Azərbaycan Turizm Şirkətləri Assosiasiyası
yaradılıb
Bir neçə gün əvvəl
Azərbaycan Turizm Şirkətləri Assosiasiyası təsis
edilib. Bunu mətbuata
açıqlamasında Mədəniyyət
və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri
Aydın İsmiyev bildirib. Onun dediyinə görə,
turizm sahəsində inkişaf etmiş ölkələrin təcrübəsi,
Ümumdünya Turizm Təşkilatının apardığı
təhlillərin nəticəsinə
uyğun ölkənin
turizm bazarının inkişafı, turizm məhsullarının müxtəlifliyi,
həmçinin ölkənin
turizm bazarının dünya turizm bazarına inteqrasiyası,
rəqabətə davamlı
turizm bazarının yaradılması və bu sahə üzrə
mövcud potensialın
təbliği prosesində
turizm şirkətlərinin
rolu əvəzedilməzdir.
Bu səbəbdən də turizm şirkətlərinin
fəaliyyətinin inkişaf
etdirilməsi, onların
işində mövcud
olan problemlərin aradan qaldırılması
və turizm şirkətlərinin mənafeyinin
qorunması, vahid şəkildə yerli və beynəlxalq tədbirlərdə iştirak
etmək məqsədilə
qurumun təsis edilməsinə zərurət yaranıb. A.İsmiyev onu da bildirdi ki,
turizmin inkişaf etdiyi bütün ölkələrdə belə
bir qurum fəaliyyət göstərir:
«250-yə yaxın turizm
şirkətinin fəaliyyət
göstərdiyi Azərbaycanda
da bu assosiasiyanın
təsis edilməsi vacib idi. Qurumun
yaradılması təbii
ki, şirkətlərin
problemlərinin həll
edilməsi baxımından
onların özü üçün sərfəlidir».
Mədəniyyət.- 2009.- 17 aprel.- S. 8.