Vətəndaş mövqeli sənət fədaisi

 

Cəlil Məmmədquluzadə-140

 

Respublika prezidenti İlham Əliyevin sərəncamı ilə ədəbi ictimaiyyət Azərbaycan jurnalistikasının yaradıcılarından biri, yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyini qeyd etməkdədir.

 

C.Məmmədquluzadə Azərbaycan ədəbiyyatının iftixarı olmaqla bərabər, həm də dünya mədəniyyətinin görkəmli nümayəndəsidir... Onun qələmə aldığı əsərlərinin hamısı xalqımızın oyanışına, tərəqqisinə maariflənməsinə xidmət edir. Daha doğrusu, o, vətəndaş mövqeli sənət fədaisi olmuşdur. Çünki bu gün Mirzə Cəlil haqqında danışılanda, istər-istəməz adamın yadınaMolla Nəsrəddinjurnalı düşür. Məlumdur ki, jurnalın ilk nömrəsi 7 aprel 1906- ildə TiflisdəQeyrətmətbəəsində nəşr olunubdur. Jurnal müəyyən fasilələrlə 25 il nəşr edilərək dövrün güzgüsü rolunu oynayır. Öz mənalı gülüşü ilə avamlığı, geriliyi dini fanatizmi pisləyir. Cəmiyyətin düçar olduğuxəstəliklərəəlac tapmağa çalışır. Bu səbəbdən yaradıcısı olduğu jurnalın yaranma zərurətini belə səciyyələndirir: “Molla Nəsrəddini həyat,zəmanə özü yaratdı».

Heç də təsadüfi deyil ki, Mirzə Cəlil jurnalın ilk sayında “Sizi deyib gəlmişəm “ adlı məqaləsini yazır. Orada öz məsləkini bəyan edir. Xalqını, millətini mübarizəyə həyatın zülmündən xilas olmağa çağırır...

Ölkə prezidenti İlham Əliyev “Molla Nəsrəddin” jurnalının mədəni həyatımızın və ədəbi ictimai fikrimizin inkişafındakı müstəsna yerini nəzərə alaraq 2006-cı ildə sərəncam imzaladı. Jurnalın 100 illik yubileyi qeyd edildi.

Göründüyü kimi, ölkə başçısı tərəfindən mətbuat tariximizin qızıl səhifəsi olan bu jurnalın yüksək səviyyədə dəyərləndirilməsi, yubileyin dövlət tərəfindən layiqincə qeyd edilməsi əhəmiyyətli məsələ idi. Prezident İlham Əliyev o vaxt demişdi: “Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə fəaliyyətə başlayan “Molla Nəsrəddin” xüsusi məktəb yaratmış, milli mətbuatımızın inkişafının qızıl səhifəsini yazmışdır”.

Ədəbi tənqidçilərin dediyi kimi, “Molla Nəsrəddin” jurnalının yalnız Azərbaycanın deyil, həm də Yaxın Şərqin ictimai fikir tarixində əhəmiyyətli yeri olmuşdur.

Qeyd etmək istərdik ki, “Molla Nəsrəddin” jurnalının səhifələrində rus çarizminin Qafqazda törətdiyi erməni-müsəlman qırğını ilə bağlı yetərincə yazılar dərc olunub. Erməni daşnaklarının üzünü açan birinciMolla Nəsrəddinjurnalı olub. Xalqın istək düşüncələrinin güzgüsü olan bu jurnal haqqında sovet dövründə xeyli tədqiqat əsərləri yazılıb. Xüsusilə , ədəbiyyatşünas alimlər - Əziz Mirəhmədovun, Mir Cəlalın, Abbas Zamanovun bu sahədəki fəaliyyəti təqdirəlayiqdir. Sovet ideologiyasının tələblərinə uyğun, təbii ki, bəzi məsələlərin aydın şəkildə şərh edilməsinin qarşısı alınırdı. Ancaq son vaxtlar akademik İsa Həbibbəyli başda olmaqla, bir qrup tədqiqatçıMolla Nəsrəddinjurnalını latın qrafikası ilə çap etdirib. Kitab halında oxucuların istifadəsinə verilib. Bu da o deməkdir ki, indi Mirzə Cəlilin təhrif olunmuş yaradıcılığı olduğu kimi oxuculara təqdim olunmaqdadır. Beləliklə, onun irsinin toplanması nəşri yeni mərhələyə keçir. Bir daha aydın olur ki, onun əsərləri ötən əsrdə olduğu kimi, bu gün xalqın xidmətindədir.

Görkəmli yazıçının həyat və yaradıcılığını bir daha ətraflı öyrənmək üçün mötəbər mənbələrdə yetərincə sənəd var. Məlumdur ki, onun adı neçə il əvvəl əbədiləşdirilmiş, əsərləri təkrar-təkrar böyük tirajla çap olunmuşdu. Haqqında maraqlı, sanballı elmi əsərlər yazılıb, onun bədii əsərləri əsasında filmlər çəkilib. Respublikamızın şəhər rayonlarında heykəlləri qoyulub. Əsərləri rus, ingilis, fransız, ərəb, özbək digər dillərə tərcümə edilib. Kitabları təkrar-təkrar İranda Türkiyədə çap olunaraq oxucuların ixtiyarına verilib.

Cəlil Məmmədquluzadə irsi həmişə oxunub, söz yox ki, gələcəkdə də oxucularını itirməyəcək...

 

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2009.- 10 aprel.- S. 6.