Naxçıvan Muxtar Respublikasının 85 illiyi qeyd edildi

 

Ölkəmizdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyi geniş qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu barədə imzaladığı 6 fevral 2009-cu il tarixli sərəncamında deyildiyi kimi, qədim tarixə, zəngin mədəniyyətə çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb eyni zamanda parlaq inkişaf yolu keçmişdir. Əsrlərdən bəri Şərq aləminin elmi-mədəni mərkəzlərindən biri olaraq şöhrət tapan bu qədim Azərbaycan torpağı neçə-neçə görkəmli alim, sənətkar tarixi şəxsiyyət yetişdirmişdir.

 

Bu münasibətlə aprelin 22-də Prezident Kitabxanasının hazırladığı «Naxçıvan Muxtar Respublikası - 85» İnternet resursunun təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov qonaqlara İnternet resursu barədə dolğun məlumat verdi. O, qeyd etdi ki, «Ümumi məlumat», «Tarix», «İdarəetmə sistemi», «İqtisadiyyat», «Elm təhsil», «Mədəniyyət», «Resurslar» adlı 7 bölmədən ibarət olan bu resurs İnternet istifadəçilərinə muxtar respublika haqqında çox dolğun operativ məlumat vermək məqsədi daşıyır.

Tarixdən məlumdur ki, bədxah qonşularımızın Azərbaycanın müxtəlif ərazilərinə, o cümlədən Naxçıvana da olan iddialarını nəzərə alaraq Prezident Kitabxanasının əməkdaşları bu diyarın qədim tarixinə dair müxtəlif mənbələrdə olan məlumatların, sənədlərin toplanmasına xüsusi əhəmiyyət vermişlər. İnternet resursun «Tarix» adlı bölməsində toplanmış bir neçə fəsildə sistemləşdirilərək istifadəçilərə təqdim edilmiş səhifələrində Naxçıvanın həm qədim dövrlərinə dair tarixi, həm muxtar respublikanın yaradılmasına gətirib çıxaran hadisələr barədə, eləcə müasir dövrə dair çox maraqlı sənədlər vardır. «Naxçıvan ən qədim zamanlardan xanlıqlar dövrünədək», «Naxçıvan xanlığı», «Naxçıvan qəzası», «Araz Türk Cümhuriyyəti», «Naxçıvan general-qubernatorluğu», «Ermənilərin Naxçıvanda törətdikləri soyqırımlar», «Naxçıvan İnqilab Komitəsi», «Naxçıvan Muxtar Diyarı», «Naxçıvan Muxtar Respublikası 1924-1991-ci illərdə» «Müstəqillik dövrü» adlanan yarımbölmələrdə Naxçıvanın müxtəlif dövrlərdəki inzibati-ərazi idarəetmə forması barədə tarixi sənədlərlə, həmçinin ilk dəfə olaraq Prezident Kitabxanasının əməkdaşları tərəfindən tərtib olunmuş Naxçıvan tarixinin xronologiyası ilə tanış olmaq mümkündür.

«Resurslar» bölməsində həm ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Prezidenti olduğu dövrdəki, həm Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərlərinin xronologiyası tərtib edilmiş, onların Naxçıvanda keçirdikləri müxtəlif görüşlərdə tədbirlərdəki çıxışlarının tam mətnləri «Heydər Əliyev Naxçıvanda», «İlham Əliyev Naxçıvanda» adlı yarımbölmələrdə istifadəçilərə təqdim edilir.

İnternet istifadəçiləri «Elektron kitablar» yarımbölməsində Naxçıvanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə incəsənətinə dair müxtəlif dillərdə olan «Naxçıvan ensiklopediyası», «Naxçıvan abidələri ensiklopediyası», «Qayıdış», N.Vəlixalının «Naxçıvan - ərəblərdən monqollaradək: VII-XII əsrlər» digər 20 addan çox fundamental kitabın burada yerləşdirilmişdir.

«Resurslar» bölməsinin İnternet istifadəçiləri üçün maraqlı olan yarambölmələrindən biri Naxçıvana dair dövri mətbuatda dərc olunmuş məqalələrin tam mətnlərindən ibarət olan «Mətbuat səhifələrində» adlı yarımbölmədir. «Görkəmli naxçıvanlılar» yarımbölməsində isə diyarın görkəmli alimləri, sənətkarları, yazıçıları, şairləri tarixi şəxsiyyətləri haqqında məlumatlar toplanmışdır. Naxçıvana dair operativ informasiya ilə maraqlanan oxucular üçün «Biblioqrafiya yarımbölməsində Prezident Kitabxanasının fondunda olan kitabların, avtoreferatların dövri mətbuatda çap olunmuş əhəmiyyətli məqalələrin biblioqrafik təsvirləri verilmişdir.

«İdarəetmə sistemi» bölməsində muxtar respublikanın Konstitutusiyasının tam mətni ilə tanış olmaq mümkündür. Bu bölmənin «Qanunvericilik hakimiyyəti», «İcra hakimiyyəti» «Məhkəmə hakimiyyəti» yarımbölmələrində muxtar respublikada hakimiyyətin bu qolları barədə İnternet istifadəçilərinə müfəssəl məlumat təqdim edilir. «Ali Məclisin sədri» yarımbölməsində isə muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun 1996-cı ildən bu günədək etdiyi məruzə çıxışlarının tam mətnləri ilə tanış olmaq mümkündür.

Məlumat üçün onu deyək ki, Prezident Kitabxanasının mütəxəssisləri bu günə qədər üç dildə «Odlar Yurdu Azərbaycan», «XX əsrin faciəsi - Xocalı soyqırımı» «Heydər Əliyev. Elektron sənədlər toplusu» İnternet layihələrini hazırlayıb oxucuların istifadəsinə vermişdir.

Tədbirdə iştirak edən görkəmli tarixçi-alim Yaqub Mahmudov qeyd etdi: “Ermənilər bizim Azərbaycan torpaqlarından hədəfə aldığı yerlərdən biri Naxçıvan ərazisidir. Bu gün ermənilərin bizə qarşı apardığı informasiya müharibəsində böyüklü-kiçikli hamısı çox aydın qeyd edirlər ki, ermənilərin ən böyük səhvi ondan ibarət olmuşdur ki, Naxçıvanın əvəzinə Qarabağı işğal ediblər. bunun çox böyük peşmançılığını çəkirlər, dünya miqyasında Naxçıvan uğrunda geniş işlər aparırlar. Bu baxımdan da bu gün burada nümayiş olunan İnternet resursu çox böyük, mən deyərdim ki, nəhəng bir işdir. bu işi görənlərin hamısına bir elmi işçi olaraq minnətdarlığımı bildirirərəm. Bu işlər belə davam etdirilsə, ermənilərin bu torpaqların ələ keçirilməsi uğrunda apardıqları informasiya müharibəsi heç bir nəticə verməyəcək».

Sonra çıxış edən akademik, tarixçi-alim Vəli Əliyev, millət vəkilləri Nizami Cəfərov, Fəttah Heydərov başqa ziyalılar Naxçıvanın inkişafında ulu öndərimizin onun siyasətini uğurla davam etdirən İlham Əliyevin böyük əməyindən danışdılar.

Tədbir Naxçıvan kitabxanasının fondunda saxlanılan kitablardan ibarət təşkil olunmuş sərgiyə baxışla sona yetdi.

 

 

Fərahim Şükürov

 

Mədəniyyət.- 2009.- 24 aprel.- S. 4.