Filmlərimizin təzə evi
Mədəniyyət sahəsində aparılan
məqsədyönlü siyasət
artıq öz bəhrəsini verməkdədir.
Ölkəmizin mədəni
həyatındakı müsbət
dəyişikliklərlə müşayiət olunan bu siyasət ildən-ilə daha dinamik xarakter
almaqdadır. Mədəniyyətimizin
xaricdə geniş miqyasda təbliği ilə yanaşı, şəhər və rayonlarımızdakı mədəniyyət
ocaqları müasir standartlara uyğun təmir olunur, yenidən qurulur. Bu sıraya təzə tikilən mədəniyyət obyektlərindən
olan Dövlət Film Fondu da
daxildir. Filmlərin saxlanması və arxiv faktlarının qorunması baxımından
unikal təşkilat olan fond 1994-cü ildə yaranıb. Ölkəmizdə istehsal
olunmuş bədii, sənədli və cizgi filmlərinin toplandığı fonda həmçinin vaxtilə
Bakı və ümumilikdə Azərbaycan
prokatlarında saxlanılan
xarici filmlər də daxildir. Hazırda fondda 64 mindən artıq saxlama vahidi qorunur. Bu saxlama
vahidlərində yerli
və xarici filmlərlə yanaşı,
müxtəlif kino materialları - maqnit lentləri, kantratip lentlər, neqativlər və s. qorunur.
Ümumilikdə kino tariximizin daşıyıcısı
olan bu qurum
əvvəllər kinoteatr
kimi fəaliyyət göstərən binada yerləşdirilmişdi. Təbii
ki, bu bina
filmlərin qorunub saxlanma tələblərinə
cavab vermədiyindən,
ölkə başçısının
“Azərbaycan kino sənətinin inkişaf etdirilməsi barədə”
23 fevral, 2007- ci il tarixli sərəncamında
problemin həlli xüsusi bəndlə müəyyənləşdirildi. Belə ki, Azərbaycan
kinosunun tarixini əks etdirən kinofilmlərin lazımi səviyyədə mühafizəsinin
təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyinə Azərbaycan Dövlət Film Fondu üçün
yeni binanın inşası tapşırıldı.
Qısa müddətdən
sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyətində
yeni binanın inşasına başlanıldı.
Tikilinin layihələndirilməsi bu sahədə ixtisaslaşan “Büllur” layihə firmasına, inşaaat və
quraşdırma işləri isə
“Azkond”
məhdud məsuliyyətli müəssisəsinə
həvalə olundu və işlər nəzərdə
tutulmuş
vaxtda tam başa
çatdırıldı.
Görülən işlərlə
Prezident
İlham Əliyev və xanımı
Mehriban Əliyeva əvvəlcə binanın foyesində
ulu
öndər Heydər Əliyevin Azərbaycanda mədəniyyətin, o cümlədən kino sənətinin inkişafındakı xidmətlərini əks etdirən fotoguşəyə, habelə Dövlət Film Fondunun tikintisi ilə bağlı
şəkillərə baxdılar.
Dövlətimizin başçısına
məlumat verildi ki, ümumi sahəsi təxminən
6,6 min kvadratmetr olan binanın birinci mərtəbəsində texniki
avadanlıqla təchiz
edilmiş inzibati otaqlar, laboratoriya, 120 yerlik salon və yardımçı otaqlar
yerləşir. Bu mərtəbədə
dünya kinosunun tarixini özündə əks etdirən kinokameralar, o cümlədən
1902-ci ilin istehsalı
olan “Edisson” kinoproyektoru, 1910-cu ildə
istehsal olunan “Debri” kinokamerası, habelə “Kaspi” qəzetinin Azərbaycan kinosunun tarixi baxımından qiymətli
yazının dərc
olunduğu nadir nüsxəsi
və sair nümayiş etdirilir.
Dövlət Film Fondunda,
ümumilikdə 64 min 373 ədəd
saxlanma vahidi, 10 mindən çox müxtəlif arxiv sənədləri, Azərbaycanda
istehsal edilmiş filmlər saxlanılır.
Burada xüsusi temperatur rejimi tətbiq olunur. Mənfi 5 dərəcədə
qorunub saxlanan filmlərin təhlükəsizliyi
də diqqətdə saxlanılır. Fondda siqnalizasiya və videomüşahidə sistemi
qurulmuşdur. Ən qədim tarixi olan filmlərin qorunması məqsədi ilə xüsusi boks yaradılmışdır.
Onların sayı təxminən 1000 ədəddir.
Bundan əlavə, indiyə qədər Rusiya arxivlərində saxlanılan 30-a qədər
Azərbaycan filminin nüsxələri Bakıya
gətirilmiş və
onlar fondun arxivinə daxil edilmişdir.
Fondda kino tarixi ilə bağlı 12 mindən çox foto da qorunur. Fotoarxivə dünyanın
müxtəlif yerlərində
istehsal edilən filmlərin fotoşəkilləri
də daxil edilmişdir. Fondun əməkdaşları bu
şəkilləri iki
ilə yaxın müddətdə şəxsi
arxivlərdən yığmışlar.
