Böyüklər özlərinə yol aça bilirlər, uşaqlara kömək lazımdır

 

Bəstəkar Məryəm Əlibəyli bu fikirdədir

 

Müsahibim bəstəkar, musiqişünas, “Can bala” uşaq estrada qrupunun bədii rəhbəri Məryəm Əlibəylidir. Onun yaradıcısı olduğuCan balauşaq qrupu nəinki uşaqlar, hətta böyüklər arasında da kifayət qədər tanınır sevilir. Söhbətə eləCan balauşaq qrupundan başladıq.

 

- Məryəm xanım, niyə məhz uşaq qrupu yaratdınız?

- Bu ənənə praktika NM qrupundan gəlir. Uşaqlarla işləməyə isə ilk dəfə Xəyalə Manaflıdan başlamışıq. Natiq Qəzənfəroğlu mən Xəyaləni 5 yaşından səhnəyə gətirdik. O, Azərbaycan estradasında yeganə müğənnidir ki, 5 yaşından fəaliyyət göstərir. Xəyalə böyüyüb 17 yaşına çatanda biz darıxmağa başladıq. Bundan sonraCan bala yaratdıq.Böyüklər özlərinə yol aça bilirlər, uşaqlara isə kömək lazımdır.

- Qrup haqqında danışardınız...

- Ötən ilin sentyabrında qrupun 4 ili tamam oldu. “Can balaqrupunda fəaliyyət göstərən uşaqlar müsabiqə yolu ilə seçilmişdır. Bu zaman onların musiqi duyumu xarici görünüşləri əsas götürülmüşdür. Qrupun ifa etdiyi mahnıları Natiq Qəzənfəroğlu ilə birgə yazırıq. Hazırda qrup Azərbaycan Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərir.

- “Can bala”nı ilk professional uşaq qrupu hesab etmək olar?

- Bəli. Ola bilsin ki, kimsə nə vaxtsa pərakəndə halda qrup yaradıb. AmmaCan balasəviyyəsində olmayıb. Qeyd edim ki, bizim bir neçə illik zəhmətimiz indi görünməyə başlayıb.

Hər il uşaq «Eurovision» keçiriləndə Azərbaycanın da bu müsabiqədə iştirakı gündəmə gəlir. Keçən il adıçəkilən müsabiqədə iştirakımız baş tutmadı.

- Səbəbi?

- Səbəbini mən də bilmirəm. Ancaq biz hazırlaşırdıq.Hamı da deyirdi ki, siz gedəcəksiniz. Məncə, bu, onunla əlaqədar oldu ki, böyüklərin mahnı və rəqs «Eurovisionu»na daha çox vaxt enerji sərf olundu. Mən belə düşünürəm. Ola bilsin, daha mühüm səbəbləri var idi.

- Bəs bu il necə, hazırlaşırsınız?

- Biz öz işimizi görürük, məşqimizi edir, proqramımızda nəzərdə tutulanları həyata keçiririk. Yeganə problemimiz qrup üzvlərinin müsabiqədə iştirak etmək təcrübələrinin olmamasıdır. İndiyə qədər heç bir müsabiqədə iştirak etməmişik. Buna da səbəb maliyyə çatışmazlığı olub.

- Bəs böyüklərin «Eurovision-2009»undan gözləyirsiniz?

- 2009-dan yaxşı nəticələr gözləyirəm. Bunu keçənilki nəticələrə əsaslanıb deyirəm. İlk dəfə iştirak etdiyimiz müsabiqədə qazandığımız 8-ci yer bizim üçün 1-ci yerə bərabər tutulmalıdır. Nəzərə almaq lazımdır , o müsabiqədə dünyanın böyük dövlətləri təmsil olunurlar.

- Təmsilçimiz olacaq Aysel Teymurzadə haqqında deyə bilərsiniz?

- Mən onun çox dəyişdiyini görürəm. Ayselin uğur qazanacağına onun xarici görünüşü ifa tərzi imkan verir. Ancaq bunlar kifayət deyil. Ayselin yanında yaxşı komanda çalışmalıdır. Əgər bütün bunlar olsa, uğur qazana bilər.

- Son məlumatlara görə, mahnı Araşdan olacaq. Məgər bizdə belə mahnıları yaza bilən bəstəkarlar yoxdur?

- Doğrusunu deyim ki, mənim o barədə məlumatım yoxdur. Amma bizdə bu sahədə çox istedadlı bəstəkarlar var. Sadəcə olaraq, onlara imkan yaratmaq lazımdır.

- Məryəm xanım, bizdə mahnı problemi var, yoxsa ifaçı?

- Yaxşı müğənnilər , yaxşı mahnılar da var. Sadəcə, yaxşını pisdən ayırmaq lazımdır. Bunun üçün ən yaxşı meyar zamandır. Onsuz da zaman öz işini görəcək. Maraqlılar, səviyyəlilər qalacaq, digərləri isə unudulacaq. Mənhər yerindən duran oxuyuriradı ilə razılaşmıram. Bunu eqoistlik adlandırıram.Qoy oxusunlar, kim istəmir, qulaq asmasın.

- Başqa nələrlə razılaşmırsınız?

- Məsələn, toy müğənniləri haqqında danışılanlarla. Başa düşmürəm, toylarımızda kimlər oxumalıdır? Gedib xaricdən oxuyan gətirməliyik? Şou-biznesdə qalmaqal məsələsi barəsində danışılanlarla da razı deyiləm. Normal şou-biznesdə qalmaqal olmalıdır.Bu təkcə bizdə belə deyil. Düzdür, bəziləri biabırçı olsa da, həqiqi qalmaqallar da olur. Bu, şou-biznes sahəsinin öz qaydalarından biridir. Mən hələ o fikirdə deyiləm ki, bizdə bu sahə yüksək səviyyədədir, amma inkişaf gedir.

- Onda Avropaya çıxacaq ifaçı niyə tapılmır?

- Avropa səhnəsinin yüksək tələbləri var. Ora çıxmaq çox çətindir. Bir də hər ifaçını qəbul etmirlər. Avropaya çıxmaq üçün geniş, əlaqələr, yaxşı himayəçilər olmalıdır. Amma əsas rolu maliyyə oynayır. Bizdə hələ bu sahəyə maliyyə qoyacaq insanlar yoxdur.

- Bəzi bəstəkarlar mahnılarını yalnız məşhur müğənnilərə verirlər. Bəs siz?

- Onlar öz qədrini bilən bəstəkarlardı. Düzdür, əslində bu belə olmamalıdır. Hər bir ifaçının hüququ var ki, istənilən bəstəkardan mahnı oxusun. Amma günün tələbi belədir. Mənim bir çox yaxşı mahnılarımı müğənnilər pis ifaları ilə yaman günə qoyublar.

- Bəzən deyirlər ki, əvvəl mahnının musiqisini, sonra sözlərini yazdım. Bu nə qədər doğrudur?

- Bunun heç bir fərqi yoxdur.Natiq müəllimin elə musiqiləri olur ki, ona uyğun şeir tapmaq olmur. O zaman şeiri mən yazmalı oluram. Əslində hər bir bəstəkarda şairlik, şairdə isə bəstəkarlıq istedadı olmalıdır.

 

 

Söhbətləşdi: Sevinc Asifqızı

 

Mədəniyyət.- 2009.- 10 aprel.- S. 7.