Mədəniyyət yazarları mükafatlandırıldı
Sirr deyil ki, bu
gün bəşəriyyət
mədəniyyətlərarası dialoq sığalı ilə sivilizasiyaların toqquşması xofundan yaxa qurtarmağa çalışır. Deməli, biz Azərbaycan mədəniyyətinin
varlıq faktını,
özünü isbat dairəsini daha da genişləndirməli,
qloballaşdırıb, dərinləşdirməliyik.
Bəlkə də elə bu səbəbdəndir ki, bu gün
mədəniyyət mətbuatın,
ümumilikdə KİV-in ən
çox müraciət
etdiyi mövzulardandır. Amma burada
kəmiyyətlə yanaşı,
keyfiyyət faktı da üzə çıxır. Yəni, mövzu
mədəniyyətdən gedirsə,
onu təbliğ edənin - əlinə qələm alıb söz deyən şəxsin də ideya, fikir, mənəviyyat
çəkisi önəm
daşıyır. Elə «Mədəniyyət»
qəzeti olaraq Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə keçirdiyimiz məlum müsabiqəmiz də bu önəm və ehtiyacdan yarandı. Artıq ikinci dəfə
baş tutan və hər dəfə ətrafına
ölkənin ən nüfuzlu, zəhmətkeş
qələm sahiblərini,
mədəniyyət yazarlarını
toplayan yarışma bu missiyanın öhdəsindən gələ
bildi.
Bu fakt aprelin 15-də M.F.Axundov adına Milli
Kitabxanada düzənlənən
mərasimdə gerçəkləşdi.
Belə ki, Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” qəzeti
redaksiyası tərəfindən
keçirilmiş “Mədəniyyət
mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsi qaliblərinin mükafatlandırılma
mərasimi reallaşdı.
Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev başda olmaqla, nazirlik aparatı, tanınmış ziyalılar,
mədəniyyət və
ədəbiyyat sahəsinin
nümayəndələri, ölkənin aparıcı
mətbu orqanlarının
baş redaktorları və mədəniyyətimizi
mövzu edən səbəbkarlar - yəni
həmkarlarımız iştirak
edirdi.
Mərasimi giriş sözü ilə açan qəzetin baş redaktoru Nigar Mənsimli bu gün Azərbaycan mədəniyyətinin hər
kəsin gözləri
qarşısında inkişaf
etməkdə, zənginləşməkdə,
şöhrət sədalarının
respublikamızın sərhədlərini
aşmaqda olduğu faktlarını xatırlatdı. «Təbii ki, mədəni həyatımızda
baş verən bütün uğurlu işlərin arxasında dövlətimizin başçısı
cənab İlham Əliyevin diqqəti, biri-birindən maraqlı təşəbbüsləri durur.
Bu gün Azərbaycan
Qərb və Şərq mədəniyyətlərinin
mərkəzinə çevrilməkdədir.
Beynəlxalq miqyaslı, böyük
əhəmiyyətli mədəniyyət
layihələrinin respublikamızda
keçirilməsi bunun
bariz nümunələrindəndir.
Belə mötəbər
tədbirlərə ünvan
ola bilmək
üçün neçə
illərdir ki, dövlətimiz mədəniyyətimizə
sərmayə qoymaqdadır.
Biri-birinin ardınca mədəniyyət
obyektləri təmir edilir, yenidən qurulur, yeniləri tikilir və müasir standartlara uyğun avadanlıqla təchiz olunur. Düşünürəm ki, onların
adını sadalamağa
ehtiyac yoxdur. Mədəniyyət mövzusunda
yazan sizlər - yəni həmkarlarımız
- yəqin ki, möhtəşəm Heydər
Əliyev Sarayının,
Muğam Mərkəzinin,
Rus Dram Teatrının,
Gənc Tamaşaçılar
Teatrının, təmirdən
yenicə çıxmış
və yeni tikilmiş digər mədəniyyət ocaqlarımızın
açılış mərasimlərində
iştirak etmiş, canlı şahidlər olmusunuz.
Sözsüz ki, mədəni həyatımızda quruculuq
işləri hələ
davam etdirilir və qarşıda bizləri çox sürprizlər gözləyir. Hələ biz çox fundamental işlərin,
layihələrin, mötəbər
açılışların iştirakçıları olacağıq».
Belə bir müsabiqənin təşkilinin Mədəniyyət
və Turizm Nazirliyinin Azərbaycan mədəniyyətində baş
verən prosesləri izləyən və onu geniş ictimaiyyətə çatdıran
kütləvi informasiya
vasitələrinin fəaliyyətinə
verdiyi önəmin təzahürü olduğunu
diqqətə çatdıran
nazir Əbülfəs
Qarayev müsabiqəyə
marağın artmasından
məmnunluq ifadə etdi.
