Qarabağ problemi ədəbiyyatda
1-ci yazı
Qarabağ mövzusu Azərbaycan ədəbiyyatının daim izlədiyi məsələ olub. Bunu Qarabağ mövzusuna həsr olunan əsərlərdə də görmək olar. Azərbaycanın ən qədim və tarixən inkişaf etmiş ərazilərindən olan Qarabağ istər zəngin maddi və mənəvi mədəniyyəti, əvəzsiz təbii gözəllikləri, istərsə də milli maraqların, ictimai-siyasi mübarizələrin, hərbi münaqişə və müharibələrin bilavasitə mərkəzi meydanına çevrilmə gerçəklikləri ilə həm də söz-sənət adamlarının diqqətini cəlb etmiş, milli ədəbiyyatımızın başlıca tədqiqat obyektlərindən birinə çevrilmişdir. Artıq 20 ildən çoxdur ki, Qarabağda və onun ətrafında baş verən hadisələr - Azərbaycan torpaqlarına erməni təcavüzü nəticəsində bu mövzu daha da aktuallaşmış, cəmiyyətdə başlıca problem səviyyəsinə yüksəlmişdir. Lakin nə əvvəllər, nə də indi ədəbiyyatımız bu mövzudan bəhs edərkən bir milləti digər millətin üstünə qaldırmaq niyyəti güdməmişdir. Əksinə o, milli hüquq və azadlıqlarımız uğrunda mübarizəyə səsləməklə yanaşı, xəyanət və xudpəsəndliyin, zülm və irticanın, təcavüz və ekspansionizmin sonu olmadığına inandırmağa çalışmış, yolunu azmışları doğru yola səsləmişdir. Qarabağ mövzusunun Azərbaycan ədəbiyyatında təşəkkül tarixi və inkişaf mərhələləri bu mövzunun ümumiyyətlə Azərbaycanın ictimai-siyasi və sosial-mədəni həyatı ilə ayrılmaz surətdə bağlı olduğunu, milli ədəbiyyatımızın bilavasitə Qarabağ mövzusu vasitəsilə yeni-yeni bədii meyil və keyfiyyət xüsusiyyətlərinə yiyələnərək inkişaf etdiyini əks etdirir. Bununla belə, mövzunun təşəkkülü ilə bağlı ədəbi-tarixi materialların qıtlığı problemi danılmazdır ki, bu da ümumən Azərbaycan ədəbi-tarixi prosesinin tədqiqi vəziyyəti və bu istiqamətdə sistemli tədqiqata zaman-zaman göstərilən neqativ təsirlərlə əlaqədardır. Əvvəla, qədim dövrlər üçün yazılı ədəbiyyatımızın, xüsusən də nəsrimizin yoxsulluğu haqqındakı mülahizələrin “buzu” hələ də tamamilə sındırılıb-əridilməmişdir. Bədii sözdə, etnik yaddaşda sənədləşən düşüncə və mənəviyyat, folklor, dil, adət-ənənə özəllikləri olmasaydı, Qarabağı işğal etməyə, zor gücünə özününküləşdirməyə də ehtiyac yaranmazdı. Hər halda tarix bir daha göstərdi ki, Azərbaycana təcavüz, Qarabağın vahid candan qopardılması qəsdi öncə mənəvi dəyərlərimizə, qədim maddi və mənəvi mədəniyyət örnəklərimizə qəsd və təcavüzdən başlamışdır.
Azərbaycan bədii ədəbiyyatında
erməni terrorçusu
(işğalçısı) haqqında mülahizələr
Ermənistanda yaşayan
və dünyaya səpələnmiş ermənilər,
o cümlədən gənc
erməni nəsli arasında, Dağlıq Qarabağın anneksiya edilməsini «milli-azadlıq
mübarizəsi» kimi görüşlərin formalaşdırılması
istiqamətində məqsədyönlü
siyasi kurs davam etdirilir. Hətta bu «mübarizənin» son məqsədlərə çatmadığı
və orta perspektivlərdə Naxçıvan
və «Şimali Qarabağın» «azad edilməsi» üçün
yenidən müharibənin
başlanacağı tezisləri
erməni gənclərinə
aşılandırılır. Terrorçu dövlət olan Ermənistan Respublikasında nasist dəyərlərin təbliğatı
«təmas xəttində»
işğalçılar tərəfindən
«atəşkəş rejimi»nin vaxtaşırı pozulmasında da özünü büruzə
verir. «Atəşkəs
dövründə» düşmənin
hücumlarını dəf
edən Azərbaycan əsgərləri Vətən
uğrunda şəhidlik
zirvəsinə ucalırlar.
