Çingiz Aytmatovun əsərlərinin ekran təcəssümü.
Dahi qırğız
yazıçısı, bir çox hekayə, povest və
romanların müəllifi olan Çingiz Aytmatovun
yazdığı əsərlərdən bəzilərini
kinossenariyə çevirməklə də tanınmış
kinodramaturq olub və bu sahədə də şöhrət
qazanıb. 1961-ci ildən başlayaraq rejissorlar Aytmatovun
ssenariləri əsasında maraqlı, yaddaqalan bədii ekran əsərləri
yaradıblar.
Görkəmli ədəbin ssenarisi əsasında çəkilən ilk kinolent «Aşırım» filmidir. Daha sonra onun «Birinci müəllim» (1965, B.Dobrodeyev və İ.Palankinlə birlikdə), «Cəmilə» (1969), «Yorğa atın qaçışı» (1970), «Mən - Tyan - Şanam» (1973), «Məhəbbətin əks-sədası» televiziya filminin (1974 E.Lındina ilə birlikdə), «Qırmızı alma» (1975, E.Lındina və B.Şamşiyevlə birlikdə), «İlk durnalar» (1980, B.Şamşiyevlə birlikdə) ssenariləri özünün ekran təcəssümünü tapıb. Adıçəkilən bədii filmlərdən əlavə, Aytmatovun digər əsərləri əsasında bir neçə televiziya filmi də - «Qızmar günəş» (1963), «Balaca əsgər» (1972), «Sıpayçı» (1976), «Oğlumla görüş» (1977) kinosevərlərin ixtiyarına verilib.
Ç.Aytmatovun əsas yaradıcılıq xüsusiyyəti qırğız xalqının folklor ənənələrini rus və dünya xalqlarının ənənələri ilə birləşdirmək olub.
Haşiyə: Görkəmli sovet yazıçısı və ssenaristi Aytmatov Çingiz Torekuloviç 1928-ci il dekabrın 12-də Qırğızıstanın Şəkər qışlağında anadan olub. 1937-ci ildə valideynləri Stalin repressiyasının qurbanları olduqdan sonra o, bibisinin himayəsi altında böyüyüb. 1952-ci ildən qırğız dilində hekayələr yazmağa başlayan Aytmatov, 1956-58-ci illərdə Moskvada Ali ədəbiyyat kursunda təhsil alıb. O, 1956-cı ildə rus dilində «Əlvida, Gülsarı» adlı ilk povestini, 1958-ci ildə isə qırğız dilində «Cəmilə» adlı povestini yazıb. Çingiz Aytmatov Qırğızıstan Elmlər Akademiyasının akademiki (1978), 1961-ci ildən Qırğızıstan Kinematoqrafiya İttifaqının üzvü, 1964-cü ildən birinci katib, 1969-cu ildən isə sədri olub. Aytmatov, eyni zamanda 1965-ci ildən SSRİ Kinematoqrafiya İttifaqının katibi vəzifəsində çalışıb. 1963-cü ildə Lenin mükafatına, 1968,1977, 1983-cü illərdə SSRİ Dövlət mükafatlarına layiq görülüb. 1976-cı ildə isə Qırğızıstanın Dövlət mükafatını alıb.
Qırzığıstan kinematoqrafçılarının Aytmatovun əsərlərinə müraciət etmələri milli kinonun inkişafına və mövzu dairəsinin genişlənməsinə böyük imkanlar yaratdı.
Qeyd etmək lazımdır ki, Ç.Aytmatov kino sənətinə aid məqalələrlə vaxtaşırı dövri mətbuatda çıxış edir, ssenarilərinin ekranlaşdırılmasında bilvasitə iştirak edir və məsləhətlər verirdi.
Ç.Aytmatov yazırdı: «Müasir kinematoqraf ədəbiyyatla
birləşməyə doğru
gedir. Ola bilər ki, yaxın gələcəkdə
kinonun inkişafında
elə bir dövr gəlib çatacaq ki, həyatın əsas problemlərinə toxunan, onun dərin qatlarına baş vuran böyük, ciddi ədəbiyyat olmadan o, heç
nə edə bilməsin. Bu prosesin gedişi artıq bir neçə onillikdə müşahidə olunur. Bu yolda uğurlar
da olub, müvəffəqiyyətsizliklər də. Yəqin ki, kinonun yarandığı
ilk gündən indiyə kimi bədii əsərin kino dilinə çevrilməsi problemi bütün yazarları düşündürüb. Necə
etmək lazımdır
ki, əsərin təkcə süjetini yox, həm də
obrazın həqiqi psixologiyasını ekranda
göstərmək mümkün
olsun? Bu barədə çox söhbət gedir. Ancaq hələ heç kim bunun yeganə reseptini tapa bilməyib. Çox güman ki, o, olmayıb da. Çünki bu məsələnin həlli hər dəfə yaradıcılıq
prosesi zamanı özü-özlüyündə
həllini tapır. Bu problem bundan
sonra da aktual, mübahisəli və zəruri olaraq qalacaq. Ona görə ki, kino və
ədəbiyyat obrazlı
desək, bir qoşquyla kotana birləşərək sənət
zəmisini şumlayır».
