Komitədə kadr islahatları gözlənilir
Şəlalə Həsənova: "Strukturla
yanaşı, saytımız
da dəyişdiriləcək"
Azərbaycan Respublikası Prezidenti
yanında Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin
(PYQKDK) informasiya və
ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
Şəlalə Həsənovadan
aldığımız məlumata
görə, dövlət
başçısının 5 mart tarixli sərəncamı ilə adıçəkilən
qurumun adı sadəcə QKDK adlandırılacaq
və onun əvvəlki strukturu tamam dəyişdiriləcək.
Müsahibimiz bildirdi ki, haqqında danışılan sərəncamla
sözügedən komitənin
yeni əsasnaməsi təsdiqlənib: "Həmin
əsasnaməyə əsasən,
dövlət başçısının
30 dekabr 1999-cu il tarixli 58 saylı fərman əsasında yaradılmış komitəmizin
strukturu ilə yanaşı, indiki saytımız da yeni saytla əvəzlənəcək".
"Proses aprelin
sonunda yekunlaşa bilər"
Onun dediyinə
görə, təmsilçisi
olduğu komitənin hazırkı strukturunda fəaliyyət göstərən
struktur bölmələrə
və vəzifələrə
sədr, aparatın rəhbəri, sədrin köməkçisi, qiymətli
kağızların buraxılışı
və qeydiyyatı şöbəsi, lotereya fəaliyyətinin tənzimlənməsi
sektoru, borc öhdəlikləri bazarının
tənzimlənməsi və
girov əməliyyatlarının
uçotu şöbəsi,
girov əməliyyatlarının
uçotu sektoru, qiymətli kağızların
tədavülünün tənzimlənməsi
şöbəsi, dövlət
və bələdiyyə
qiymətli kağızlarının
tədavülünün tənzimlənməsi
sektoru, korporativ qiymətli kağızlarının
tədavülünün tənzimlənməsi
sektoru, qiymətli kağızlar bazarının
infrastrukturunun tənzimlənməsi
şöbəsi, qiymətli
kağızlar üzrə
peşə fəaliyyətinin
lisenziyalaşdırılması və tənzimlənməsi
sektoru, qiymətli kağızlarla əməliyyatların
tənzimlənməsi və
nəzarəti sektoru,
qiymətli kağızlar
bazarının inkişafı
və monitorinq şöbəsi, hüquq
şöbəsi, normativ
aktların ekspertizası
sektoru, qiymətli kağız sahiblərinin
hüquqlarının müdafiəsi
sektoru, kadr və kadr hazırlığı
şöbəsi, ümumi
şöbə, informasiya
və ictimaiyyətlə
əlaqələr şöbəsi,
mühasibat uçotu
və hesabat şöbəsi, eləcə
də təsərrüfat
şöbəsi daxildir:
"Struktur dəyişikliyindən
sonra adları çəkilən şöbələrdən,
sektorlardan və vəzifələrdən hansının
saxlanılacağı, səlahiyyətlərinin
artırılacağı, yaxud
azaldılacağı, eləcə
də hansı qurumların və vəzifələrin ləğv
ediləcəyi hələlik
bilinmir. Kadr islahatlarının aparılacağını, yeni
vəzifə təyinatlarının
reallaşdırılacağını, həmçinin yeni şöbələrin və
sektorların yaradılacağı
və digər məsələlərin gerçəkləşdiriləcəyi
də istisna deyil. Analoji prosesin bizim komitənin dövlət başçısının 22 sentyabr 2005-ci il
tarixli sərəncamı
ilə yaradılmış
və 15 ştat vahidindən ibarət olan Naxçıvan Muxtar Respublikası üzrə idarəsinə
şamil ediləcəyi
də gözlənilir.
Ümumiyyətlə, qeyd etdiyim məsələlərin təxminən
aprel ayının sonlarınadək yekunlaşması
gözlənilir".
"Qızıl açar"a
xitam verildi"
Ş.Həsənova onu da diqqətimizə çatdırdı ki, yeni struktur formalaşdırılana
qədər komitə
fəaliyyətini davam
etdirəcək: "Məsələn,
bu gün (dünən - T.V.) sədrimiz
yeni bir əmr imzalayıb. "Lotereya haqqında" qanunun
9.3.1-ci maddəsinə müvafiq
olaraq "Kia Motors Az"
MMC-nin müraciətinə
əsasən, QKDK sədrinin
7 aprel 2009-cu il tarixli əmri ilə adıçəkilən
şirkətin cari ilin yanvar ayının
5-dən etibarən təşkil
etdiyi "Qızıl
açar" stimullaşdırıcı
lotereyanın keçirilməsinə
xitam verilib".
Təbriz Vəfalı
Həftə içi.- 2009.-
8 aprel.- S. 6.