Yevlax teatrı yeni binada
Son illər ölkəmizin paytaxtında
yerləşən teatr
binalarının əsaslı
təmiri və yenidən qurulması ilə yadda qalacaq. S.Vurğun adına Dövlət Rus Dram Teatrının, Kukla Teatrının binalarının təmiri,
başa çatmış,
Azərbaycan Akademik Milli Dram Teatrında
bərpa və yenidənqurma işləri
isə davam edir. Dövlət Gənclər Teatrının
yenicə təmir olunmuş binasının yaxın günlərdə
açılışı olacaq. Artıq teatrların bina təminatının yaxşılaşdırılması
prosesi paytaxtdan əyalətlərə keçməkdədir.
Mingəçevir Dövlət
Dram Teatrının binasının təmirindən
sonra Bəşir Səfəroğlu adına
Yevlax Xalq Teatrının ikimərtəbəli
binası yerli tamaşaçıların ixtiyarına
verildi. Yeni tikilmiş teatr binasının səhnəsində
Pantomim Teatrı öz repertuarını yevlaxlılara təqdim etdi.
Teatr binasının açılışında
çıxış edən
Yevlax Rayon İcra Hakimiyyətinin başçısı
Elmar Vəliyev Azərbaycan teatr ənənələrinin regionlarda
da yaşandığını
önə çəkərək
yeni binanın istifadəyə verilməsini
rayonun mədəni həyatında böyük
rol oynayacağını
bildirdi. Mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev isə ölkə prezidenti İlham Əliyevin mədəniyyət
sahəsinə göstərdiyi
qayğı və diqqətdən danışdı.
Hər bir regionun inkişafının
həm də mədəni yüksəlişdən
keçdiyini söyləyən
Ə.Vəliyev, bu
sırada teatr sənətinin xüsusi çəkiyə malik olduğunu vurğuladı.
O, həmçinin bildirdi
ki, yerli teatrla yanaşı, paytaxt teatrlarının da burada yüksək
səviyyədə çıxışına
imkan verən binanın tikilməsi bölgənin mədəni
həyatında əlamətdar
hadisədir.
Xalq artisti Afaq Bəşirqızı
isə
atasının adını
daşıyan Yevlax Xalq Teatrının bina təminatından sevindiyini bildirərək, rəhbərlik etdiyi “Bəşir”
satira teatrının da tezliklə yevlaxlılara qonaq gələcəyini söylədi.
Sonra tamaşaçılar
Pantomim Teatrının
çıxışını izlədilər. Yeni binanın istifadəyə
verilməsi yerli teatrın kollektivinə ikiqat sevinc bəxş
etmişdi. Kollektiv üzvləri bu sevinclərini qəzetimizlə
bölüşür.
Zöhrə Adıgözəlova
(Yevlax Xalq Teatrının bədii rəhbəri): “Teatrımız
1976-cı ildən fəaliyyət
göstərir, indiyə
qədər 60-dan şox
əsərə səhnə
həyatı verib. İndi biz yüksək
əhval-ruhiyyədəyik,
25 nəfərlik kollektivimiz
Kamal Nemətin “Təzə xadimə” əsərini yeni səhnəmiz üçün
hazırlayır. Binada
qrim, yardımçı
və rəhbərlik
otaqları var. Daxili və xarici görünüşün
sintezi, interyerdə milli ornamentlərin əks etdirilməsi, akustikanın və işıq sisteminin müasir standartlara uyğun olması binanın teatr imkanlarını genişləndirir”.
Ceyran Cəfərova
(gənc aktrisası):
“Bu yeni teatr binasının səhnəsində
çox məşhur
obrazlarla çıxış
etmək istərdim. İndi gözəl əsərləri tamaşaya
qoymaq üçün
böyük imkanlarımız
var”.
Mehriban Məmmədova
(gənc aktrisa): “Hər kəs kimi mən də
teatrımızın yeni
bina ilə təminatına sevinirəm.
Yeni aktyor nəslinin yetişməsində bu amil böyük rol oynayacaq”.
Maya Əliyeva
(aktrisa): “Teatr yaranandan aktrisa kimi fəaliyyət göstərirəm. Heç
vaxt tamaşalarımızı
səhnədə rahat
oynaya bilməmişik.
Hətta tamaşa zamanı sürətli yerimək istəyəndə
büdrəyirdik. Binanı
araya-ərsəyə
gətirənlərə təşəkkür
edirik. Sevinirəm ki, əsl səhnə
həyatımız başlayır”.
Beləliklə Yevlax Xalq Teatrının
binasında yeni tamaşa ilə başlanan bayram saatı bitir və səhnə pərdələri enir. Amma sözsüz
ki, qarşıda yerli teatrın iştirakı ilə bu səhnənin pərdələri hələ
çox qalxacaq.
“Mədəniyyət”
Mədəniyyət.- 2009.- 8 aprel.- S. 3.