Yevlaxda mədəniyyət
bayramı
Aprelin 1-i yevlaxlılar üçün əsl mədəniyyət
bayramı olub.
Belə ki, həmin gün Yevlax şəhərində yeni
inşa olunmuş Mərkəzi Elektron Kitabxananın açılış
mərasimi keçirilib.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar
Vəliyev, ictimaiyyət
nümayəndələri iştirak
ediblər.
Şəhər İcra
Hakimiyyətinin başçısı
Elmar Vəliyev son illər Yevlaxda mədəniyyət sahəsində
görülən işlərdən
danışaraq bildirib
ki, şəhərdə
Heydər Əliyev muzeyi, tarix-diyarşünaslıq
muzeyi, Heydər Əliyev sarayı, xalq teatrı inşa olunub, uşaq kukla teatrının fəaliyyəti
bərpa edilib, əhalinin asudə vaxtının səmərəli
təşkili üçün
istirahət parkları
salınıb.
Elektron kitabxananın
istifadəyə verilməsinin
rayon əhalisi üçün
böyük əhəmiyyət
kəsb etdiyini deyən natiq bildirib ki, Heydər
Əliyev prospektində
inşa edilmiş kitabxana qiraət zalından, iş otaqlarından, elektron kitabxana zalından ibarətdir. Oxucularının
sayı 18 min 600 nəfər
olan iki fonddan ibarət kitabxanada 74 min nüsxə
kitab var. Mərasimdə
çıxış edən
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev elektron kitabxananın açılışı
münasibətilə yevlaxlıları
təbrik edib, son illər respublikada mədəniyyətin inkişaf
etdirilməsi istiqamətində
Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərindən
danışıb.
Rəmzi qırmızı
lent kəsildikdən sonra
kitabxanaya baxış
keçirilib. Sonra qonaqlar
bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə açılışı
olmuş xalq teatrına gəliblər.
Burada Dövlət Pantomim Teatrının aktyorları
tərəfindən müxtəlif
tamaşalar göstərilib.
Tədbirlər silsiləsinin davamı olaraq, Yevlax şəhərindəki Heydər
Əliyev sarayında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Ansamblının
konserti olub.
Mədəniyyət.- 2009.- 3 aprel.- S. 1.