Rəhbərlik etdiyi nazirliyin fəaliyyətinin
mətbuat üçün
açıq olduğundan,
mətbuatla əməkdaşlıq
kursunun vacibliyindən
söz açan natiq cəmiyyətin informasiya ilə təminatında KİV-in müstəsna
rolunu qeyd etdi: «Bu gün mədəni həyatımızda
baş verənlərin
cəmiyyət tərəfindən
maraqla qarşılandığı,
xalqımızın hər
şeydən məlumatlı
olduğu sevindirici haldır. Cəmiyyətin məlumatlandırılması işində mətbuat, jurnalistlər əvəzsiz
rol oynayır. Tərəddüdsüz deyə bilərəm
ki, mədəniyyət
mövzusu daha maraqla qarşılanan, daha dərindən araşdırılan bir sahədir. Bu, çox təbiidir. Çünki cəmiyyət inkişaf
edir və bu fondda hamı
mədəni siyasət
prosesini izləyir.
Bu gün hörmətli
prezidentimiz İlham Əliyev Azərbaycan mədəniyyətinin daha
dinamik inkişafı və dünya arenasında təbliği
işinə çox böyük diqqət göstərir. Ölkənin mədəniyyət ocaqları
təmir edilir, mədəniyyət və
incəsənət xadimləri
dövlət rəhbərinin
xüsusi qayğısı
ilə əhatə olunur. Milli musiqinin, teatrın,
kinonun, rəssamlığın
və mədəniyyətimizin
ayrılmaz hissəsi olan digər sahələrin inkişafına
yönəlik addımlar
atılır. Təbii ki,
bütün bu işlərin qavranılması
və təbliğində
mətbuatın öz
rolu var. Mən buna sevinirəm və bu müsabiqədə
qalib adını qazanan dəyərli, istedadlı yazarları təbrik edirəm. Çox şadam ki, bu müsabiqə növbəti dəfə Mətbuat Şurası ilə birgə keçiriləcək və
daha çox jurnalist dostlarımızı
əhatə edəcək».
Daha sonra çıxış edən
Mətbuat Şurasının
sədri Əflatun Amaşov müxtəlif sahələrdə belə
musabiqələrin keçirilməsinin
əhəmiyyətindən söz açdı: ”Azərbaycan bu gün inkişaf
edir. İnsanlar cəmiyyətdə cərəyan edən prosesləri maraqla izləyir. Cəmiyyətdə məlumatlanma ehtiyacı
yaranıb. Bu məsuliyyətli işi -
cəmiyyətin məlumatlandırılmasını
- Azərbaycan jurnalistikası
həyata keçirir.
Mən istərdim ki, başqa nazirliklər də Mədəniyyət
və Turizm Nazirliyi kimi, jurnalistlər arasında belə musabiqələr keçirsin”. Ənənə halını almış bu müsabiqənin məqsədi respublikanın
kütləvi informasiya
vasitələrində mədəniyyət
mövzusunun geniş və yüksək peşəkarlıqla işıqlandırılmasına,
mədəni sərvətlərin
yeni forma və üslublarla əks etdirilməsinə nail olmaq
üçün ölkə
jurnalistlərini bu işə daha məqsədyönlü cəlb
etməkdən ibarətdir.
Ötən ilin ikinci yarısından start
verilmiş müsabiqəyə
respublikanın müxtəlif
televiziya, radio, qəzet
və jurnallarından
170-ə yaxın iş
təqdim olunmuşdur.
Tanınmış yazıçı
və jurnalistlərdən
ibarət münsiflər
heyəti - Vaqif Bəhmənli, Rəşad
Məcid, Ümid Rəhimoğlu, Maarif Soltan, Nigar Mənsimlinin
yekdil rəyi ilə isdedadlı qələm ustaları aşağıdakı nominasiyalar
üzrə qalib adını qazandılar. Qəzet və jurnallar üzrə R. Hüseynzadə (“Qafqaz plyus” jurnalı) və S. Mürvətqızı
(“525-ci qəzet”) I yerə , H. Nizamiqızı («Mədəniyyət»
qəzeti”) və
Televiziya və radiolar üzrə I yeri D. Hacıyeva («Almanax» verilişi - İctimai Televiziya), II yeri R. Ələkbərov
(«Kinozal» proqramı - Xəzər TV) və V. Məmmədov («Mən aktyor olmaq üçün
doğulmuşam» sənədli
film - «Kəpəz» televiziyası),
III yeri Əli Əlioğlu («Sözdən
səsə» verilişi
- Azərbaycan Radiosu) qazandılar.
Qaliblərə diplom və pul mükafatları təqdim olundu.
Beləcə, ikinci dəfə baş tutan yazar yarışması Azərbaycan mədəniyyətinin
təəssübünü çəkən və bunu mövzu edən bir qrup
jurnalisti fərqləndirdi.
Mədəniyyət.- 2009.- 17 aprel.- S. 2.