80-90-cı illərin
mənzərəsində Azərbaycan
kinosu
90-cı illərin əvvəllərində
respublikamız SSRİ-nin
tərkibindən ayrılır,
öz müstəqilliyini
elan edir. Daha sonra müstəqilliyi
uğrunda mübarizə
aparır, torpaqlarımızın
bütövlüyünü qorumaq üçün məcburi müharibəyə
cəlb olunur. SSRİ
dağılır, idarəçilik
sistemi, ictimai quruluş dəyişir, sosializmdən kapitalizmə
keçid başlayır.
Bütün bunlar - şəhidlər, müharibə,
çevriliş cəhdləri,
hakimiyyətdəki qarşıdurmalar,
bitmək bilməyən
keçid dövrü
xaosun yaranmasına səbəb olur. Yaranmış qarışıqlıqların
mənbəyində Sov.İKP-nin
sonuncu lideri Mixail Qorbaçovun yürütdüyü "aşkarlıq
və yenidənqurma"
siyasəti dayanırdı.
Siyasi iclaslarda, qəzet və televiziya kanallarında çıxışlar, söhbətlər
"aşkarlıq" yarlığı
ilə təqdim olunurdu: gizlinlər aşkara çıxır
və hər şey yenidən qurulur…
Bağışla, ölməyəcəm...
Təbii ki, kinematoqraf da yeni ideoloji axından
kənarda qala bilməzdi. Bu illərdə çəkilən
filmlərdə dövr
aydın təsvir olunur. Qəhrəmanlar, situasiyalar dövrə uyğun olaraq dəyişir, mürəkkəbləşir.
Məhz, bu dövrdə rejissor O.Mirqasımov "Şeytan
göz qabağında",
V.Mustafayev "Yaramaz",
R.Ocaqov "Ölsəm,
bağışla", Ş.Ələkbərov "Sahilsiz
gecə", E.Quliyev
"Təxribat", N.Musayev
və Y.Abramov "Lətifə", Ə.Mahmudov
"Gecə qatarında
qətl" filmlərini
çəkirlər. Aşkarlıq
dövrü milli kinomuzda yeni mövzulara meydan açır. Oqtay Mirqasımovun "Şeytan
göz qabağında"
filmi (1987) rəhbər
orqanlarda baş alıb gedən cinayətkarlıqdan, qruplaşmalardan,
dövlət orqanlarında
kök salmış mafiyadan və onların məğlubedilməzliyindən
bəhs edirdi. Filmin qəhrəmanı, gənc jurnalist (Fəxrəddin Manafov) redaksiyalarına gəlmiş
bir məktubun izi ilə gedir
və bütün cəhdlərinə baxmayaraq,
mübarizəsində məğlub
olur.
Rasim Ocaqovun
"Ölsəm, bağışla"
(1989) filmi İkinci Dünya müharibəsinin
başqa üzünü
göstərirdi. O vaxta
qədər kinoda, ədəbiyyatda müharibə
sovet cəmiyyətinə
həmişə qəhrəmanlıq
eposu kimi təqdim olunurdu. Doğrudur, bəzən
"Belarus vağzalı"
kimi müharibə veteranlarının sülh
zamanında qarşılaşdıqları
çətinliklərdən, onların lazımınca qiymətləndirilməməsindən, gənclərin müharibə
veteranlarına xor baxmasından danışan
filmlər də çəkilirdi. Amma bir qayda olaraq
bu filmlərin finalında müharibə
iştirakçıları bizim stabil, firavan
həyatımızı borclu
olduğumuz qəhrəmanlar
kimi qalırdılar.
"Ölsəm, bağışla"
filmində isə müəlliflər yaşam
uğrunda əsl mübarizənin, ölüm-dirim
savaşının döyüş
meydanında yox, arxada getdiyindən danışırdı. Oranı
əbəs yerə
"cəbhə" adlandırmırlar.
Arxa cəbhədə
gedən müharibə
daha dəhşətlidir,
çünki düşmənin
kimliyi məlum deyil, o, buqələmun
kimi simasını dəyişir. Bu cəbhənin öz qəhrəmanları var.
Vaqif Mustafayevin
"Yaramaz" filmində
(1987) müasir qəhrəman,
tamaşaçı üçün
yeni bir rakursdan açılır.
Bu rakurs Azərbaycan kinematoqrafiyası
üçün təzədir.
Söhbət "balaca
adam" mövzusundan
gedir.
"Yaramaz"
filminin qəhrəmanı
balaca adamdır. Heç kim onu görmür, o, diqqəti cəlb etmir. Hətəm çox təmiz, sadə, buna görə də səfeh təsiri bağışlayan bir şəxsdir. Ancaq bir gün o, kiminsə diqqətini cəlb edir və tədricən böyüyür. Vəzifəsi
artdıqca Hətəm
də dəyişir, öz təmizliyini nə qədər qorumağa çalışsa
da, buna nail ola bilmir. Və
o, hakimiyyətdən istifadə
etməyə başlayır.
Getdikcə simasızlaşır,
yaramazlaşır. Ona
aid olan hər şeyi itirir və özü də məhv olur.
