ci
ildə törədilmiş bu faciənin uzun müddət yad edilməməsi
Azərbaycanın tam müstəqil olmaması
ilə bağlı olub. Bu
soyqırım ona görə qeyd olunmurdu ki, bunu bizə unutdurmaq istəyirdilər. Müstəqillik
dövründə Xocalı kimi bir faciə yaşayan
xalqın ikinci belə bir
müsibətin yaşanmasına izn verməsi
qeyri-mümkündür”.
Tədbirdə çıxış edən sərgi-müəllifi
rəssam Vaqif Ucatay burada nümayiş olunan əsərlərin məhz bu soyqırıma həsr olunduğunu
bildirdi: “Vətənimizin bu
gündə olması hamımızı narahat
edir. Hanı bizim ləyaqətimiz,
qeyrətimiz? Bunları yaradan ziyalı
olmalıdır.
Bu
soyqırım ilə bağlı daha ağır
əsərlərin bugünkü sərgidə
nümayişi mümkün
olmadı. Əslində mən çox
istərdim ki, gənc nəsil bu rəsmlərə baxaraq
həmin vaxt törədilən
soyqırımı gözlərinin önündə
canlandırsınlar. Çünki bu tarixi unutmaq özünü unutmaq deməkdir. Azərbaycan xalqı bu boyda faciələri
unutmamalıdır”.
Sərgi
aprelin 4-dək davam edəcək.
Mədəniyyət. - 2009.- 1 aprel.- S. 2.