Sənət məbədinin solmayan Səməndər ömrü

 

Akademik Milli Dram Teatrı. Bu sənət məbədində çalışan sənət adamlarının xalqın mənəvi təkamülündə, estetik dünyagörüşünün formalaşmasında, dünya mədəniyyəti nümunələrinin cəmiyyətimizə çatdırılmasında xidmətləri olduqca böyükdür. Belə səhnə xadimlərimizdən biri Səməndər Rzayev olub. Məlumdur ki, onun səhnə həyatı qısa, lakin çox maraqlı mənalı keçib... Səhnədə, kino televiziya ekranlarında onlarca yaddaqalan obrazlar yaradıb...

 

O, respublikamızın gözəl guşələrindən biri olan Ağsu şəhərində dünyaya göz açıb . Hələ erkən yaşlarında bəzi fərdi keyfiyyətləri ilə tay-tuşları arasında seçilir... Orta təhsilini başa vurduqdan sonra Bakı şəhərinə gəlir. Tale onun yolunu Azərbaycan Dövlət İncəsənət İnstitutundan salır...Görkəmli sənət ustalarından - Lütfi Məmmədbəyovdan, Tofiq Kazımovdan aktyorluq sənətinin sirlərini öyrənir. Ali təhsilini başa vurduqdan sonra təyinatı Sumqayıt şəhərinə verilir. Bir il Sumqayıt Dövlət Dram Teatrında çalışır. Burada onun yüksək intellektual səviyyəsi, aktyorluq istedadı bənzərsiz ifa qabiliyyəti üzə çıxır. Az vaxt ərzində tanınır diqqətdən kənarda qalmır. Beləliklə, çox keçmir o, indiki Akademik Milli Dram Teatra dəvət olunur. Ömrünün sonuna kimi burada çalışır. Maraqlı yaddaşlarda əbədi heykəlləşən obrazlar yaradır... O dövrün görkəmli teatrşünasları onun haqqında yüksək fikir söyləyir. Parlaq gələcəyi haqda qənaətə gəlirlər. Barəsində maraqlı ictimai fikir formalaşır. Söz yox ki, bütün bunlar onun böyük zəhməti, yüksək intellektli, aktyorluq qabiliyyəti hesabına yaranmışdı.

Görkəmli pedaqoq, aktyor rejissor Mehdi Məmmədov Səməndər Rzayev haqqında demişdi:

“O, obrazlarla çox gözəl dil tapa bilir. Peşəkar teatr xadimi olmağıma baxmayaraq, bəzən onun potensial gücünə , qabiliyyətinə qibtə edirəm”.

Əlbəttə, o dövrdə bir gənc aktyor haqqında Mehdi Məmmədov kimi teatr xadiminin belə söz söyləməsi heç təsadüfi deyildir...

Azərbaycan teatr tarixində gənc aktyorların hazırlanması yolunda xidmətləri olan görkəmli müəllim, bənzərsiz rejissorlardan biri Tofiq Kazımov olmuşdur. Məhz o da, Səməndər Rzayev haqqında yüksək fikirdə olub. Onu da deyək ki, bir neçə dəfə quruluş verdiyi tamaşada tələbə-aktyoru səhnəyə dəvət edən Tofiq Kazımov olmuşdur.

Mövlud Süleymanlının dövlət radiosunda hazırladığıBulaqverilişini hamımız yaxşı xatırlayırıq. Bu radio verilişinin ilk yaradıcılarından biri Səməndər Rzayev olmuşdur. Xalq yaradıcılıq nümunələri - bayatı, qoşma yaxud hansısa bir rəvayət onun ifasında necə həzin, kövrək şirin bir dillə səsləndirilirdi. Onun səsi hamını özünə çəkər, bir anlıq ayaq saxlamağa məcbur edərdi. Çünki o səsdə bir şirinlik, həzinlik həm bir kədər vardı.

Belə deyirlər ki, o çox vacib məqamlarda birdən işə gecikərdi. Bu səbəbdən əsəbilik qanqaraçılıq yaranardı... Lakin kamera önündə mövzuya uyğun elə emosional ürəkdən danışardı ki...

O, iyirmi beşdən artıq filmdə çəkilib. Otuzdan çox televiziya tamaşasında müxtəlif obrazlar yaradıb. Xeyli xarici bədii filmlərin dublyajlarında iştirak edib...

Kino tariximizdə insanın hiss duyğularına hakim kəsilən xeyli adda obrazlar yaradıb. Bax, onunNəsimifilmində yaratdığı Şirvanşah I İbrahim Xəlil , məhz belə obrazlardandı... Filmdə çapar, İbrahimə Əmir Teymurdan məktub gətirir. Məktub oxunur: “Əmir Teymur Şirvana hərblə gəlir”. Şah bundan hiddətlənir deyir:

- “İnanmıram, Əmir Teymur Şirvana hərblə gələ! Çünki mən onunla müttəfiqəm. İyirmi min süvari, qırx min piyada qoşunum yeddi ildirDərbənd qalası”nda Toxtamışın qabağını kəsib...”

Səməndər Rzayev filmdə bu sözləri elə hirslə, emosionallıqla deyir ki, elə bilirsən o, doğrudan da, I İbrahimdir. Əlbəttə, bütün bunlar onun aktyorluq istedadının, sənətsevərliyinin şöhrət zirvəsi olubdur. Səməndər Rzayevin həyat yolunu xatırlayanda həmişə bir el bayatısı yada düşür:

 

   Burdan bir atlı keçdi,

   Atın oynatdı keçdi.

   Günəş kimi şəfəq verdi,

   Ay kimi batdı, keçdi.

 

Söz yox ki, gözəl çöhrəsi, həzin, məlahətli səsi böyük ustalıqla yaratdığı obrazlar onu sevənlərin qəlbində əbədi yaşadacaqdır...

 

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2009.- 22 aprel.- S. 6-7.