Litva turistlər üçün maraqlı
yerdir
Bakıda bu ölkənin
1000 yaşı qeyd edildi
Litvanın Azərbaycandakı səfirliyində
bu ölkənin adının yaranması münasibətilə tədbir
keçirilib. Konsul Viliyus Samuyla tədbirin məqsədi haqda iştirakçılara
məlumat verib: “Bu il Litvanın
1000 illiyini qeyd edirik. Litva adı
ilk dəfə alman yazılarında çəkilib. Biz həmin günü ölkəmizin bayramı kimi qeyd edirik”.
O, ölkəsinin
turistlər üçün
maraqlı yer olduğunu, bu ildən ölkəyə daha çox turist cəlb etmək məqsədilə
viza qaydalarında bəzi dəyişikliklər
edildiyini bildirib: «Bildiyiniz kimi, Litva da Şengen
ölkələri ailəsinə
daxildir. Biz xarici sərhədləri birgə qoruyuruq. Sistemdəki informasiya bütün Şengen müqaviləsi üzvlərinə
ötürülür. 25 ölkə
bu sazişi imzalayıb. Biz ötən ilin noyabrından Şengen vizası veririk. Qazaxıstan, Türkmənistan
da Azərbaycan kimi Litva səfirliyindən
bu vizanı ala bilər. Əgər siz Litvada daha çox
vaxt keçirəcəksinizsə,
başqa ölkəyə
gedəndə bu vizanı bizim səfirlikdən ala bilərsiniz”.
Şengen vizası
üçün sənədlərdə
hələ də mübahisəli məqam olaraq fiziki və
ya hüquqi şəxsin vətəndaşa
dəvət göndərməsi
ilə bağlı tələbin olduğunu qeyd edən V.Samuyla yaxın zamanda bu məsələnin
müsbət həll ediləcəyini və bu tələbin aradan qalxacağını
deyib: “Bu maddə üzrə yumşalmalar olacaq. Azərbaycan nümunəvi ölkədir.
Amma uzunmüddətli
vizalar verilmir. Litvaya gedəndə bilet bronlaşdırmaq kifayətdir. Yəni heç bir azərbaycanlı indiyədək
Litvada həmişəlik
qalmaq istəməyib”.
Tədbirdə
iştirak
edən Litvanın Turizm
üzrə
Dövlət Departamentinin direktoru Niyole Klyökene Azərbaycan-Litva mədəni əlaqələrinin daha da inkişaf edəcəyinə
ümid etdiyini bildirib və bunun üçün ilk növbədə
hər iki
ölkəyə
sərbəst gediş-gəliş qaydalarının mövcud olmasının vacibliyini vurğulayıb.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2009.- 10 aprel.- S. 9.