Belə bir şəraitdə, özünü
Azərbaycan övladı
sayan ziyalı düşmənin təcavüzünə
qarşı mübarizə
aparmağa qadir olan milli ideologiyanın
formalaşdırılması və əhali arasında yayılması
istiqamətində addımlar
atmalıdır. Təbii
ki, ideoloji təbliğatda geniş istifadə edilən bədii ədəbiyyat bu prosesdən kənarda qala bilməz. Diqqətəlayıq
haldır ki, son dövrlərdə Azərbaycan ədəbiyyatında
Dağlıq Qarabağ
mübaribəsi və
erməni təcavüzü
mövzusuna marağın
artması müşahidə
edilir. Bu istiqamətdə qələmə
alınmış əsərlərdə
erməni terrorçusu
(işğalçısı) surətinin verilməsi, həmçinin bu surətə xas səciyyələrin təhlil
edilməsi xüsusi maraq doğurur. Müxtəlif janrlarda qələmə
alınmış ədəbi
nümunələrdə erməni
terrorçusu (işğalçısı)
surətinin açıqlanmasının
səciyyəvi xüsusiyyətləri
özünü büruzə
vermişdir ki, onları da nisbi olaraq aşağıdakı
qaydada qruplaşdırmaq
mümkündür:
· erməni terrorçusunun (işğalçısının) Azərbaycan və azərbaycanlılarla əlaqəli olması;
· erməni terrorçusunun (işğalçısının) neofaşist ideoloji dəyərlərə riayət etməsi;
· erməni terrorçusunun (işğalçısının) daxili aləminin insanlıq və humanistlilik böhranına məruz qalması;
· erməni terrorçusunun (işğalçısının) kəskin mənəvi-psixoloji sindroma məruz qalması;
· erməni terrorçusunun
(işğalçısının) məhv edilməsi.
Müasir Azərbaycan
ədəbiyyatında əsərlərin
əksər qismində
təsvir olunan erməni terrorçularının
(işğalçılarının) millətimiz arasında böyüdüyü, bizim
adət-ənənələr və mentalitetimiz ilə
N.Qarayevanın qələmə aldığı «Daş hasar» əsərinə diqqət yetirək. Romanda erməni terrorçusu kimi qələmə verilmiş Xpes Xristofor Azərbaycanda yaşamış və Azərbaycan çörəyi ilə böyümüşdür. Azərbaycanlıların köməkləşərək Xpes Xristoforun yanmış evinin əvəzinə yeni ev tikmələrinə, imkan daxilində pay gətirmələrinə baxmayaraq, erməninin arvadı Aşxenlə birdən-birə yoxa çıxmaları, kəndi tərk etməmişdən qabaq etdikləri insanlığa xas olmayan heyvani hərəkətlər (meyvə ağaclarının, üzüm tənəklərinin, qızılgül kollarının doğrayıb böyrü üstə yerə sərməsi, evin döşəməsi və divarını oyuq-oyuq etməsi, qapı-pəncərələri sındırması) onların daxilindəki Azərbaycan millətinə olan nifrətini açıqlayır. N.Məmmədlinin qələmə aldığı «Zəngulə» romanındakı Aşot Qulamyanın obrazı da xüsusi maraq doğurur. Əsir düşmüş azərbaycanlılar içərisində duz-çörək kəsdiyi dostunun həyat yoldaşının namusuna sui-qəsd etmək istəyən və dostunun qızı Rəhimənin bir gözünü çıxardan, tanıdığı bir insanın övladını kor edən Aşot Qulamyan bu baxımdan tipik erməni terrorçusu (işğalçısı) obrazı kimi qəbul edilə bilər.
Bununla belə, erməni terrorçusu (işğalçısı)
surətinin açıqlanması
zamanı Dağlıq
Qarabağ ermənilərinin
yox, məhz Ermənistandan gəlmiş
cinayətkarların əsas
götürülməsi faktı
xüsusi qeydə alınmalıdır. E.Mehrəliyevin
«Doxsanıncı illər»
əsərində 80-ci illərin
sonu, 90-cı illərdə milli qarşıdurmanın kəskinləşməsi
istiqamətində əsasən
Qarabağ ermənilərinin
deyil, Ermənistandan və xaricdən gəlmiş xüsusi hazırlanmış qatillər
tərəfindən təkan
verildiyi qeyd edilmişdir: «...hər qayanın dalında bir erməni yatır. Silahlı, saqqallı ermənilər.
Deyirlər, o xarabadan tökülüşüb
gəliblər, Ermənistandan».
Hətta erməni şovinist təşkilatlarının Azərbaycanda fəaliyyət göstərməsi, Azərbaycanda millətçi dərnəklərin yaradılması istiqamətində fəal iş görülməsi də yazarların diqqətindən kənar qalmamışdır. Bu baxımdan, Əli Əmirlinin «Ölü doğan şəhər» romanı maraq kəsb edir. Belə ki, adıçəkilən romanda «Krunk» kimi erməni terrorçuları (işğalçıları) ilə əlaqəli olan təşkilatın Azərbaycandakı fəaliyyəti işıqlandırılmışdır. Azərbaycan təhsil sistemində işləyən erməni qadınının «Krunk»a üzv olması açıqlanır. «Krunk» adlı təşkilatın dırnaqarası fəaliyyəti müəllif tərəfindən bədii dillə təsvir edilir: «...bu təşkilata verdiyi pul insanpərvərlik, vətənpərvərlik rəmzidir. Azərbaycanda, elə Ermənistan ərazisində də yaşayan imkansız, maddi vəziyyəti ağır olan ermənilərə kömək etmək, yardım göstərmək müqəddəs iş, vətəndaşlıq borcudur. Sonralar, yəni Dağlıq Qarabağ «marafon»unun bədnam niyyəti hamıya, xüsusilə Azərbaycanda şad-xürrəm yaşayan ermənilərə məlum olan «Krunk» haqqında fikri dəyişdi. Başa düşdü ki, ayda xəzinəsinə iyirmi beş-otuz manat köçürdüyü «Krunk»un məqsədi heç də zavallı, kasıb ermənilərə yardım etmək deyil, qonşu torpağını zəbt eləmək, qəsbkarlıqdır».
Davamı gələn sayımızda
Sabutay
Mədəniyyət.-
2009.- 24 aprel.- S. 12.