100 saniyənin nüfuzu
Tehrandan Azərbaycan kinosuna baxarkən
II
yazı
İranlı həmsöhbətlərimin
bildirdiyinə görə,
İranda hər il 30-dan çox film festivalı keçirilir. Bu festivalların demək olar ki, 90 faizi
birbaşa dövlət
tərəfindən maliyyələşdirilir.
Romanın müəllif hüququ və ya İranda
festival keçirməyin
məsuliyyəti
Sən fərqli bir festival təşkil etmək istəyirsənsə, tənbəllik etmədən həmin layihəni qeydiyyatdan keçirməlisən. Əks halda böyük imkanlar (həm də dövlət dəstəyi) əlindən çıxa bilər. Doğrudur, diqqət yetirsək görərik ki, bizdə də müəyyən işlər Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçirilir. Amma etiraf edək ki, biz hələ də öz hüququmuzdan yetərincə istifadə edib hansısa əsəri, layihəni qeydiyyatdan keçirməyə ərinirik. Və üstündən bir az keçmiş ağlımıza gələn ideya və ya layihənin başqa biri tərəfindən reallaşdığını görəndə ya o insana düşmən kəsilirik, ya da arxada onun haqqında ağzımıza gələni danışırıq. Amma bir dəfə də olsun düşünmürük ki, həmin ideyanı qeydiyyatdan keçirmək lazımdır (əgər layiqli ideyadırsa).
Azərbaycanda kinoda olmasa da, ədəbiyyat sahəsində çoxları bir-birini plagiatlıqda, oğurluqda suçlayır. Hətta elə roman var ki, vaxtilə onun plagiatlığı haqqında az qala məhkəmə çəkişməsi təşkil olunacaqdı (çətin ki, sənət adamları bir-birini məhkəmədə başa düşə). Siz bir nəfərin roman və ya ssenarisinin Müəllif Hüquqları Agentliyində qeydiyyata alındığını eşitmisinizmi? Çətin.
İranlı həmsöhbətlərimdən birinin başına gələn hadisə təxminən belə idi: İran şəhərlərinin birində açılışa bir gün qalmış keçiriləcək film festivalının işi dayandırılıb. Buna səbəb isə həmsöhbətimin həmin layihəni əvvəlcədən rəsmi qeydiyyatdan keçirərək təşkilatçılardan öz haqqını tələb etməsi olub. Aidiyyəti qurumlar onun tələbini araşdırdıqdan sonra festivalın işinə xitam verib.
100 saniyə və
kinematoqraf
Elmi-texniki yeniliklər artdıqca kinematoqraf da öz imkanlarını götür-qoy edir, inkişafa uyğun dəyişməyə başlayır. Əsrin əvvəllərində kinematoqrafın vəziyyəti ilə müasir imkanlar hər mənada müqayisəyə gəlməzdir.
Doğrudur, bu sahənin humanist biliciləri kinonu böyük sənət hesab ediblər. Digər tərəf
isə onun gəlir mənbəyi, kommersiya məqsədli sahə olduğunu dilə gətirir. Kinematoqrafiyanı tam olaraq, ərsəyə
gətirən Lümyer
qardaşları da düşünməmişdilər ki, bu sənətin
arxasında sənət
və ya böyük bir gəlir mənbəyi gizlənib. Amma kinematoqraf inkişaf
etdi və bu iki tendensiyanın
davamçıları, tərəfdarları
artdı.
Nəsə, qayıdaq tərəfdarları
artmış kinonun özünə. İranda kinofestivalların
sayı nə qədər çoxdursa, onlar hamısı bir-birindən kiçik bir detalı ilə də olsa fərqlənir. «100 saniyəlik filmlər
festivalı» haqqında
informasiyanı mən
ötən ilin ortalarında eşitmişdim.
«START» Beynəlxalq Tələbə
Filmləri Festivalının
hazırlıq işlərində
«100 Saniyəlik Filmlər
Festivalı»nın
dünyanın əksər
ölkələrində keçirildiyini
öyrəndim.
Bizim
100 saniyəyə ehtiyacımız
var
Müasir Azərbaycan kinematoqrafiyasının
ən başlıca problemini müxtəlif cür yozurlar. Həmin yozumlardan biri və mənim də ən çox inandığım-
rejissor yoxluğudur.
Azərbaycanda müəllif filmləri
yoxdur. Varsa da, onu tam olaraq qəbul etmək çətindir.
Bizlər həmişə filmlərimizin uğurunu ssenari ilə ölçürük. Azərbaycan tamaşaçısı
maraqlı hadisədən
başqa heç nəyə fikir vermir. Və onu bu hala salan da
məhz bizim rejissorlarımız olub.
İndi müəllif filmləri mövzu olaraq ortaya atılıb. Amma çətin ki, həmin filmlər ortaya çıxandan sonra hətta sənətdən başı
çıxan insanlar belə bu filmləri
rahat qəbul etsinlər. O insanlar yerli müəllif filmlərini uzun müddət qəbul etməyəcək. Buna səbəb milli psixologiyamızda hələ
də qoruyub saxladığımız daxili
«mən»imizdir. Biz dövri-qədimdən hər şeyin yaxşısını kənarda
axtarmışıq.
Azərbaycan kinosunda rejissorlardan
çox danışsaq
da, boynumuza almaq istəmirik ki, maraqlı yozumu, B kateqoriyalı festivallarda bizi təmsil edə biləcək rejissorumuz yoxdur. O ki qaldı ssenaristlərimizə,
hansı ssenarimiz xarici kino şirkətlərinə
təqdim olunub və onlar həmin
əsərə yüksək
qonorar ayırıblar?
Olmayıb. Amma bir-ikisi olubsa
da, onları ssenaristlər yox, özünü rejissor kimi tanıtmış insanlar təqdim edib. Və onların da
əlində yalnız
bir ssenari olub.
Ssenarist kimi tanıdığımız
insanların əsərlərinə
çəkilən filmlərə
baxanda isə
(1990-2008) onların işlərinə
qiymət verməyə
utanırsan. Bunu adlarının
çəkilməsini istəməyən
kino mütəxəssislərimiz
bildirir.
Nəsə yazının sonunda
məntiqi olaraq onu deyə bilərəm
ki, azərbaycanlı rejissorlar ilk olaraq 100 saniyəlik 5 film çəkməlidir.
Bundan sonra 10 dəqiqəlik filmlər, sonra 36 dəqiqəlik və nəhayət dövlət
hesabına tammetrajlı
film çəkmək haqqında
fikirləşə bilərlər.
Çəkmək yox haaa, fikirləşə bilərlər.
Yəni əvvəlki mərhələləri
keçmək hələ
o demək deyil ki, sən dövlət
hesabına, xalqın pulu hesabına nəsə çəkə
bilərsən. Nəzərə alaq, çəkilən hər 5 filmdən biri beynəlxalq festivalın proqramına daxil edilməlidir. Məhz bu şərtlə Azərbaycan kinosu qonşu ölkələrin
«statistikasına» yaxınlaşa
bilər.
Məyər siz, bu məqamda Üzeyir Hacıbəyovun felyetonundakı
siçan, fil
(FİLM) məsəlini xatırlamadınız?
Kinomuz siçan mərhələsini
keçməlidir ki, fil (FİLM) mərhələsinə
gəlib çıxsın.
Fehruz
Mədəniyyət.-
2009.- 22 aprel.- S. 11.