Bir daha Beynəlxalq Muğam Festivalı barədə
Rəhim
Müseyibov: "Xanəndələr
Allah və Peyğəmbərimizi
xatırlanan klassik qəzəllərə üstünlük
verməli idilər"
Rəhim
Müseyibov - «Muğam
dünyası» elmi-bədii-publisistik
jurnalının baş
redaktoru, Respublika Jurnalistlər Birliyinin üzvü, vaxtilə elmi-fəlsəfi tədqiqatçısı
olduğu «Füzuli yaradıcılığında» sufi (təsəvvüf)
motivləri və muğam sənəti. Fəlsəfi-estetik təhlil» mövzusunda
30-dan çox elmi-publisistik
məqalə müəllifidir.
Bu məqalələri nüfuzlu
elm xadimləri, o cümlədən
filologiya elmləri doktoru, professorlar - Yaşar Qarayev, Teymur Kərimli, fəlsəfə elmləri
doktorları, professorlar
- Ağayar Şükürov,
Zümrüd Quluzadə,
Gülnaz Abdullazadə,
alim-xanəndə Vəli
Məmmədov, ilahiyyatçı-filosof,
yazıçı Qazi
Mirəziz Seyidzadə
tərəfindən yüksək
qiymətləndirilmişdir. Müəllifin bu məqalələri
özündə cəm
edən «İslam-Muğam-Füzuli»
adlı kitabı işıq üzü görmək ərəfəsindədir.
- Muğamın fəlsəfəsi
ilə məşğul
olan tədqiqatçı-jurnalist
kimi Beynəlxalq Muğam Festivalı sizə nə verdi?
- İlk dəfə keçirilən
Beynəlxalq Muğam Festivalı müsəlman
- Şərq xalqlarının
mənəvi birliyini,
vəhdətini, muğamın
ortaq sənət olduğunu bir daha təsdiqlədi.
Əgər bizi türk
xalqları ilə dil bağlayırsa, muğam dünya mədəniyyətinin daha
geniş - Şərq
adlı bir məkanla bağlayır.
Beynəlxalq Muğam
Festivalını, ümumən
Şərq mədəniyyətini,
eləcə də bu kontekstdə özümüzü görüb,
tanıyıb, dərk
etmək, bir sözlə, kökümüzə
qayıdış istiqamətində
çox əhəmiyyətli
hadisə kimi qiymətləndirirəm. Beynəlxalq
Muğam Müsabiqəsinin
ali mükafatının
Azərbaycanda qalması,
əsası dahi Üzeyir bəy tərəfindən qoyulmuş,
sonralar ustad sənətkarlar - S.Şuşinski
və Ə.Bakıxanov
tərəfindən inkişaf
etdirilmiş, mövcud
muğam dəstgah ifaçılıq sisteminin
dinamik - məntiqli quruluş və emosional təsir baxımından, doğrudan
da kamil sənət forması olmasını təsdiqlədi.
Əlbəttə, zəngin
səs və mükəmməl ifa hesabına YUNESKO rəhbərliyinin
qonaq kimi, Qərb xadimlərinin münsif kimi iştirakı Beynəlxalq
Muğam Festivalına
xüsusi əhəmiyyət
və rövnəq verdi.
- Beynəlxalq Muğam Festivalının
gedişində zövqü
oxşayan ifalar hansılar idi?
- Konkret uğurlu
ifalara gəldikdə İran və Misir musiqiçilərinin,
eləcə də dünyaşöhrətli A.Qasımovun
əsl Şərq üslubundakı çıxışları
yaddaqalan oldu.
- Müsəlman, Şərq
xalqlarının musiqi
mədəniyyətində, o cümlədən muğam
sənətində İslam
dininin təsiri barədə nə deyə bilərsiniz?
- Əlbəttə, beynəlxalq miqyaslı Muğam Festivalında müsəlman - Şərq
musiqi ənənələrinin
nümayişi öndə
olmalı idi. Belə ki, Üzeyir
bəyin təbirincə
desək, XIV əsrdə
dağılmış, 12 sütunlu,
6 bürclü, vahid (bütöv) Şərq musiqi «qəsrinin» dəyərli qazıntılarından
istifadə edərək,
hər xalq özünəməxsus üslubda
özlərinin musiqi məbədlərini yaratmışlar.
Muğam, makom, məqam,
makam makkam... bu adların inkişaf formalarının
milli intonasiya çeşidləri müxtəlif
olsa da, etnik kökü, məna baxışı eyni olan müsəlman
incəsənətidir. Belə ki, İslam dünyagörüşü Yaxın
və Orta Şərq xalqlarının
bütövlükdə mədəniyyətinin
inkişafına, onun məzmununa təsir göstərmişdir. Çox maraqlıdır
ki, müsəlman metodikası postulatının
tələbləri (əbədilik
və dəyişiklik)
harmoniya və akkord bilməyən müsəlman musiqiçində,
o cümlədən muğam
janrında vacib şərt (sabit ahəng və dəyişən improvizasiya)
kimi çıxış
edir. Akademik V.Məmmədəliyevin təbirincə
desək, doğrudan da «Muğam musiqimizin Quranıdır!»
