Kinomuzun tənqid immuniteti çatışmır
Fehruz
Tərif çox gözəl şeydir. Bunu əziyyət çəkənlər də
bildirir, çəkməyənlər
də. Gəlin, bu tərifin istiqamətini bizim kinematoqrafiyaya yönəldək.
Deyək ki, Azərbaycanda istehsal olunan filmlərin hamısı bir-birindən gözəldir.
İnsan istəmir ki, bu filmlərin
birini də nəzərdən qaçırsın.
Məncə, kinoteatrlarımız normal işləsəydi, həmin filmlərə baxmaq istəyən tamaşaçıların bilet
növbəsi Bayıla
qədər uzanardı.
Hələ bilet növbəsinə düşə
bilməyənlərin xahiş-minnətlə başqalarından
bilet istəmələrini
gözləriniz önünə
gətirin.
Vallah, sağ olsun rejissorlarımız ki, belə filmlər
çəkirlər. Onlar
olmasaydı, tamaşaçılarımız,
görəsən, nə
vəziyyətə düşərdilər?
Hər gün bir filmə baxıb yatan tamaşaçımız bu
filmlərin nə qədər poetik, nə qədər, emosional olduğunu anlamaqda çətinlik çəkmir. Düşünürəm
ki, tamaşaçılarmız
son 5 ilin filmlərini bir dəfə görəndən
sonra ikinci, üçüncü dəfə
bilet almağa cəhd edəcək. Təssüflənirəm ki,
belədə və kinoteatrlarımız tamaşaçıların
tələbatını ödəmək
iqtidarında olmayacaq.
Rejissorlarımız evlərindən
kənara ancaq cangüdənlərlə çıxacaqlar ki,
tamaşaçıların onlara toxunmaq istəyi faciə ilə
başa çatmasın.
Kinematoqrafçıların problem həll etməyi
Kinematoqrafçılarımız
kinomuzun problemlərini həll etmək üçün bir
neçə il bundan öncə uzun-uzadı təkliflər
verirdi. Bu təkliflərin
99 faizi olsa-olsa ara söhbətlərinə
bənzəyirdi. Rəsmi
təkliflər isə,
nədənsə gözə
dəymirdi. Problemlər
isə üst-üstə yığılırdı.
İndi isə filmlərin
təqdimatından sonra tanınmış kino işçiləri
çaşqın halda bir-birilərinə baxırlar, görəsən,
fikrimi buna bildirsəm, gedib rejissora çatdırmayacaq? Birinin cəsarətindən
sonra digəri «Bu nə filmdir?»
- deyə pıçıldayır.
Təxminən buna oxşar söhbətlər
müxtəlif peşəkarlar
arasında tez-tez olur. Amma sabahısı
gün elə həmin məşhur rejissor, ssenarist və ya operator
jurnalistlərin suallarını
cavablandırarkən filmi
ağızdolusu tərifləyir.
Bu da milli
kinematoqrafiyamızın daha
bir «uğuru».
Azərbaycan
kinematoqrafçılarının kinomuzu inkişaf etdirmək
üçün atdığı addımları qiymətləndirmək
çətindir. Nəzərə alaq ki, kinomuzun
getdikcə irəlilədiyi
bir dönəmdə bu inkişafı Mədəniyyət və
Turizm Nazirliyindən kənarda axtarmaq çətindir. Kinomuzdakı müsbət dönüş
yalnız Mədəniyyət
və Turizm Nazirliyinin köməkliyi sayəsində yaranmışdır.
Şəxsən mən
bu günə kimi, bir dəfə
də olsun görmədim ki, tanınmış kinematoqrafçılarımız
ciddi şəkildə
kütləvi informasiya
vasitələrinin iştirakı
ilə bu problemlərin həlli üçün hansısa təkliflər hazırlayıb irəli sürsün. Amma filmlərin istehsalına gələndə, aralarındakı
çəkişmə həmin
KİV-də müntəzəm
işıqlandırılır. Əcəba, onlar danışmasa həmin fikirlər KİV-də necə əks oluna bilər? Deməli, maraq başqadır.
Hazırda ölkəmizdə
yetərincə tammetrajlı
film istehsal olunur. Və bu filmlərin sayı hər il artır. Sözsüz ki, onların hamısı yüksək səviyyədə
alınmır. Amma hansısa rejissor və ya ssenaristə
bu haqda sual ünvanlananda tərifdən başqa bir söz deməyə
çətinlik çəkir.
Budurmu kinomuzun inkişafı? Budurmu kinomuzu inkişafa aparan yol?
Yeri gəlmişkən,
təcrübəmdə gördüyüm bir məlumatı
qeyd edim ki, bizim kino sahəsində çalışan möhtərəm
şəxslərin ən qorxduğu nəsnə məhz TƏNQİDDİR.
Onların buna immuniteti çatmır.
Mədəniyyət.- 2009.- 22 aprel.- S. 11.