Sənət festivalına start verildi

 

Aprelin 2-də Gəncə şəhərində Dövlət Rəsm Qalereyasının binasında I Ümumrespublika dekorativ-tətbiqi sənət festivalının ilk sərgisinin açılışı keçirildi. Mərasimdə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək festivalın Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, bu sənət üzrə yaranmış nümunələrin geniş ictmaiyyətə təqdim edilməsi, gənc istedadların üzə çıxarılması, yeni sənət əsərlərinin aşkarlanması məqsədilə keçirilməsindən danışaraq, bu tədbirin son illərdə dövlətin milli mədəniyyətimizə qayğısının bariz nümunəsi olduğunu bildirdi. Açılış mərasimindən sonra Gəncəbasar bölgəsinə daxil olan rayonlardan gəlmiş sənətkarların əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Qeyd edək ki, respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə festivalın beş regional mərkəzdə - Gəncə, Şəki, Xaçmaz, Naxçıvan, Lənkəran şəhərlərində keçirilməsi nəzərdə tutulur.

 Festival çərçivəsində növbəti sərgi aprelin 15- Naxçıvanda keçiriləcək. İlin sonunda isə Bakıda festivalın yekun sərgisi təşkil olunacaq qaliblər mükafatlandırılacaq.

 

 

Sabutay,

Gəncə

 

Mədəniyyət.- 2009.- 3 aprel.- S. 2.