Mineral suların təbii muzeyi
Naxçıvanda müalicəvi
suların turizm baxımından qiymətləndirilməsi
vacibdir
Naxçıvan Muxtar
Respublikasında mürəkkəb landşaft
kompleksi müxtəlif növ
rekreasiya ehtiyatları ilə zəngindir. Bu baxımdan Naxçıvanda ekoloji
cəhətdən təmiz hava, dərman
bitkiləri, çoxsaylı tarixi və təbii
abidələrin, zəngin müalicəvi suların olması
beynəlxalq turizmi inkişaf
etdirməyə geniş şərait yaradan başlıca amillərdəndir. Professor Ə.Əsgərov haqlı olaraq Naxçıvan Muxtar
Respublikasını «Mineral suların təbii
muzeyi» adlandırmışdır.
Turizm ölkələrinin təcrübəsi
göstərir ki, iqtisadiyyata
güclü təsir göstərən bir sahə kimi, turizm dövlət büdcəsinin
formalaşmasında, ticarət balansının sabitləşməsində
mühüm rol
oynayır. Turizmin inkişafı həmçinin
ölkədə işsizlik kimi ağır bir problemin öhdəsindən gəlir, ölkədə
bütün sahələrin
inkişafına öz müsbət təsirini
göstərir.
Naxçıvan Muxtar Respublikası
təbii və mineral suyu
olan bulaqlarına görə dünyada diqqəti cəlb edən bölgələrdəndir.
Muxtar respublikanın 5,5 min kvadratkilometrlik sahəsində
250-dən artıq mineral su
mənbəyi var. Bu
bulaqların əksəriyyəti Şahbuzda,
Ordubadda, Şərurda və
Naxçıvan çayının vadilərindədir. Bulaqlar kimyəvi tərkibinə görə
müxtəlif tipli olub,
təsərrüfatda, məişətdə, sənayedə və
müalicə məqsədilə istifadə olunur.
1843-cü ildən muxtar respublikada olan təbii
suların kimyəvi tərkibinin öyrənilməsinə başlansa da, bu sahədə planlı kəşfiyyat
işləri XX yüzillikdə aparılıb. Aydın olub ki, Naxçıvanda mineral suların 6 tipi,16 sinfi
və 33 müxtəlif növü mövcuddur. Bu suların 98 faizi karbon qazı olub, hidrokarbonat tipli sulara aid edilir. Mineral suların əksəriyyətinin
temperaturu 8-220 C0-dir. Darıdağda
buruq quyularının
hərarəti 500 və
daha yuxarı olan sular aşkar
edilib. Azərbaycanda olan karbon qazlı suların 35%-i Naxçıvan Muxtar Respublikası ərazisindədir.
Şahbuz şəhəri ərazisindəki
çay vadiləri boyu 40 kv.km sahədə
50-yədək mineral su mənbəyi,
Babək rayonunun 1200
kv.km ərazisi daxilində
50-yə yaxın mineral-müalicə
su mənbəyi, Culfada 900 kv.km sahədə
85 mineral su bulağı
aşkarlanıb. Şərurda mineral su bulaqları çox zəngin deyil. 1316 kv.km. ərazidə 7 mineral su mənbəyi öyrənilib. Müalicəvi əhəmiyyətinə görə Sirab, Badamlı, Vayxır, Nəhəcir, Narzan, Böyrəksuyu daha çox əhəmiyyətli
təbii süfrə sularından hesab olunur ki, bunlar
da turizmin inkişafına geniş imkanlar açır.
Bahasu mineral su bulağı
Sədərək rayonunda,
Araz çayının
sahilindədir. Bahasu bulağının
NMR-də yeganə hidrokarbonatlı-maqneziumlu mineral su olduğu ehtimal edilir.
Blokada şəraitində olmasına baxmayaraq, Naxçıvanda mineral su
zavodları fəaliyyət
göstərir. Respublikamızın bütün bölgələrinə,
o baxımdan Bakı şəhərinə bu
mineral sulardan çoxlu
sayda göndərilir.
Badamlı mineral su yatağı
Şahbuz şəhəri
ərazisində Badamlı
kəndindən 3 km şimal
qərbdə, dəniz
səviyyəsindən 1274 m hündürlükdədir. Bu yataq bir neçə bulaqdan ibarət qrup şəklindədir. Yatağın istismar ehtiyatı 1070 m3/gün hesablanıb. Buradakı 5 saylı quyunun suyu Rusiya Federasiyasının
«Arşan» bulağının
suyuna yaxın olub, Narzan tiplidir.
Badamlı suyunu mədə-bağırsaq
və qaraciyərin bəzi xəstəlikləri
zamanı içmək
faydalıdır.
Sirab mineral su yatağı
Babək rayonu ərazisində, Sirab kəndindən 3 km şimalda,
dəniz səviyyəsindən
1100 m hündürlüyündədir.
Sirab suyu qədim zamanlardan məşhur olmaqla, mühüm müalicə vasitəsi kimi tanınıb. Yataqda kimyəvi tərkibinə görə
fərqlənən üç
tip su aşkar edilib. Yatağın 3 saylı quyusunun
suyu Saxalindəki «Sineqorski» tipli suya uyğundur. Yatağın ehtiyatı 1053 m3/gün təsdiq edilib. Sudan mədə-bağırsaq,
öd yolları və qaraciyər xəstəliklərinin müalicəsində
istifadə olunur.
Darıdağ mineral su yatağı
Culfa şəhərindən
8 km şimal-şərqdə, Darıdağın ətəyində,
dəniz səviyyəsindən
800-900 m hündürlükdədir. 5 bulaq və
32 kəşfiyyat quyusundan
ibarətdir. Suların kimyəvi
tərkibi öyrənilib.
Suyu karbon qazlı, mərgümüşlü, yüksək
minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur;
Kudova (Polşa), Lya-Burbül (Fransa), Dürkqeyt (Almaniya), Sinedorsk (Saxalin) sularının analoqudur.
Lakin suyun tərkibindəki
mineral duzların mütənasibliyi
ilə Darıdağ suyu onlardan üstündür.
Temperaturu 53-570 C0, ehtiyatı 4507 m3/gün təsdiq edilib.
Darıdağ suyundan müxtəlif
xəstəliklər zamanı
istifadə olunur.
Təkcə bir faktı demək kifayətdir ki, 1930-cu illərdən malyariyalı
xəstələr bu sudan şəfa
tapırdılar.
Culfa Darıdağ müalicəxanasının
ərazisində yeni korpus istifadəyə verilib, korpusda tibbi yardım və digər xidmət növləri fəaliyyət göstərir.
Bir sözlə, Naxçıvan
Muxtar Respublikasında
turizmin inkişafı
üçün potensial
imkanlar vardır və bundan bacarıqla istifadə etmək lazımdır.
Hafiz Hüseynov,
Naxçıvan Dövlət Universitetinin dosenti
Mədəniyyət. - 2009.- 15 aprel.- S. 9.