İslam mədəniyyəti
kitab səhifələrində
İqtisadi Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin Milli Kitabxanalarının
Direktorları Şurasının II Konfransı öz işini
başa vurdu
Aprelin 20-də M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasında «İslam mədəniyyəti kitab səhifələrində»
Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi
oldu. Sərgidə hər
bir ölkənin milli kitabxanalarının fondlarından 50 kitab nümayiş olunurdu. Kitabların əksəriyyəti
sərgidən sonra Azərbaycan Milli Kitabxanasına hədiyyə
olundu. Sərgidə 9
ölkədə nəşr
edilmiş 500-dən çox
kitab nümayiş etdirilirdi.
Sərginin
açılışında çıxış edən Azərbaycan
Milli Kitabxanasının direktoru Kərim Tahirov qonaqları
salamladıqdan sonra sözü mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevə verdi. Nazir təşkil olunan sərgini yüksək qiymətləndirərək
bildirdi ki, bu tip tədbirlər
İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv
olan dövlətlər
arasında mədəni
əlaqələrin genişlənməsinə
təkan verir. O həmçinin qeyd etdi ki, dünyada
kitaba, elmə maraq getdikcə artır. Nazir Azərbaycan mədəniyyətinin
dünyada təbliği
və inkişafı istiqamətində dövlət
başçısı İlham
Əliyevin apardığı
siyasətdən və
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü
işlərdən söz
açdı.
Əbülfəs Qarayev
qonaqların ölkələrinə qayıtdıqdan sonra
Bakını kitab, mədəniyyət mərkəzi kimi
ürəklərində saxlayacaqlarına əmin olduğunu
vurğuladı.
Nazir
çıxışının sonunda
iştirakçıları sərgi və keçiriləcək
konfransla bağlı təbrik etdi və onlara işlərində
uğurlar arzuladı. Sonra söz İqtisadi Əməkdaşlıq Təşkilatına
üzv Ölkələrin
Milli Kitabxanalarının
Direktorlar Şurasının
prezidenti Əli Əkbər Aşariyə
verildi. O da öz növbəsində
iştirakçıları salamlayaraq, bu sahədə həyata keçiriləcək işlərin
vacibliyini qeyd etdi.
Tədbirdə
iştirak edən akademik Vasim Məmmədəliyev isə Azərbaycan
mədəniyyətinin islam mədəniyyətində
xüsusi rolu olduğunu bildirdi. Onun sözlərinə görə,
İslam mədəniyyətində
və təbliğində
onlarla Azərbaycan aliminin xidmətləri olmuşdur. V.Məmmədəliyev
vurğuladı ki, Bakının İslam mədəniyyətinin paytaxtı
seçilməsi heç
də təsadüfi deyil.
Sərgidən sonra Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi və
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən
«Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009» tədbirlər
çərçivəsində İqtisadi Əməkdaşlıq
Təşkilatına (EKO) üzv ölkələrin Milli
Kitabxanalarının Direktorları Şurasının II
Konfransı keçirildi.
Konfransın məqsədi
qloballaşan dünyada informasiya cəmiyyətinin tələblərinə
uyğun olaraq, milli kitabxanaların öz işlərini
qurması, problemlərin müzakirəsi və
qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi
idi.
Azərbaycan, Türkiyə,
İran, Qazaxıstan, Pakistan, Qırğızıstan, Özbəkistan,
Tacikistan, Türkmənistanın milli kitabxanalarının
direktorları və işçilərinin birgə iştirak
etdiyi konfransda kitabxanaların əlaqələrinin intensivləşdirilməsi
üçün müzakirələr aparıldı. Konfransda
İqtisadi Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin kitabxanalarının birgə
elektron mərkəzinin yaradılması da müzakirə
edildi.
A.Nərmin
Mədəniyyət.- 2009.- 22 aprel.- S. 2.