Balaca istedadlar...

 

   Onların səsi bundan sonra eşidiləcək

  

   Balaca istedadlaryeni layihələr üzərində çalışırlar. Onlar kimdir, hansı niyyətlə əllərinə qələm alıb yeni planlar cızırlar? Bunu elə onların özlərindən soruşduq. Aldığımız cavaba keçməzdən əvvəl, onu qeyd edək ki, bu təşkilat, artıq iki ildir ki, fəaliyyət göstərir. Məqsəd istedadı olan uşaqların musiqi sahəsində bilik bacarıqlarını üzə çıxarmaqdır. Bu sözləri təşkilatın sədri Nailə Malikova müsahibəsində dedi. Bu, hələ hamısı deyil. Qısa zaman kəsiyində böyük uğurlar qazanan təşkilat üzvlərinin nələrə nail olduğunu öyrəndik.

  

   Bizə dəvət gəldi ki, “Balaca istedadlaradlanan bir təşkilat var ki, dostlarını ətrafına toplayıb uğurlarından bəhs edir. Ancaq bu hansı uğurdur, onlar daha çox hansı sahədə özlərini təsdiq etməyə çalışırlar? Bax, bu barədə açıqlama vermədilər. Dedilər ki, gələrsiniz, görərsiniz. Deyilən ünvana yenicə çatmışdıq ki, qulağımıza ilk gələn səs pianoda ifa olunan klassik əsərlərdən biri oldu. Kiçik bir məkanda simfonik orkestrin müşayiətilə klassik əsərlərdən ibarət konsertə dəvət aldığımızı zənn etsək , sonradan bunun başqa bir məna kəsb etdiyini anladıq.

   Tədbir başlayana qədər səbəbkarlar klassik əsərlərdən kiçik parçalar ifa etdilər. Sanki nəyə qadir olduqlarını hamıya sübut etməyə çalışırdılar. Elə ki, məqam yetişdi, təşkilatın sədri, musiqişünas Nailə Malikova görüşün məqsəd məramını açıqladı: “Bu təşkilatın yaradılmasında ilk məqsədlərdən biri uşaq yaşlarından balaca isedadların klassik əsərlərə olan marağını inkişaf etdirməkdir. Bu, həm klassik janrda dinləyici auditoriyasının genişləndirilməsinə xidmət edəcək. Əlbəttə ki, burada sevgi marağın yaranmasından söhbət gedir. Bu janrı anlayan insanlar digərlərilə müqayisədə azdır. Ancaq bu istiqamətdə aparılan təbliğat əksəriyyətdə bu janr haqqında daha çox bilgilərin əldə edilməsinə imkan yaradacaq. Bilirsiniz ki, bu il Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə Uşaq Simfonik Orkestri yaradılıb. Bu haqda məlumatınız var. Onlar Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyilə dünyanın ən məşhur ölkələrində, xüsusən klassik əsərin beşiyi olan məkanda uğurlu çıxışlar etmişdilər. Bu, çox yaxşı göstəricidir. Biz öz təşkilatımızın fəalları ilə birgə eyni məqsədə xidmət edəcəyik. Ancaq hələlik fəaliyyətimizi paytaxt paytaxtdan kənarda yaşayan balaca dostlarımızla birgə əməkdaşlıq çərçivəsində quracağıq”.

   O ki qaldı təşkilatın bugünlərdə həyata keçirdiyi yeni layihəyə, bu, “Balaca istedadlar”ın bölgələrə səfələri ilə bağlıdır. Kəndbəkənd gəzib görüşlər keçirən balacalar ucqar yerlərdə, açıq havada kiçik konsertlərlə insanların zövqünü oxşayıblar. Ən maraqlısı da odur ki, təşkilat üzvləri klassik əsərləri, nəinki dinləyənlərin, həm də bu janrı başa düşənlərin heç də az olmadığının şahidi olublar. Onlar gələcəkdə də belə görüşləri daima keçirməyi planlaşdırırlar. Təşkilatın sədri dedi: “Bölgələrdə insanlar belə görüşlərin tez-tez keçirilməsini arzu edirlər. Əvvəllər kollektivlər teatr, konsert proqramı ilə görüşlər keçirsə də, indi bunun çox az və bəzən də olmadığından şikayətlənirlər”.

   “Balaca istedadlar” səfər çərçivəsində fürsət tapıb qocalar və kimsəsiz uşaqlarla da görüşüblər. Onlarla görüş daha yaddaqalan olub.

   Nailə xanımın sözlərinə görə, səfər zamanı qarşıya bir məqsəd də qoyulmuşdu. Bu, bölgələrdə yaşayan simfonik, o cümlədən xalq çalğı alətlərinə marağı olan uşaqların say etibarilə az və ya çox olmasını aşkarlamaq idi: “Kiçik bir tədqiqat apardıq. Əslində klassik musiqinin gələcək taleyini müəyyən etmək məqsədilə yolumuzu bölgələrdən salmışdıq. Bu, bir musiqiçi kimi mənim özümə də çox maraqlı idi. Doğrusu, nəticənin ürəkaçan olmaması haqqında düşünmək istəməsəm də, buna inanmaq da istəmirdim. Nə yaxşı ki, şübhələrim doğru çıxmadı. Yerlərdə xalq mahnıları ilə yanaşı, klassik əsərlərə marağı olanlara da təsadüf etdik. İnsanlar bizi böyük diqqət və məhəbbətlə dinləyirdilər. Mənə aydın oldu ki, sadəcə, təbliğatı düzgün qurmalıyıq. Ümidvaram ki, başladığımız iş öz müsbət nəticəsini verəcək. Müstəqil dövlətimizin bir vətəndaşı kimi bu vəzifəni layiqincə icra etməyi özümüzə borc bilirik”.

   Təşkilat sədri Gəncə, Qazax, Ağstafa, Gədəbəydən sonra növbəti səfərin Şamaxı, Quba və Qusara olacağını dedi.

  

 

   ŞƏMSİYYƏ

 

   Mədəniyyət.- 2009.- 22 aprel.- S. 9.