“Azərbaycan
- 2003-2008: Zaman haqqında
düşünərkən”
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin Azərbaycan dilində iki, ingilis və rus dillərində bir sanballı məqaləsindən ibarət
“Azərbaycan - 2003-2008: Zaman
haqqında düşünərkən”
kitabı çapdan çıxıb. Kitabın
birinci məqaləsi Prezident İlham Əliyevin bu sözləri ilə başlayır: “Bizim son beş il
ərzindəki təcrübəmiz
onu göstərir ki, nəyi planlaşdırmışıqsa,
nəyi bəyan etmişiksə onu icra etmişik və çox hallarda vaxtından tez etmişik”.
Məqalədə deyilir ki, ətrafımızda
baş verən hadisələr dünyada müxtəlif cür şərh olunur, çünki hər xalq üçün tarixən formalaşmış
özünəməxsus sosiomədəni
yaddaş, mentalitet xasdır. Bu, ümumən qəbul olunmuş fikirdir. Hər bir xalqın
öz dəyərlər
ölçüsü, iyerarxiyası
var və şəxsiyyət cəmiyyətdə
baş verən hadisələri bunları
əsas götürərək
təhlil edir. Qlobal məsələləri
qarşıya qoymaq və həll etməyi isə az-az adamlar bacarır
və konkret xalqı, ölkəni və ya bəşəriyyəti
yalnız onlar öz arxasınca apara bilərlər. Gözlərimiz qarşısında dəyişən reallıqlardan
söhbət açan
akademik Ramiz Mehdiyev yazır ki, bu dəyişən
reallıqların adekvat
dərk edilməsi üçün zəruri
olan yeni metodik novasiya - yaşanılan və gələcək “zamanın
simvolu” rakursundan təhlili gündəmə
gəlmişdir.
XXI əsr nəinki qütblərin, ideologiyaların,
sivilizasiyaların qarşı
durduğu, həm də arxaik, ənənəvi, modern və postmodern dünyagörüşü və
simvollarının üz-üzə gəldiyi zaman kimi səciyyələnir.
Bu baxımdan, son beş il
ərzində istər
dünyada, istərsə
də Azərbaycanda baş verən prosesləri düzgün qiymətləndirmək üçün
onları “sürət”
simvolu formatında təhlil etmək lazımdır.
E.Tofflerin sözləri
ilə başlayan ikinci məqalədə o,
yeni sivilizasiyanın gündəlik həyatımıza
daxil olmasını görərək özü-özündən
soruşur: bəlkə
biz də köhnəlmişik?
Sonra yaşanan illər təhlil olunur. Bu dövr
ərzində bir-birini
əvəz edən hadisələr sosiumu kökündən dəyişmiş,
ya azadlıq mehi, ya da
totalitar rejim şəraitində yarımkölə
həyatı gətirmişdir.
Bütün bu transformasiyalarda cəmiyyətin
dəyişməz vəzifəsi
siyasi elitanın yaradılması olmuşdur.
Müəllif yazır ki,
indiki mərhələdə
qarşımızda duran
vəzifə Azərbaycan
dövlətçiliyinin perspektivli
və səmərəli
inkişafını, ayrılıqda
götürülmüş hər bir şəxsiyyətin
intellektual inkişafını
və mənəvi-əxlaqi təşəkkülünü
təcəssüm etdirəcək
yeni dəyər oriyentirlərini təkamül
yolu ilə irəlilətməkdən ibarətdir.
Demokratik inkişafın
iqtisadi təkamüllə
sıx əlaqəsindən
danışan müəllif
vurğulayır ki, azad vətəndaş, ilk növbədə, maddi və maliyyə
baxımından azaddır,
bu da ona
siyasi azadlıq verir. Vəzifəsi inkişaf strategiyasını
və dövlətin gələcəyini müəyyən
etməkdən ibarət
olan ”seçilmişlər
zümrəsi"nin formalaşmasında yalnız
hər cəhətdən
azad vətəndaş
mühüm, həlledici
amil ola bilər. İnnovasiya təfəkkürünə
malik olan istedadlı insanlar yalnız azad və müstəqil cəmiyyətdə mütərəqqi
ideyalar verməyə,
inkişafın strategiyasını
yaratmağa, cəmiyyətin
mənafelərini dövlətin
mənafeləri ilə
əlaqələndirməyə qadirdirlər. Deməli, elita cəmiyyətin o hissəsidir ki, dövlətin inkişaf yollarının
və mexanizmlərinin
aşkar edilməsində
ona həlledici rol ayrılır. Müəllif vurğulayır ki,
“elita” dedikdə, ölkənin bütün
hakim orqanlarını
- dövlət qərarları
qəbul edən və onlara görə xalqın qarşısında şəxsi
vətəndaş məsuliyyəti
daşıyan insanlar,
habelə dövlət
qulluqçuları olmayan,
lakin öz hərəkətləri ilə
ölkədəki
sosial-siyasi, iqtisadi, mədəni və başqa proseslərə bu və ya
digər şəkildə
təsir göstərən
insanlar nəzərdə
tutulur. Müəllif yazır ki, hər hansı dəyişiklik üç
amilə - sabitliyin qorunub saxlanmasına, dövlətçiliyin möhkəmlənməsinə
və ümumi rifaha xidmət etməlidir. Mentalitetdən bəhs edən
müəllif tarixi nümunələr əsasında
inandırıcı şəkildə
sübut edir ki, mentalitet zamanın məhsuludur və o, bu
və ya digər cəmiyyətlərdə
baş verən dəyişikliklər nəticəsində
transformasiya edə bilməz, ictimai tərəqqi üçün
tormoz ola bilməz. Beləliklə,
müəllif Azərbaycan
cəmiyyətinin gələcək
inkişaf perspektivlərini
müəyyən edərək,
belə bir nəticəyə gəlir
ki, elita problemi müasir Azərbaycanın sosial-siyasi
modernləşməsinin həlledici
amilidir.
“Mədəniyyət”
Mədəniyyət.- 2009.- 10 aprel.- S. 2.