Bu, yalnız
onun başına gəlmir. V.Mustafayevin
"Fransız" videofilmində,
Hüseyn Mehdiyevin
"Özgə vaxt"
və digər filmlərdə də müasir qəhrəman özünü itirmiş
şəkildə təsvir
olunur. O, nə qədər cəhd etsə də, özünü dərk edə bilmir. Cəmiyyətdəki xaos onun şüuruna daxil olub, baxmayaraq
ki, o hər vəchlə cəmiyyətdən
qaçmağa çalışır.
Kim nə etdi və nə edəcək?
90-cı illərin
əvvəllərində müstəqil
Azərbaycan dövləti
yaranır. 70 ildə kökləri çox dərinlərə işləmiş
idarəetmə sistemi,
əlaqələr dağılır,
yenisi isə yaranmır. Həm iqtisadiyyat, həm mədəniyyət ağır
böhran keçirir.
Beynəlxalq aləmin
maraqları Azərbaycanın
maddi sərvətlərinə
yönəldiyindən, daxili
qüvvələr də
daha çox iqtisadiyyatı, sənayeni
diqqət mərkəzində
saxladığından mədəniyyətdəki
böhran daha da dərinləşir. Azərbaycanlıların başı
bir-birinin ardınca baş verən, ölkədə az qala vətəndaş müharibəsi səviyyəsinə
gətirib çıxaran
daxili çəkişmələrə
qarışır. Torpaqlarımızın
20 faizi işğal olunur. Belə bir xaosun içində
dövlət ideologiyası
kimi mühüm bir məsələ unudulur. Onsuz da məişət problemləri içində
boğulub qalmış
insanlar, günü-gündən
həyat şərtlərinin
daha da çətinləşdiyi
bir dövrdə artıq kimə və nəyə inanacaqlarını bilmirlər.
Ümumi şəkildə
hamıya aydın idi, dövlətin müstəqilliyini qorumaq lazımdır, Qarabağ daim Azərbaycana aid olub və olacaq,
torpaqlarımız geri
alınmalıdır və
s. Lakin bütün bunların hansı ssenari əsasında həyata keçiriləcəyi
heç kimə məlum deyildi. Cəmiyyət bu problemlərə yaxınlaşmaq,
onlarla yaşamaq əvəzinə, sanki saatbasaat ondan uzaqlaşır. Problemin həllinə təkan verə biləcək ideologiya isə yox idi. Təbii
ki, incəsənət
də bu xaosdan kənarda qala bilməzdi. Lakin əgər musiqinin, ədəbiyyatın
yaranması üçün
bir kağız və bir qələm,
teatr üçün
səhnə kifayət
idisə, kino ilə məsələ başqa cür idi. Kinonun fəaliyyətini
davam etdirməsi üçün böyük
maliyyə vəsaitinə
ehtiyac vardı. Həmçinin dövlətin
bütün sahələrində
olan xaos kinodan da yan
keçməmişdi. Əgər
bu vaxta qədər ssenarilərə,
mövzulara, filmləri
çəkən rejissorların
adına qədər hər şey yuxarıdan müəyyən
olunurdusa, indi bu sistem pozulmuşdu.
Respublikada mühüm
siyasi -ictimai proseslərin getdiyi bir vaxtda kino
heç kimi maraqlandırmırdı. Bu qarışıqlığın
yeganə müsbət
cəhəti o oldu ki, bir-birinin ardınca, kapitalizmin, bazar iqtisadiyyatının havasına müstəqil kino şirkətlər:
"Aqa", "Tilsimfilm",
"JF prodakşn", "İbrus LTD" və s. yarandı. Baxmayarq ki, indi bu
şirkətlərin və
onların istehsal etdikləri filmlərin adları ancaq bəzi şəxslərə
və kinoşünas
Aydın Kazımzadəyə
məlumdur. Müstəqil
studiyalarda maliyyə çatışmazlığı səbəbindən qısametrajlı
filmlər istehsal olunurdu. Şamil Əliyevin "Təsadüfi
görüş", Murad
İbrahimbəyovun "Adi
əhvalatlar", Xəyyam
Aslanın "Son döyüş",
Vaqif Mustafayevin "Hər şey yaxşılığa doğru"
filmləri (siyahı yetərincə uzundur) neçə illər boyunca bir çox
beynəlxalq kinofestivallarda
Azərbaycan kinosunu təmsil edib.
90-cı illərin
ortalarından etibarən
respublikada tədricən,
stabillik yaranır. Dövlətin ideoloji siyasəti müəyyənləşir.
Bütün sahələrdə
olduğu kimi, kino da müharibə
mövzusunu cəmiyyətin
diqqət mərkəzinə
çıxarmağa çalışır.
Rejissor Ənvər Əbluç "Ağ atlı oğlan", Oruc Qurbanov "Haray" filmlərini çəkir. Ancaq bu filmlərdə müharibənin dərk olunmaması faktı aydınca hiss olunur. Görünür həmin
zaman suların durulması üçün
vaxt lazım olduğunu iddia edənlər yanılmırdılar.
İntiqam Hacılı
Mədəniyyət.- 2009.- 8 aprel.- S. 11.