Ötən əsrin
60-cı illərindən
90-cı illərin ortalarınadək
istehsal edilən 3500 ekran əsərindən çıxarılan fotolar
üzərində bərpa
işləri aparılmışdır.
Bu arxivə Avropa və Amerikada istehsal edilən filmlərlə yanaşı, Baltikyanı
ölkələrdə çəkilən
filmlərin fotoşəkilləri
də daxil edilmişdir.
Prezident
İlham Əliyev videomontaj və bərpa otaqlarında yaradılmış şəraitlə
Fondda 60 əməkdaş çalışır. Burada
onların işinin daha səmərəli qurulması üçün
yeni texnikalar alınıb.
Dövlət Film Fondunda
görülən işlər
Azərbaycan kinosu incilərinin daha mükəmməl və etibarlı qorunmasına imkan verir. Burada
kino tarixi ilə bağlı tədqiqatların aparılması
üçün də
lazımi şərait
var.
Tikilinin zirzəmisi,
beş mərtəbəsi
və mansard tipli çardağı olan damı var. Əsasən
texnoloji avadanlıqların
yerləşdirilməsi üçün
nəzərdə tutulmuş
zirzəmidə mərkəzi
kondisionerlər və
qazla avtomatik yanğınsöndürmə sisteminin
qurğuları yerləşir.
Kommunikasiya xətləri
də əsasən zirzəmidə toplanmışdır.
Zirzəminin döşəməsi
mərmər, divarları
emulsiya ilə rənglənmiş, tavanı
isə asmadır. Bütün zirzəmi
“SPOT” tipli lampalarla işıqlandırılır.
Binanın 2- ci mərtəbəsinin laboratoriya
və mütəxəssislər
üçün xidmət
otaqlarından ibarətdir.
Burada əsasən
lentlərin köçürülməsi,
bərpası, yuyulub təmizlənməsi, səs
və rənglərin
bərpası, pozitivlərin
köçürülməsi işləri yerinə yetiriləcək. Laboratoriyaların
bütün avadanlıqları
Fransanın bu sahə üzrə dünyada tanınmış
“STM Derbri” firmasına
məxsusdur. Həmin avadanlıqların fonda, təkcə respublikamızın
deyil, xarici ölkələrin sifarişlərini
də tam və kefiyyətlə yerinə yetirilməsinə
imkan verəcək. Eyni zamanda 2-ci mərtəbədə filmlərin
dövlət komissiyası
tərəfindən qəbulu
üçün ən
müasir kinoproyeksiya,
səs avadanlıqları
və akustik sistemlə təmin olunmuş otaq da qurulub.
Dövlət Film Fondunun
3- cü və
4-cü mərtəbələri isə rəngli pozitivlər, bokslar və nitro əsaslı kino materialları saxlanan anbardan ibarətdir. Burada kinofondların qorunması
üzrə ən son sistemdən istifadə olunub.
Bokslar və anbarlarda müxtəlif temperatur rejimləri olduğu üçün
bu nüansa xüsusi fikir verilib. Belə ki, saxlanan materiallar
əvvəlcə boksun
qarşısındakı tambura
çıxarılır. Həmən
tamburda materialların
temperaturu tədricən
təyin olunmuş həddə qədər dəyişdirilir, sonra material növbəti tambura keçirilir və həmən proses təkrar olunur. Burada yol verilə biləcək ən adi yanlışlıq təbii ki, məhsulun sıradan çıxmasına gətirib
çıxara bilər.
Elə bunu nəzərə alaraq boks və anbarlarda
vahid temperatur rejimi müəyyənləşdirilib.
Texniki yeniliklər bununla da məhdudlaşmır.
Belə ki, binanın zirzəmisində
və 1-ci mərtəbəsində
İngiltərənin “DSC” firmasının
infıraqırmızı şüalı
hərəkət dedektorları
qurulub. Bu sistem bina daxilində
hərəkətə nəzarət
etməyə və mühafizə sisteminin qurulmasına xidmət edir. Bundan başqa,
əməkdaşların məsuldar
işləməsi üçün
Cənubi Koreyanın
“İnter-M” firmasının
istehsal etdiyi daxili xəbərvermə və radiolaşdırma sistemi də qurulub. Bu qovşaq
yanğın və ya hər hansı
fövqəladə hadisə
baş verdikdə avtomatik olaraq bütün otaqlara xəbər verir. Binada məlumat mübadiləsinin operativliyini
təmin etmək məqsədilə yüksək
sürətli elektron şəbəkə də
tətbiq olunub. Ünvanlı yanğın-xəbərvermə dedektorları
vasitəsilə yanğının
baş verdiyi yer mühafizəçiyə
ünvanlı şəkildə
çatdırılır. Bu
da yanğının operativ söndürülməsinə
imkan yaradır.
Dövlət başçısına
bildirildi ki, yaxın gələcəkdə
“Azərbaycanfilm”in binasında,
çəkiliş pavilyonlarında
da təmir və yenidənqurma işlərinin aparılması,
kinostudiyanın texniki
avadanlıqla təchiz
olunması planlaşdırılır.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2009.- 15 aprel.- S. 2.