Bakı Slavyan Universitetində
beynəlxalq elmi-praktik
konfrans
Bakı Slavyan Universitetində “Almanlar Azərbaycanda” adlı beynəlxalq elmi-praktik konfransının
açılış mərasimi
keçirildi. Qeyd edək ki, tədbir Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi, Bakı Slavyan Universiteti və Alman-Azərbaycan Cəmiyyəti
tərəfindən təşkil
olunmuşdu. Tədbirdən əvvəl
almanların 190 il öncə Azərbaycanda
məskunlaşmasına həsr olunmuş fotosərginin
açılışı oldu. BSU-nun rektoru,
AMEA-nın müxbir üzvü prof. Kamal Abdulla sərgini
açıq elan etdikdən sonra bu tədbirin əhəmiyyətindən
danışaraq tarixə qısa ekskurs etdi. Rəhbərlik
etdiyi universitetdə bu tədris ilindən etibarən
roman-german filologiyası ixtisasının tədris
olunduğunu, bu yaxınlarda A.Humbold adına
Alman Mədəniyyət Mərkəzinin
açıldığını deyən K.Abdulla konfransın
mövzusunun çox maraqlı olduğunu dilə gətirdi. Azərbaycan və alman xalqları arasında tarix
boyu dostluq əlaqələrinin mövcud olduğunu da deyən
rektor bu konfrans vasitəsilə iki xalq arasındakı tarixi, mədəni,
iqtisadi əlaqələrə bir daha nəzər salmaq
imkanı əldə edildiyini tədbir
iştirakçılarının diqqətinə
çatdırdı. Konfransın yüksək
səviyyədə keçiriləcəyinə əmin
olduğunu deyən K.Abdullayev iştirakçı və təşkilatçılara
uğurlar arzuladı.
Konfransın açılış
mərasimində Mədəniyyət və Turizm Nazirliyi
Aparatının rəhbəri F.Qurbanov çıxış
edərək almanların 190 il öncə
Azərbaycanda məskunlaşma səbəblərini
açıqladı. Tarixə nəzər salan natiq, o
dövrdə Almaniyada iqtisadi, siyasi gərginliyin mövcud
olduğunu dedi. Almanların Azərbaycana gəlmə
tarixini məhz bu amillərlə əlaqələndirən
F.Qurbanov hazırda bu inteqrasiya ilə bağlı tarixi abidələrin
qorunub saxlandığını da qeyd etdi.
Tədbirdə Nəsimi
rayon YAP təşkilatının sədri, millət vəkili
M.Həsənova da çıxış edərək bu
konfransın istər siyasi, istərsə də mədəni
baxımdan daşıdığı dəyərlərdən
söz açdı. Azərbaycan
xalqının digər xalqlara qarşı həmişə
tolerantlıq göstərməsini millətimizin
böyüklük əlaməti kimi qiymətləndirdi.
Konfransın
açılış iclasında millət vəkili A.Mollazadə
də söz aldı. BSU-da Azərbaycanda yaşayan
bütün xalqların mədəniyyətinə diqqət
yetirildiyini deyən millət vəkili bu tədbirin təşkilinə
görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü
bildirərək, qloballaşma dövründə Azərbaycanın
- öz mədəni köklərini, adət-ənənələrini
saxlamaq şərtilə - Avropaya inteqrasiyasının
vacibliyinə toxundu.
Konfransın plenar
iclasında Azərbaycan, Türkiyə, Danimarka alimlərinin məruzələri
dinlənildi.
Daha sonra konfrans
öz işini bölmələr üzrə davam etdirdi.
Qeyd edək ki, BSU-da keçirilən konfrans
aprelin 12-si Göygöl rayonunda davam etdirilib.
Sabutay
Mədəniyyət.-
2009.- 15 aprel .- S. 13.