XX əsrin ortalarında
Qırğızıstanda bir
qrup gənc istedadlı rejissorlar yetişib. Aytmatovun hekayə və povestlərini kinolentdə
təcəssüm etdirən
rejissorlar dərin düşüncəli, yaradıcılıq
qabiliyyətinə malik
əsl sənətkarlardır.
Onlardan biri, «Qırmızı
«Qırmızı
Ç.Aytmatov yazırdı:
«İncəsənət insanları
nikbinliyə, xoşbəxtliyə,
həyatverici qüvvəyə
çağırmağa borcludur.
Lakin o da bir həqiqətdir ki, incəsənət insanı dərin düşüncələrə qərq etməli, onda güclü mərhəmət hissi oyatmalı, şər qüvvələrə etiraz
etməyi, haqqın tapdalandığı zaman
kədərlənməyi, sarsılmağı
və ədalətin bərqərar olması üçün hər an
mübarizəyə atılmağa
hazır olmağı
başa salır və yolunu göstərir».
İnsan və cəmiyyətin həyatı
həmişə müxtəlif
problemlərin, ziddiyyətlərin
və çətinliklərin
aradan qaldırılması
ilə bağlı olub. Ziddiyyətlərlə
mübarizə isə
tarixin hərəkətverici
qüvvəsini təşkil
edir. İnsan özünə qalib gəlməklə, tarixi idarə edir və hər zaman özünə sual vermiş olurdu: həyatın mənası nədədir?
İnsanla birlikdə yaranan bu suala
birmənalı cavab tapmaq çətindir. Müxtəlif dövrlərdə,
müxtəlif insanlar
buna müxtəlif cür cavab verməyə çalışıblar.
Yəqin elə bunun nəticəsidir ki, əvvəlcə nağıl, əsatir, sonra isə peşəkar ədəbiyyat
və incəsənət
yaranıb. Ona görə də, həm xalq yaradıcılığı,
həm də yazılı ədəbiyyat
insana özünü
və dünyanı dərk etməyi və tanımağı izah edir. Buna baxmayaraq, cavabın axtarış prosesi həyatın özü kimi daim davam
etməkdədir.
«Ağ gəmi» povesti müəllifin xalq dastanının stilizasiya olunmuş məhsuludur. Aytmatov üçün folklor - xalq təcrübəsini göstərmək və gələcək nəsillərə
vəsiyyət etməkdir.
Aytmatov başqa bir romanında ilk dəfə olaraq «manqurt» sözünü işlədib. Sonralar ümumiləşmiş bu
söz indi öz keçmişini unudan adam mənasını
verir.
«Ağ gəmi» povestini ekranlaşdıran
rejissor B.Şamşiyev
özünəməxsus formada
xeyir və şər, məhəbbət
və zorakılıq
mövzusuna toxunaraq, bəzi insanların riyakarlığını və
əxlaq oriyentirlərinin
itirilməsini «Ağ gəmi» filminin hər bir epizodunda
ustalıqla təcəssüm
etdirir. Mülayim xasiyyətli, lakin zəif insan olan Momun əlləri
ilə öz arzusunu maral balasının obrazında
öldürür. Yeri
gəlmişkən deyək
ki, «Ağ gəmi» povestində müəllif Buynuzlu ana - maral haqqında
əsatirdən istifadə
edib.
...Meşənin qurtardığı
yerdə tamam başqa həyat görüntüyə gəlir.
Birinci sinfə getməyə hazırlaşan
balaca oğlan arzuladığından da artıq yaraşıqlı
məktəbə qədəm
qoyur. Zəlzələdən
sonra ölkənin hər bir yerindən
bu rayona inşaatçı gənclər
briqadası gəlib. Onlar təzə məktəb binası tikiblər. Yeni həyat durmadan insanın məskunlaşdığı
ən ucqar ərazilərə daxil olur. Povestin müəllifi və filmin rejissoru demək istəyiblər ki, baş vermiş
faciə insanlarda həyat eşqini söndürməmiş, əksinə,
ideal uğrunda mübarizə
aparmağın vacibliyini
onlara anlatmışdır.
Axı qələbə
asanlıqla əldə
edilmir. O, yalnız mübarizədə, həyatı
dərk etmə, ətraf mühiti qorumaq və yeniləşdirmək prosesində
qazanılır.
Humanist ideallar, insanların
təbiət və cəmiyyətə sevgisi dünyaşöhrətli yazıçı
Çingiz Aytmatovun qələmə aldığı
digər əsərləri
əsasında çəkilən
filmlərin də əsas qayəsini təşkil edir.
Həsən
Tağıyev
Mədəniyyət.-
2009.- 3 aprel.- S. 14.