Ömrün bitməyən çərəyi

 

Təəssüf dolu xatırlama

  

1909-cu il aprelin 5- Dərbəndin yoxsul evlərinin birində doğuldu Asəf. Bir yaşından daddı atasızlığın acısını. Ancaq çox keçmədən Bakı unutdurdu ona kimsəsizliyini. Bu varlı-hallı istedadlı şəhər öz qaynar həyatının axarına qatdı balaca Asəfi. Tale isə ömür adlı zaman möhlətini əsirgədi ondan.

 

Dərbəndin dolanbadolan küçələri ilə addımlayıb gimnaziyaya gedirdi, məktəbin nəzdindəki nəfəsli orkestrdə klarnet çalırdı. Küləklər şəhərində isə Üzeyir bəyin rəhbərlik etdiyi Türk musiqi məktəbində oxumaq nəsibi oldu - truba sinfində. Daha sonra violonçeldə, fortepianoda, kontrapunktda eyni məharətlə ifa elədi, dinləyənləri mat qoydu; balaca bir uşaq bu qədər alətin öhdəsindən necə gəlir? 1931-ci ildə (bu zaman o Konservatoriyanı yenicə bitirmişdi) Leninqrad (Sankt-Peterburq) Moskva şəhərlərində təşkil etdiyi konsertin ona qazandırdığı şöhrət çox sonralar da unudulmadı - hətta gənc bəstəkara yaradıcı təkliflər gəldi. Ancaq bu zaman o özü həyatda yoxuydu.

Bu gün tamam olası yüz yaşının astanasında acı təəssüflə düşünürəm ki, yüzün heç olmasa dörddə birini yaşamaq qisməti olmadı - bəstələri ömrü kimi yarımçıq kəsildi. Musiqinin özünəməxsus diliylə desək, Asəf Zeynallı bütöv ömrün heç bircə çərəyini başa vurmadı. Tələsdi - yazıb-yaratmağa da, ölümə . Bəlkə görülən işlərin dəyəri, çəkisi ölçülərkən heç ömrün uzunluğu şərt deyil? Özüylə birgə neçə-neçə yazılmamış vokal ya instrumental əsərləri apardı əbədiyyətə. O, həyatla - insanın arzularla aşıb-daşdığı, diləklərinin yalnız yalnız çin olacağına inandığı bir yaşda vidalaşdı. Elə bir yaş ki, bu gün əkdiyin ağacın sabah bar verəcəyini ümidlə gözləyirsən. Axı hardan biləsən ki, o «sabah» olmayacaq?

 

Görülən işlərdən görülməyəcəklərə ismarış

 

Asəf Zeynallı iyirmi üç illik ömrünün cəmi beş sənəsini həsr elədi musiqi adlı sehr dəryasına. Amma sonsuz səfərinə alnıaçıq, üzüağ yola düşdü: ilk milli fuqa (doqquz naməlum fuqanın yalnız üçü işıq üzü görüb) janrını Şərq çalarlarıyla bəzədi, dram musiqisinin əsasını qoydu (“Sevil”, “Dönüş” - C.Cabbarlı, “Yanğın” - H.Nəzərli S.Rüstəm - “Hind qı” - Ə.Hamid, “Şimal küləyi”, V.Kirşon s. tamaşaların musiqi tərtibatı gənc A.Zeynallı qələminin məhsuludur), ilk ali musiqi təhsili almış bəstəkarımız oldu, Üzeyir bəydən dərs aldı, konservatoriyanın nəzdində yaradılan musiqi məktəbində sabahın bir sıra görkəmli sənətkarlarına böyük həvəslə müəllimlik etdi - Qara Qarayev, Tofiq Quliyev, Əminə Dilbazi, Cövdət Hacıyev, Zakir Bağırov... ondan dərs aldılar, mövzu etibarıyla bir-birindən rəngarəng milli romans silsiləsini yaratdı (“Sual”, “Çadra”, “Araz”, “On il”, “Seyran”, “Sərhədçi”, “Ölkəm”), fortepiano üçünUşaq süitası”(bu əsərin yaranması ilə milli uşaq musiqimizin əsası qoyulub ), “Muğamsayağı”, “Çahargah”, “Durna”, ”Kuklaların yürüşü”, “Mübahisə”, fortepiano ilə violonçel üçünQoyunlarpyeslərini, xor orkestr üçünŞikəstəsini qələmə aldı. Əllidən çox xalq mahnısını (“Səndən mənə yar olmaz”, “O qara qaşlar”, “Sarı gəlin s.) nota yazdı. Bəzi tamaşalara bəstələdiyi musiqi nümunələrini bütöv bir əsər formasında birləşdirdi Fraqmentlər” (1931) simfonik süitasını yaratdı. Bununla da musiqi tariximizdə ilk simfonik əsərin bünövrəsi qoyuldu. “Tənqid-Təbliğteatrının musiqi hissəsinə, konservatoriyanın yaradıcılıq bölməsinə rəhbərlik elədi. Xalq nəğmələrinin toplanıb işlənilməsində can qoydu elə bu yönlü səfərlərin birində o əlacsız dərdə mübtəla oldu.

Bu qədər cəhd, yorulmaz əmək, əldə edilən uğur beş il. Yolunun qısalığını sanki əvvəlcədən duyan Asəf Zeynallı özünəməxsusluğu. Deyilənə görə, o hələ özünü tam bəstəkar hesab etmirmiş. İyirmi-otuz illik səhnə taleyilə öyünən həmvətənlər, yaddaşlarda qalmaq üçün beş il kifayət etmirmi?

 

Təskinlik

 

Bu gün hamımızın yaxşı tanıdığı bir musiqi kolleci var: Asəf Zeynallı adına Kollec. Əsrin əvvəllərində Bakıda yaranmış Türk musiqi məktəbi 1925-ci ildə Türk Musiqi Texnikumuna çevrilir. Asəf Zeynallı konservatoriyadan öncə burada təhsil almışdı. Sonralar bu təhsil ocağı Asəf Zeynallının adını daşıyır. Bu gün isə məktəb artıq kollec kimi tanınır. Ölkənin musiqi müəssisələrində çalışan kadrların əksəriyyəti buranın məzunlarıdır hardasa bununla fəxr edirlər

Asəf Zeynallı! İllər ötəcək, əsrlər dəyişəcək, ancaq bu adı qocaltmağa zamanın da gücü çatmayacaq. Xatirələrdə yenə cavan qalacaq, nəğmələrindən daim gənclik təravəti süzüləcək. Ondan bir əsr sonra, yəni bu gün o nakam bəstəkarımızla bağlı olan varsa, hələ təzə-tərdir. Yüz yaşının tamamında düşünüb, nələri yazmağa cəhd göstərsəm , hisslərimi o qədər yanğıyla, emosional şəkildə ifadə edə bilməyəcəyəm - necə ki, bunu bir zamanlar mərhum şairimiz Rəsul Rza layiqincə edib - sənin sənətinə dərin ehtiram bəsləyən o qüdrətli şeir ustadı.

  

   Yoxluğunla bitmədi sənət,

   bitməyəcək.

   Yaradacaqlar;

   bəlkə səndən yaxşı, bəlkə pis.

   Lakin sən yarada biləcəyin

   yaranmayacaq sənsiz.

  

 

   Samirə Səma

 

  Mədəniyyət.- 2009.- 3 aprel.- S. 5.