Minacat
Adam yurda dönər, yurda qayıdar,
Torpağa tapınar, elə
söykənər.
Bir uzaq ulduza yol
alıb gedən
Ağ günə aparan
yola söykənər.
Bir bulaq başında könül açmağa,
Bir ocaq başında dərd danışmağa
Bir isti həmdəmə möhtacdı adam,
Həmişə
Vətənə möhtacdı
adam.
Özünə
dönməyə yol tapmayanda,
Boynuna salmağa qol tapmayanda
Şərinə-xeyrinə,
çal-çağırına
Rəddinə-izinə,
yol cığırına
Dönüb qayıtmağa el tapmayanda
Adam-adamlıqdan
çıxır, İlahi!
Dərd başdan tökülür,
kürəkdən axır,
Qabıqtək
ayaqdan çıxır,
İlahi!
Atasız -anasız keçinmək olur,
Qardaşsız-bacısız keçinmək olur.
Vətənsiz
keçinmək olmur,
İlahi!
Adam niyə yurddan didərgin düşür,
Adam yurda ölmür, İlahi!
İlahi, hamını Sən yaratmısan,
Məzlumu, zalımı Sən
yaratmısan.
Qurulu ocağı suya calandı,
Mənliyi tapdandı, varı
talandı.
Nə olar, başını bu yana döndər,
Axı bu millət də sənin balandı!
Bu didərgin millət, bu qaçqın millət,
Dörd yanın dərd
almış bu çaşqın millət.
Bilmir hara getsin, nəyə
tapınsın
İşıq gələnəmi, it hürənəmi?
Bu millət bir addım irəli atsa,
Yanan çıraq sönər,
hürən it hürməz.
Damara baxarlar qan alanda
da,
Bu boyda dərdi heç bəşər götürməz!
İlahi, yükü var qarışqanın da,
İlahi, yükün var,
kəhər götürməz.
Gecənin şehində yuyunar səhər,
Gecənin suçunu səhər götürməz!
Oğul yaratmışdın, oğul
olmadım,
Günah duasıydım, qəbul
olmadım.
Bir də yurdsalası yaşda deyiləm,
Bir ocaq yerində
daş da deyiləm.
Oğul yaratmışdın, oğul
olmadım,
Bu dəfə gəl məni bir daşa döndər
Gəl məni bir quşa
döndər, İlahi!
Bir böcəyə döndər, bir qurda döndər.
İlahi, Sən məni o yurda döndər,
İlahi, Sən məni Uruda döndər!
O torpağa, daşa, o suya, ruha
Andım var, əhdim var,
borcum
böyükdür!
Əfv et, günahımı, bağışla məni,
İlahi, qarşıda suçum böyükdür!
Günahım böyükdür, əfv
et, İlahi!
Tövbəyə
dayanmış peşman
bəndəni
Əfv etməmək yükdür,
Əfv et, İlahi!
Özgəyə
qılıqlı, özgəyə
həmdərd,
Özümə sitəmkar, xain
olmuşam.
Fırfıra-fırlana
baş girləşmişəm,
Fırtına əllərdə oyun olmuşam.
Əfv et günahımı, əfv et, İlahi!
Soyuyan ocağı, qaralan daşı,
Dönüb isitməyə mənə
macal ver.
Qayıda bilməsəm, bu məğlub daşı,
Bu əsir torpağı, bu yesir daşı,
Bir qəfil tufanla ayağa qaldır,
Bir qəfil tufanla məhv et, İlahi!
Məhv et!
Cünahını
öz qanı ilə
Yuyan günahkarı əfv et, İlahi!
Allah
umuduna yurdmu qoyarlar?
Olub bir fitnənin qulu gəlmişik,
Yaralı gəlmişik, ölü
gəlmişik.
Allaha tapşırıb eli gəlmişik,
Allah umuduna
yurdmu qoyarlar?
Üstünü
kim örtüb
boranda, qarda,
Üzündən
kim öpür
hər ilk baharda.
Biz düzdə
qalmışıq, yurdumuz
darda,
Allah umuduna
yurdmu qoyarlar?
Fələk atlı
oldu, qaldıq piyada,
Getdi qapılarda abır-həya
da.
Şorsatan dünyada, şorgöz
dünyada.
Allah umuduna
yurdmu qoyarlar?
Allah xəmirini
acıtsın sənin,
Allah səbirini
qaçırtsın sənin,
Allah çadırını
uçurtsun sənin,
Allah umuduna
yurdmu qoyarlar?
Öldür, sülh nəğməsi yaza
bilmərəm
Torpağı tarımar olan şairin,
Yurdu əsirlikdə qalan şairin,
Haqqı yox danışsın
yalan şairin.
Öldür, sülh nəğməsi
yaza bilmərəm.
Şuşa əsirlikdə, Laçın
tordadı,
Zəngəzur hardadı, Göycə
hardadı?!
Nə qədər torpağım
torba-torbadı,
Öldür, sülh nəğməsi
yaza bilmirəm.
Qarabağ olmasa, gün qara olar,
Beynimdə hər fikir
min para olar.
Ürəyim sinəmdə qumbara olar,
Öldür, sülh nəğməsi
yaza bilmirəm.
Yarama bir məlhəm san bayrağımı,
Bağla, qoy qızartsın
qan bayrağımı.
