Doğum günün mübarək, Nəsibə xanım!

 

Nəsibə Cahangir qızı Zeynalova 1917-ci ildə aprel ayının 20-də Bakıda anadan olub. 1937-ci ildən kolxoz-sovxoz teatr truppasında sənətə başlayıb. 1941-ci ildə Bakıda Teatr Texnikumunu bitirən Nəsibə xanım həmin ildən Azərbaycan Musiqili Teatrında fəaliyyətə başlayıb. Onun ilk yaratdığı obrazlardan biri «Beş manatlıq gəlin» tamaşasında Cülnaz rolu olub. Sonra isə o, «Toy kimindirtamaşasında «Məsmə», «Gözün aydın»da Nargilə, «Ulduz»da Züleyxa, xarici əsərlərdən «Keto Kote» Kabato digər obrazları canlandırıb. 50-ci illərin ikinci yarısında Nəsibə xanım Azərbaycan komediya teatrı tarixinə daxil olmuş səhnə obrazları yaradıb: «Rəisin arvadı» tamaşasında «Afərin», «Tbilisi nəğməsi»ndə Gesiya, «Hacı Kərimin Aya səyahəti»ndə Kəblə Fatma, «Altı qızdan biri Pəri» Cəhrə, «Nicran»da Qızbacı, «Qayınana»da Cənnət b.

Nəsibə xanım həm Azərbaycan kinosunda canlandırdığı obrazlarla da sənətdə silinməz izlər qoyub: «Ögey ana», «Böyük dayaq», «Ulduz», «Qanun naminə», «Bizim Cəbiş müəllim» unudulmaz «Qayınana» filmində yaratdığı bənzərsiz qayınana obrazı ilə...

Nəsibə Zeynalova 2004-cü il mart ayının 11-də dünyasını dəyişib.

Səhnədə hər kəsi güldürən, adi, sakit duruşu ilə gülüş doğuran çox sənətkarlar var ki, həyatda başqa cürə olurlar. Yəni, bir az zəhmli, ciddi, yeri gələndə sərt. Hamımızın sevimlisi olan xalq artisti Nəsibə xanım Zeynalova da bax, belə sənətkarlardan olub. Necə deyərlər, düzü düz, əyrini əyri görüb həmişə. Yəqin elə bu cür ədalətli, təmiz niyyətli olmağındandır ki, canlandırdığı obrazlar bu qədər təbiliyi ilə təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tamaşaçı könlündə yer tapıb, ürəklər fəth eləyib.

Nəsibə xanımla səhnədə tərəf-müqabili olmuş, bu gün mənəvi oğul kimi aktrisanı qəlbində yaşadan Musiqili Komediya Teatrının aktyoru, teatr truppasının rəhbəri Novruz Qartal beləcə bizi bu böyük sənətkarla bağlı çox mətləblərdən hali elədi. «Mən ona oğul kimi idim, aramızda o qədər doğmalıq vardı. Hələ mən hərbi xidmətdə olarkən ona yazmışdım ki, «Məmə, mənə pul göndər». Nəsibə xanım da mənə qalın bir məktub göndərmişdi paketə qoyduğu açıqcaların arasına bir neçə «onluq» qoymuşdu». Novruz müəllim söyləyir ki, qayğıkeş, xeyirxah insan olan aktrisanın həm çox gözəl əl qabiliyyəti var idi. Gözəl tikmə ustası idi. Hətta «Hicran» tamaşasında istifadə olunan yaylıqları belə o, özü tikmişdi. Nəsibə xanım, demə dadlı-ləzzətli xörəkləri ilə dostları arasında şöhrət qazanıbmış. «Səfərə çıxanda o, heç vaxt xüsusi maşınlarda getməzdi, elə avtobusda həmkarları ilə birgə olmağa üstünlük verirdi. Yola bişirdiyi ləziz xörəklərdən götürərdi. Bəh-bəh, onun xörəklərinin dadı başqa idi...»

N.Qartal söylədi ki, Nəsibə xanım ayağında ağrılar hiss etdiyindən ağır yeriyərdi. Ancaq səhnədə quş kimi yüngül hiss edirdi özünü. Sovetlər dönəmində on beş respublikanın teatrlarının iştirak etdiyi festivalda Nəsibə xanım da Azərbaycan teatr sənətini təmsil edənlərdən biri idi. Festival iştirakçıları «Hicran» tamaşasını seyr etdikdən sonra onların arasında olan dünyaşöhrətli sənətkarlar Nəsibə xanımı bir möcüzə hesab etdiklərini bildiriblər.

Ancaq o, çox sadə, təvazökar bir insan idi. Heç vaxt özündən razı tonla danışmazdı. N.Qartal deyir ki, dildə yox, o, əməldə göstərirdi necə insan olduğunu. bu gün belə bir aktrisanın, bu cür insanın əlbəttə ki, yeri görünür. Novruz Qartal kimi sənət dostlarının çoxmilyonlu tamaşı qəlbində isə Nəsibə xanım yaşayır, qədər ki, səhnə tamaşası var, bu sevgi həmişə olacaq. Doğum günün mübarək, Nəsibə xanım!

 

 

Mina RƏŞİD

 

Mədəniyyət.- 2009.- 15 aprel.- S. 5.