Hamam hamam içində...

 

107 yaşlı İsmayıl Osmanlı

 

«Yeddi oğul istərəm» filmində Kələntər dayının dilindən səslənən bu məlum gəraylı filmin qəhrəmanlarına təbii ki, tamaşaçılara 3-4 variasiyada çatdırılır, yəni dam uçurdan dəllək - dəvə gah Gəray bəydi, gah da Komsomol BəxtiyarAmma gəraylının qəhrəmanı, sən demə, Kələntər dayıdı. Boz dağlar, qayalar arasında gəzən bu veyi qoca - Kələntər dayı buqələmuna bənzəyir. Bu qoca tülkü, yorğun, dünyanı yola salmış, ələyi ələnib, xəlbiri göydə fırlanan sərsəm bir qocanın obrazında olur. Amma tükü tükdən seçən hər kəs onu tanıyar. «Gözüm bu kişidən su içmir» bunu qosqoca bir tamaşaçı deyər. İsmayıl Osmanlının ifasında Kələntərin söylədiyi bu gəraylının sözlərində qəribə uzaqgörən sarkazm, isti bir istehza var. Bilmək olmur ki, o qoca tülküdür, yoxsa boz canavar. Cəlalı nişan alanda üzündəki ifadə ilə «bütün yaxşılıqlara ölüm» saçan mələkdir, iblisdir.

«Yeddi oğul istərəm» filmində İsmayıl Osmanlı şah epizodlarını yaradır. Kələntər dayı film boyu iki-üç dəfə oxuduğu bu gəraylı ilə bütün filmə ritm tutur. Yəni, «Yeddi oğul istərəm» filmi tamamən Kələntərin bu gəraylısı üstündə bərqərar olur. Cəlala rəhmi gəlməyən bu qoca «Nəsimi» filmində çöhrəsindən nur tökülən ustad Nəimi olacaq.

İsmayıl Osmanlı 1902-ci ildə Şəkidə doğulub. On bir yaşından yetim qalmış İsmayıl Osmanlı sırf teatr aktyoru olsa da, kinoda daha çox məşhurlaşıb. Olmazın əziyyətlərə qatlaşan, təbiətən çox şux zarafatcıl adam olub. Hərçənd ki, teatr rolları da yetərincə uğurlu idi. O, 1921-ci ildə teatr səhnəsinə çıxır. Əvvəl o, Şəki Gəncə klublarının dram dərnəklərində çalışır. 1928-ci ildən Tiflis Azərbaycan Teatrının tamaşalarında iştirak edir. 1929-cu ildən ömrünün axırınadək Dövlət Dram Teatrının aktyoru kimi işləyir. Teatrda onun ən yaxşı rolları ƏbdülSolğun çiçəklər», Cəfər Cabbarlı), ŞəkərlinskiKəndçi qız», M.İbrahimov), Surxay, Mirzə Qərənfil, Xəlil («Toy», «Xoşbəxtlər», «Əliqulu evlənir», S.Rəhman), ƏmrahPəri cadu», Ə.Haqverdiyev), Məşədi Oruc, Hacı NaibÖlülər», «Dəli yğıncağı», Mirzə Cəlil) b. idi. Bu tamaşaların sayını davam etdirmək mümkündü. Elə kinomuzda da İsmayıl Osmanlı az rollar oynamayıb. “Bakıkinostudiyası 1956-cı ildə Hüseyn Seyidzadənin rejissorluğu ilə «O olmasın, bu olsun» filmini çəkir. Bu dəfə İsmayıl Osmanlı epizodik rolda çəkilir. O, qəliz rüşvətxor müxbiri - Rza bəyi oynayır. Onun yaratdığı Rza bəy obrazı o qədər mükəmməl ustalıqla yaradılmışdı ki, sonrakı bütün rza bəylər üçün qəlib-etalon oldu. Bu Rza bəy öz əbləhliyində həm çox mənfəət güdən bir abdaldır. Üzeyir Hacıbəyovun qəhrəmanları içində savadlı bir zata xüsusi «ehtiram» duyulur. Onun bütün jestləri, sözləri bütöv bir ömrün «partiturası» nişan verir. Xırda bir epizodda İsmayıl Osmanlı qəhrəmanının əvvəlki sonrakı həyat xəttini cıza bilir.

Məhz bu üç obraz İsmayıl Osmanlını kino epizodların ustadı edir. O, ekranda çox az görünsə bütöv filmin stixiyasına təsir göstərə bilir. O, öz qocalarına bütün sifətlər bağışlaya bilər. Bütün qəhrəmanlarda, hətta ən səfehində belə tapılmış xarakter dəqiqliyi yox, bir ömrün həyat təcrübəsi hiss olunur.

İsmayıl Osmanlı həmçinin «Azərbaycanfilm»in istehsal etdiyi «Kəndlilər» (Daxili işlər naziri), «Bir məhəlləli iki oğlan» (Mahmud), «Bəxtiyar» (restoran xidmətçisi), «Həqiqi dost» (Usta Şirəli), «Yenilməz batalyon» (Yusif), «Mən ki, gözəl deyildim» (Şərif dayı), «26-lar» (Şahbazov), «Ulduzlar sönmür» (Hacı Zeynalabdin Tağıyev), «Tütək səsi» (Poçtalyon) filmlərində maraqlı, baxımlı obrazlar yaradır.

O, 1974-cü ildə yüksək fəxri ad - SSRİ xalq artisti adını alır. 1978-ci ilin iyunun 2-də aktyor dünyasını dəyişib.

Aprelin 24-ü İsmayıl Osmanlının doğum günüdü. Bu gün qoca qəhrəmanın yaşının üstünə bir yaş da gəlir - 107 yaşlı qoca...…

 

 

Aytək

 

Mədəniyyət.- 2009.- 24 aprel.- S. 10.