Elmi tədqiqatlar göstərir
ki, muğamın janr kimi formalaşması,
bilavasitə «Müsəlman
intibahına» səbəb
və təkan olan sufizmlə (təsəvvüf) bağlıdır.
Maraqlıdır ki,
müsəlman Şərqində
Əl-Kindi, Əl-Fərabi,
İbn Sina, Əl-Qəzzali, Nizami, Rumi Cami, Füzuli,
S.Urməvi, Ə.Maraği
və s. Bu kimi dahilər tərəfindən
ümumiləşdirilmiş musiqi haqqında elmi-fəlsəfi-nəzəri biliklər,
bütövlükdə muğam
sənətinə aid professional musiqinin nəzəri və tənqidi problemləri əsasında
araşdırılmışdır.
Orta əsr Şərq
musiqi elmi nəzəriyyəsi, məhz
İslam dininin təsiri altında formalaşmış, sərbəst
elmlər sisteminə düşmüş və
İntibah dövrünü
yaşamışdır.
- Beynəlxalq Muğam Festivalında tələbkar dinləyici
kimi sizi qane etməyən məqamlar?
- Əlbəttə ki, İslam incəsənəti, o cümlədən
muğam sənəti,
məhz İslamın
«qəlbini» (mahiyyətini),
həyat vəhdətini
açmağa kömək
etməlidir.
Üzeyir Hacıbəylinin qənaətinə istinadən
deməliyik ki, bu gün ifasına
və dinlənməsinə
vərdiş etdiyimiz muğam dəstgahları xüsusi ifa üslubu olan, dünyəvi xarakterli musiqidir.
Unutmaq olmaz ki, realizm prinsipinə
üstünlük verən,
totalitar xarakterli İslamda (çoxmənalı
«İslam» sözü
ərəbcədən «mütilik»
kimi də tərcümə edilir) dünyəvi musiqiyə qarşı müsəlman
teoloqları tərəfindən
müəyyən qadağalar
qoyulmuşdur.
Bu prinsiplərdən çıxış
etməklə xoşagələn
ifa zamanı özlərinin söz (qəzəl) seçmək
sərbəstliyindən istifadə
edərək, bədiiliklə
müsəlman prinsiplərinə
«sadiq qalaraq» bilavasitə Allah və Peyğəmbərimiz xatırlanan
klassik qəzəllərə
üstünlük verməli
idilər ki, dinləyici də Şərq musiqisinə xas olan mistik-mənəvi
ruhi aləmi yarada bilsinlər. Başqa sözlə, xanındələr bədiiliklə
(qəzəllə) ilahi
obraz yaratmaq istiqamətinə meylli olmalı idilər, yəni ifadə olunmazın (Tanrının)
ifa olunan və eşidilən musiqi ilə ifadəsi!
Çox təəssüflər olsun ki, müsabiqə
və festivaldakı əksər ifalarda dünyəvi xarakterli qəzəldən istifadə
olundu. Yaxud ifadakı Şərq
üslubunu gücləndirmək
üçün, klassik
tar-kamança birliyinə
Qədim Şərq musiqi alətlərindən
birinin qatınması,
əlbəttə ki, zənginlik yaradardı.
Təəssüflər olsun ki, A.Qasımovu müşayiət
edən ansamblda bunun əksi, Qərb musiqi aləti olan klarnet daxil edilmişdir.
Üzeyir bəyin zövqü-təbirincə desək,
«Şüştər»ə nisbətən daha dərin kədər hissi oyatmalı olan «Humayun», Səkinə İsmayılovanın
psixoloji-emosional duyumundakı
«amiranəlik» və ara-sıra aşkar gülümsəməsi hesabına
əksinə, H.Hüseynovanın
«Şüştər»indən
daha şən görünürdü.
Şən, lirik
əhval-ruhiyyə, ümidvarıq
hissləri ilə dolu «Şur», xanəndə Z.Nəbizadənin
ifasında, qəzəl
seçimindəki uyğunsuzluğa
görə, daha çox narahatlıq, yalvarış hissləri oyadırdı. («qoymayın
siz bu muğamatımızı
xar olsun»).
Muğamatımızın şad günündə,
onun xar olmasına narahatlıq çağırışlarına nə dərəcədə
ehtiyac var idi görəsən?
7 əsas muğam dəstgahını
ifa nümayişinin ümumən uğurlu, yaddaqalan etməyən faktorlardan biri də xanəndələrin
səs məziyyət
və məlahətlərinin,
muğamların xarakteri
- «xisləti» ilə uyğunlaşmamasıdır.
Hikmət ilə dolu sərrast «Rast»ı, daha təcrübəli müdrik A.Abdullayevin, məhəbbət hissləri
ilə dolu «Segah»ı, Şərqdə
məhəbbət simvolu
olan Məcnunun layiqli ifaçısı M.İbrahimov ifa edəydi gərək.
Professor G.Abdullazadə
haqlı olaraq qeyd edir ki,
«Muğam-Şərq təfəkküründə
kamil sözdür».
Kamil söz isə
kamil deyim bacarığı tələb
edir.
Qorxmaz
Şıxalıoğlu
Mədəniyyət.-
2009.- 22 aprel.- S. 9.