“Azərbaycan
- Şərqi və Qərbi birləşdirən
ölkə»
Bakıda bu adda konfrans başladı
Aprelin 1-də Azərbaycan Milli Tarix Muzeyində Azərbaycan Milli Elmlər Akademiyası və Almaniyanın Arxeologiya İnstitutu Almaniyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan - Şərqi və Qərbi birləşdirən ölkə (b.e.ə. VII və IV minilliklərdə)” mövzusunda beynəlxalq arxeoloji konfrans öz işinə başlayıb. Qeyd edək ki, tədbir hər iki ölkənin arxeologiya institutları arasında birgə araşdırma fəaliyyətinin başlanğıcına həsr olunub. Eyni zamanda konfrans 2009-cu ildə Bakıda keçirilən Almaniya Mədəniyyəti Günləri çərçivəsindəki tədbirlər silsiləsinə aid idi. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, Almaniya Arxeologiya İnstitutunun Avrasiya Departamentinin direktoru, professor Sved Hansen, Almaniyanın Azərbaycandakı səfiri Pier Stankina, Azərbaycan Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı iştirak edirdilər. Eyni zamanda konfransa ölkəmizdə səfərdə olan Almaniya xarici işlər nazirinin müavini, parlament üzvü Qernot Erler və Amerika, Türkiyə və Fransadan olan mütəxəssislər də qatılmışdı.
Konfransda çıxış edən Almaniya Arxeologiya İnstitutunun Avrasiya Departamentinin direktoru, professor Sved Hansen bildirdi ki, bu, səfirliyin Azərbaycanda keçirdiyi ilk beynəlxalq konfransdır və eyni zamanda xarici işlər nazirinin müavininin də Bakıya ilk rəsmi səfəridir. Hər iki ölkənin arxeologiya institutları arasında əməkdaşlığın davamlı olmasına ümid edən cənab Hansen tədbiri yüksək dəyərləndirdi: «Düşünürəm ki, bu gün elmi-mədəni sahələrdə də inkişaf lazımdır. Bu baxımdan Azərbaycanla birlikdə arxeoloji konfrans keçirməyə, qarşılıqlı fikir mübadiləsi aparmağa böyük maraq göstəririk».
Almaniyanın Azərbaycandakı səfiri
Pier Stankina isə bildirdi ki, ölkələr
arasındakı elmi konfransların, birgə əməkdaşlığın aparılması səfirliyin
maraq dairəsindədir. Səfir
eyni zamanda onu da vurğuladı
ki, gələcəkdə
də səfirliklə
Elmlər Akademiyası
arasında əməkdaşlığın
davamlı olmasına çalışacaq: «Bu bizi
çox məmnun edir və hesab
edirik ki, elmi konfrans və
seminarlar bizim üçün böyük
fürsətdir».
Konfransın ilk günündə Azərbaycanda
eramızdan əvvəl
VII-IV minilliklərə aid tarixi
abidələrin tədqiqinə
həsr edilən məruzələr dinlənildi. Məruzələr
əsasən Şəmkir
rayonunun Qaracəmirli kəndində aparılan qazıntılarla, Cənubi
Qafqazda erkən əkinçilik və maldarlıq mədəniyyətinin
yaranması, Neolit dövründə Yaxın
Şərqdə ictimai
və mərasim binalarının tikilməsi,
Göytəpədə (Azərbaycan)
bu dövrə aid qazıntılar və sairlə bağlı oldu.
Qeyd edək ki, konfransın
üçüncü günündə
Qobustan qoruğu ilə tanışlıq planlaşdırılıb.
MEHPARƏ
Mədəniyyət.- 2009.- 3 aprel.- S. 9.