Muzey idarəetməsimövzusunda milli seminar-treninq işə başladı

 

Aprelin 20-də Bakıdakı Muzey Mərkəzində YUNESKO-nun Moskva bürosunun MDB- üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi iləMuzey idarəetməsimövzusunda milli seminar-treninq işə başladı.

 

Muzeylərin müasir dövrdə təhsil tədris mərkəzlərinə çevrilməsi, respublikanın peşəkar muzey mütəxəssislərinin müxtəlif mövzularda mühazirələrinin dinlənilməsi, regionlarda muzey işçiləri cəlb olunmaqla təcrübə mübadiləsinin aparılması məqsədilə keçirilən treninqdə ən aktual mövzular müzakirə olunacaq.

Seminarın açılışında çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizdə muzey işinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat verdi. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə mədəniyyət ocaqlarının əsaslı təmir edildiyini müasir avadanlıqlarla təchiz olunduğunu bildirən natiq həyata keçirilən tədbirlərin xalqımıza məxsus tarixi maddi-mədəniyyət nümunələrinin qorunması, bərpası gələcək nəsillərə çatdırılması istiqamətində atılan addımların əsas tərkib hissəsi olduğunu bildirdi.

Milli seminar-treninqin əhəmiyyətini vurğulayan nazir belə tədbirlərdə iştirakımızın digər ölkələrin təcrübəsini öyrənməyə bu sahədə fəaliyyəti əlaqələndirməyə imkan yaradacağını dedi. YUNESKO-nun Moskva bürosunun mədəniyyət sahəsində proqram mütəxəssisi Lyubava Moreva da çıxışında təcrübələrin öyrənilməsi baxımından bu tədbirlərin önəmindən danışdı.

Tədbirdə MDB ölkələri üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Tatyana Budnovanın tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxundu.

Seminarin ilk günündəAzərbaycan muzeyinin mövcud vəziyyəti”, “YUNESKO-nun Azərbaycanda mədəniyyət sahəsində son illər ərzindəki fəaliyyəti”, “Muzey ədəbi öyrədən məkandır”, “Azərbaycan muzeylərində təhsil proqramları digər mövzularda məruzələr dinlənildi. Seminarın ikinci günündə muzeylərin direktorları əməkdaşları iştirak edərək sahə ilə bağlı müxtəlif mövzularda məruzələrlə çıxış etdilər.

Milli seminar treninqin son günündə isə Azərbaycvnda muzeylərin maliyyələşdirilməsinin mövcud vəziyyəti, Azərbaycan Respublikasında muzeylərin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar barədə, tarix-diyarşünaslıq muzeylərinin durumu, müasir dövrdə muzey idarəetməsinin başlıca prinsipləri, muzeyə gələn tamaşaçılarla işin təşkili formaları müasir muzeylər: tendensiya inkişaf meyilləri kimi məsələlər müzakirə olunacaq. İlk milli seminar-treninq öz işini bu gün yekunlaşdıracaq.

 

 

Həmidə

 

Mədəniyyət.- 2009.- 22 aprel.- S. 1; 2.