Aktyor ömründən
fraqmentlər
Aprelin 22-si Həsən Əblucun doğum
günüdü
Həsən Əbluc
1942-ci il aprelin 22-də Təbriz şəhərində anadan
olub. Cənubi Azərbaycanda demokratik hərəkat süquta
uğrayandan sonra ailəsi Bakıya köçüb. O, burada
böyüyüb. Həsən Əbluc hələ uşaq
vaxtlarından aktyorluğa böyük həvəs göstərib.
O vaxtlar dram, ədəbiyyat dərnəkləri, pionerlər
sarayı, klublar var idi. Klublarda musiqi, dram dərnəkləri
fəaliyyət göstərib. Həmin vaxtlar «26-lar»
sarayında Lütfi Məmmədbəyovun rəhbərliyi ilə
Xalq Teatrı fəaliyyət göstərirdi. Həsən hələ
6-cı sinifdə oxuyarkən pionerlər sarayında
keçirilən dərnəyə gedirdi. Hansı ki ora Gənc
Tamaşaçılar Teatrının müqtədir
aktyorlarndan olan Süleyman Ələsgərov rəhbəlik
edirdi. Həsən orta məktəbdə də dərslərini
yaxşı oxuyurmuş. Onun atasının balaca su
köşkü var idi. Atası yaşlı olduğundan ona
işində köməklik edirdi. Atasının aktyorluqdan
xoşu gəlməyib və Həsənə məktəbi
bitirəndə Teatr İnstitutuna qəbul olunmağa icazə
verməyib. Nəticədə Həsən Politexnik
İnstitutuna daxil olub. O vaxtlar institutlardan gəncləri
istehsalata təcrübəyə aparırdılar. Həsəni
də I kursda oxuyanda zavodlara dəmir kəsməyə
aparırdılar. Həsənin əlləri kəsik-kəsik
olurdu. İki aydan sonra atası oğluna deyib:
«İnjinerlık budur, bala? Hansı sənətə istəyirsən,
get». Həsən I kursu başa vurandan sonra sənədlərini
aktyorluq fakültəsinə verdi. O, Rza Təhmasibin kursunda təhsil
aldı.
Tofiq Kazımov kimi
istedadlı rejissorun indiki Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında hazırladığı tamaşalarda ikinci
rejissor işləyib və həm də onun kursunda təhsilini
davam etdirib. III kursda oxuyanda Akademik Dram Teatrına işə dəvət
olunub. Ona səhnə danışığından Müxlis Cənizadə
dərs deyib. O, Həsənin gözəl
danışığına, sənətinə, diksiyasına,
savadına görə onu assistent götürmüşdü.
Həsən 30 il İncəsənət İnstitunda dərs
deyib. O, həm müəllim, həm rejissor, həm də
aktyor idi. Maraqlı hekayələr, dram əsərlər
yazıb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunda Azərbaycan qrupu yaradılmışdı. Məşhur
aktyor, rejissor Yevgeni Motfeyev həmin qrupun rəhbəri idi. Ayda
bir həftə səhnə danışığından dərs
demək üçün Həsən Əblucu Moskvaya dəvət
edirdilər. Həsənin gözəl, ecazkar, cəlbedici,
inandırıcı səsi vardı. O, radio
tamaşalarında da saysız-hesabsız baş rollar yazdırıb.
Dublyaj filmlərimdə bütün rejissorlar baş rolları
səsləndirməyi Həsənə həvalə edirdilər.
Çünki Həsən dublyajda öz
möhürünü vurmuşdu. Həsəni daha çox
aktyorların məsuliyyətsizliyi əsəbiləşdirirdi.
Məsələn, bir aktyorun 6 ay bir rolun sözlərini əzbərləməməsinə
hirslənirdi. O, xəstələndikdə belə işdən
qalmazdı. Dünyasını da qəflətən, elə
iş başında dəyişdi: 1994-cü il martın 13-də.
Məzarı İkinci
Fəxri Xiyabandadır.
Aytək
Mədəniyyət.-
2009.- 22 aprel.- S. 10.