Xankəndi öpməsə, xan bayrağımı,
Öldür, sülh nəğməsi
yaza bilmərəm.
Bir parça Vətən torpağı
Bir parça Vətən torpağı,
Nə ölməyə qoymur bizi,
Ölsək, yağıya qalacaq.
Nə bizsiz yaşamır,
Nə bizi qoymur yaşamağa.
Bir parça Vətən torpağı,
Dizimizə çırpılmaqdan yumruğumuzu,
Kilidlənməkdən qırıb dişimizi.
Bir parça Vətən torpağı
İt yuvasına, yağı
qapısına apardı
bizi.
Adəmi, Hatəmi gördük,
Adəmi tamah aldadıb,
Adəm bizə inanmaz.
Hatəmi hamı aldadıb,
Hatəm bizə inanmaz.
BMT-ni, ATƏT-i gördük,
Adəmin xaç suyuna salınmış uşaqları
Bizə inanmaz.
Ümidimiz bir özümüzə qalıb,
Bir də Tanrıya.
Özümüz
özümüzə inanmasaq,
Tanrı bizə inanmaz!
Tanrı bizə inanmaz!
Salam
aparın
Biz doğranan kötüklərdən
Boy atıb qalxan, balalar,
Ruhların qışqırığına
Dönüb qayıdan, balalar,
O kəndə salam aparın.
Ömür bir qarışqa yolu,
Yudu yağış, döydü dolu.
O cənnətə
itkin oğlu
Adəmdən salam aparın.
Budadıq pusquda, darda,
Qiymə-qiymə, xırda-xırda.
Əsirlikdə
qalan yurda,
Vətəndən
salam aparın.
Yüz il sonra,
min il sonra,
Yadınızda
qalsam, əgər
Bir ovuc torpaq götürün,
Bizim yollara səpməyə.
Məndən də salam
aparın!
* * *
Musa Urud, hər nə varsa,
Səndən sonra da qalacaq.
Dərdin ağırı yaxına,
Yüngülü yada qalacaq.
Ömür arxdı dolub gedir,
Quşdu, lələk salıb
gedir.
Hərə bir pay alıb gedir,
Şairə qada qalacaq.
Var-dövlət
ötəri şeydi,
Şan-şöhrət sənə ögeydi.
Söz haqdır, sözə baş əy ki,
Sözün dünyada qalacaq.
* * *
Musa Urud, səndən sonra
Aləm gül açdı,
gül açdı.
Al lalənin bağrı qara,
Gözüm qamaşdı, qamaşdı.
Əlinə əlim çatmadı,
Gül atdım, gülüm çatmadı,
Gecikdi ölüm çatmadı,
Fələk qımışdı, qımışdı.
Kimə qaldı kimin yeri,
Mübarəkdi
qəmin, yeri!
Sən bağlayan düymələri,
Bir gör kim
açdı, kim açdı!
* * *
Şahlıq quşu baş axtarır,
Qonmağa tacı-taxtı yox.
Baxtı olan haqdan qaçır,
Haqqa qaçanın baxtı yox,
Duz səp, qanım tama gəlsin,
Yurda gələn, cana
gəlsin.
Ruhu kölə olan kəsin,
Azad bayrağı
yoxdu, yox!
Mey içilib, dua qalıb,
Boş meydan məddaha
qalıb.
Bizimki Allaha qalıb,
Allahın da ki, vaxtı
yox!
Qalmadı
Bu dünyanı
yalan olsun,
Oldu mənə olan
oldu.
Alma bağım
talan oldu,
Dərdim almadı, almadı.
Başçısız
başına qaldıq,
Allahın işinə qaldıq,
Bircə daş kişilər qaldı,
Heç kəs qalmadı,
qalmadı.
Təkləndi
Ərikli dağı,
Budandı qolu-budağı,
Çiyin söykəməyə Ağrı,
Tayı qalmadı, qalmadı.
Yarımadım
boş umuddan,
Bir daş olmadım
o yurdda.
Musa Urudun Uruddan,
Payı qalmadı, qalmadı.
Su pərisi
Su pərisi, su pərisi,
Yarı balıq, yarı adam.
Sənincəndim
eşq dəlisi,
Sənincən
də yarımadım,
Apar məni dənizlərə.
Batmaqdı, dənizdə batım,
Yosunları tacım olsun.
Yarı balıq, yarı adam,
Su qızları
bacım olsun,
Apar məni dənizlərə.
Bu dünyada əziz pərim,
Sevgiləri unudurlar,
Heç olmazsa, dənizlərin
Sahil adlı umudu var,
Apar məni dənizlərə.
Bu dünya fırlanır axı,
Bir gün gələrik
üz-üzə.
Torpağın
altı da dardı,
Utandırmayın
kimisə,
Apar məni dənizlərə.
Varaq gedək
Alma atdım, nar gəlmədi,
Saç ağartdım, yar
gəlmədi.
Daha sevgilər qalmadı,
Varaq gedək bu diyardan.
O evdən düşən işıqdan,
Gözlərim kor olub tamam.
Qalmağımız
bir qaşıq qan,
Varaq gedək bu diyardan.
Gedək minək qayıqlara,
Üz tutaq ayrılıqlara,
Sirdaş olaq balıqlara,
Varaq gedək bu
diyardan.
Musa Urud
Mədəniyyət. - 2009.- 22 aprel.- S. 13.