Uşaqlar bizim gələcəyimizdir
Ötən həftə
Tərtər Rayon Mərkəzləşmiş Kitabxana
Sistemində «Uşaqlar bizim gələcəyimizdir» adlı tədbir
keçirildi.
Dövlət
başçısı İlham Əliyevin sərəncamı
ilə 2009-cu ilin «Uşaq ili» elan edilməsi çərçivəsində
gerçəkləşən mərasimdə rayon
ziyalıları, ümumtəhsil məktəblərinin müəllim
və şagird heyəti iştirak edirdi.
Müstəqil dövlətimizin
gələcəyinin məhz bu günün istedadlı,
yüksək təlim və təhsil olaraq mükəmməl
formalaşmış uşaqlardan asılı olduğu fikrinin
önə çəkildiyi tədbir maraqla
qarşılandı.
Rayonda yaşayan
azyaşlılara həsr olunmuş silsilə tədbirlərin
davamı olan bu mərasimdə giriş sözü ilə
çıxış edən Tərtər rayon MKS-in direktoru
Ulduzə Qurbanova dövlətimizin
başçısının və onun xanımının Azərbaycanın
gələcəyi olan uşaqlara diqqət və
qayğısından danışdı.
Tədbirin davamında məktəblilərin
iştirakı ilə keçirilən bədii qiraət, əl
işləri, rəsm, mahnı və rəqs müsabiqəsinin
nəticələri açıqlandı. Fərqlənən
17 istedadlı məktəbliyə Tərtər Rayon Mədəniyyət
və Turizm Şöbəsinin fəxri fərmanları təqdim
olundu.
Mədəniyyət.- 2009.- 22 aprel.- S. 9.