"Azərbaycan
- dünyam mənim"
Səbail rayonunda
orta ümumtəhsil məktəblərində təhsil
alan istedadlı
şagirdlərin müəyyənləşdirilərək
onların hərtərəfli
qayğı ilə əhatə olunmasını
təmin etmək məqsədilə Bakı
şəhəri üzrə
Təhsil İdarəsi
və Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin
birgə qərarı
ilə keçirilən
"Azərbaycan - dünyam
mənim" yaradıcılıq
müsabiqəsinə yekun
vurulmuşdur. 3 layihə
üzrə (ədəbi-bədii,
elmi-tədqiqat və kompyuter layihələri) keçirilən "Azərbaycan
- dünyam mənim"
yaradıcılıq müsabiqəsinə
rayondakı bütün
orta ümumtəhsil məktəblərində təhsil
alan və həmçinin Səbail
rayon Uşaq Yaradıcılıq
Mərkəzində məşğul
olan şagirdlər cəlb olunmuş, 7, 91,
132, 160, 189, 190, 236 və 239 saylı orta məktəblərin və
20 saylı Uşaq Yaradıcılıq Mərkəzinin
kollektivləri müsabiqədə
daha fəal iştirak etmişlər. Məktəblilərin müsabiqəyə təqdim olunmuş işlərini qiymətləndirən
Təşkilat Komitəsi
hər bir işi diqqətlə nəzərdən keçirərək
rayon mərhələsinin qaliblərini
müəyyən etmişdir.
"Azərbaycan - dünyam mənim" yaradıcılıq
müsabiqəsinin Səbail
rayon mərhələsinin yekunlarına
həsr olunmuş tədbir qonaqların və iştirakçıların
rayon İcra Hakimiyyətinin
iclas zalında mükafata layiq görülmüş işlərdən
ibarət sərgi ilə tanışlıqdan
başlanmışdır.
Daha sonra tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı
Sahib Ələkbərov müsabiqənin
qaliblərini təbrik
edərək ölkəmizdə
uşaqlara, onların
hərtərəfli inkişafına
göstərilən dövlət
qayğısı barədə
ətraflı məlumat
vermişdir. Müsabiqənin
rayon mərhələsinin yekunları
barədə Təşkilat
Komitəsinin məlumatı
dinlənilmiş, 9 nominasiya
üzrə 116 nəfərin
iştirak etdiyi müsabiqənin qalibləri
elan olunmuş və müsabiqədə
mükafata layiq görülmüş, İnternet
saytları və çarxların təqdimatı
keçirilmişdir. İnşa
yazıları nominasiyası
üzrə 239 saylı
orta məktəbin şagirdi Badam İslamova, mini elmi-tədqiqat
işləri nominasiyası
üzrə 132 saylı
orta məktəbin şagirdi Elnur Məlikbəyli, müəllif
şeirləri nominasiyası
üzrə 132 saylı
orta məktəbin şagirdi Mehdi Təhmasib, rəsm nominasiyası üzrə
160 saylı Klassik gimnaziyanın şagirdi Heydər Əlibəyli, musiqi nominasiyası üzrə 160 saylı Klassik Gimnaziyanın şagirdi Kamran Sultanlı, dekorativ-tətbiqi
sənət nominasiyası
üzrə 20 saylı
Uşaq Yaradıcılıq
Mərkəzinin şagirdi
Ümüd Cümşüdov,
kompyuter layihələri
nominasiyası üzrə
7 saylı orta məktəbin şagirdi Kərəm Quliyev, Veb-saytlar nominasiyası üzrə 189 saylı orta məktəbin şagirdi Emil Mütəllimov
və öyrədici layihələr nominasiyası
üzrə 7 saylı
orta məktəbin şagirdi Könül Əkbərli qalib elan olunmuşlar.
Bakı şəhəri üzrə
Təhsil İdarəsi
rəisinin müavini Hüseyn Əsgərov paytaxtımızın bütün
rayonlarında keçirilən
bu müsabiqəyə
Səbail rayonunda xüsusi önəm verildiyini vurğulayaraq müsabiqənin gedişindən
razı qaldığını
bildirmişdir.
Tədbirin sonunda müsabiqə qaliblərinə
Səbail Rayon İcra
Hakimiyyətinin, Bakı
şəhəri üzrə
Baş Təhsil İdarəsinin və Təhsil işçiləri
Azad Həmkarlar Komitəsinin
Fəxri fərmanları,
Diplomları və qiymətli hədiyyələr
təqdim edilmişdir.
Mədəniyyət.- 2009.- 8 aprel.- S. 3.