Yeni turizm marşrutu təqdim edildi
Bakı Turizm İnformasiya Mərkəzi
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi və Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ilə birlikdə yeni turizm marşrutunu
təqdim edib. İçərişəhər-Şərqi Abşeron-Qala adlanan
marşrutun yaradılmasında
əsas məqsəd Azərbaycanın turizm potensialının tanıtdırılmasıdır.
Qala Arxeoloji-Etnoqrafik
Muzey Kompleksinin direktoru Fikrət Abdullayevin mətbuata verdiyi məlumata görə, Abşeron yarımadasında olan mədəni irsin, tarixi abidələrin böyük əksəriyyəti
bu marşrutda öz əksini tapıb: «Ən maraqlısı isə odur ki, marşrut
bizim muzeydə yekunlaşır. Qala Muzey Kompleksi
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə ən müasir texnologiyalar əsasında yaradılıb.
Burada eramızdan əvvəl üçüncü minillikdən
başlayaraq 20-ci əsrin
əvvəllərinə qədər
Abşeron tarixinə
aid həm arxeoloji, həm də etnoqrafik baxımdan dəyərli eksponatlar toplanıb. Çalışmışıq ki, burada nəinki qədim mədəni irsi, həm də orta əsrlər Abşeronunun yaşayış
tərzini əks etdirək. Bütün bunlarla
Muzey kompleksinin
yaradılmasında əsas
məqsədin eyni zamanda interaktiv turizmin inkişafı olduğunu deyən F.Məmmədovun sözlərinə
görə, hazırda
bu turizm növü bütün dünyada dəbdədir:
«Buraya gələn turistlər arzu etdikləri işlə məşgul ola
bilirlər. Qonaqlarımızın bəzilərini xalça
toxumaq, bəzilərini
təndirə çörək
yapmaq, bəzilərini
isə emalatxanalarda işləmək maraqlandırır.
Bunun üçün muzey kompleksində hər cür şərait mövcuddur».
Mədəniyyət.- 2009.- 8 aprel.- S. 5.