Mədəniyyət və turizmimizin ən son mənzərəsi
Nazir Əbülfəs
Qarayev:
«Dünyanın məşhur telekanallarında Azərbaycanın
turizm imkanları haqqında reklam çarxlarının
nümayiş etdirilməsi artıq ənənəyə
çevrilib»
Bu gün ölkədə
sabitlik və ahəngdar inkişaf müasir Azərbaycan
Respublikasının reallığına, xalqımızın
həyat tərzinə çevrilir. Dövlət
başçısı İlham
Əliyev tərəfindən
müəyyən edilən
strategiya davamlı olaraq həyata keçirilir, ölkənin
sosial-iqtisadi inkişafı
təmin olunur və nəticədə xalqın rifahı ildən-ilə yüksəlir. Qeyd edək ki, yaranan
işgüzar mühit
bir sıra iqtisadi, sosial, mədəni proqramların
reallaşmasını təmin
etməklə yanaşı,
mədəniyyət və
turizm sahəsinin də inkişafına səbəb olub.
Mətbuatdan da məlum
olduğu kimi, aprelin 22-də Prezident İlham Əliyevin sədrlyi
ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir. 2009-cu ilin birinci
rübündə sosial-iqtisadi
inkişafın yekunlarına
həsr olunmuş iclasda iqtisadi inkişaf naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin
sədri Hicran Hüseynova və başqaları çıxış edərək birinci rübün yekunlarını
diqqətə çatdırdılar.
Ölkədə mədəniyyət
və turizmin inkişafı ilə əlaqədar son üç ildə ölkə başçısı
İlham Əliyevin imzaladığı 200-dən
çox fərman və sərəncamlardan danışan Əbülfəs
Qarayev bildirdi ki, bütün bunlar ölkədə mədəniyyət və turizmin
inkişafına əlverişli
şərait yaratmış,
bir-biri ilə sıx bağlı olan bu iki
sahənin sabit, müasir tələblərə
uyğun inkişafını,
başlıca istiqamətlərin
mərhələlərlə həyata keçirilməsini
təmin etmişdir.
Bildiyimiz kimi, hazırda
Azərbaycan inkişaf edən dünyanın dinamik bir hissəsi,
mədəniyyətlərarası dialoqun tərəfdaşlarından
biridir. Bu məsələyə də toxunan nazir, son üç
ildə teatr və sənət kollektivlərimizin yaradıcılıq
üfüqlərini genişləndirərək
Fransa, Almaniya, Rusiya, Türkiyə, Finlandiya, Misir, Mərakeş, Estoniya, İtaliya və digər ölkələrdə,
YUNESKO və Avropa Şurasının müxtəlif
tədbirlərində tamaşa
və konsert proqramları ilə çıxış etdiklərini
və müxtəlif sərgilər düzənlədiklərini
diqqətə çatdırdı:
«Rusiya və Almaniyada Azərbaycan Mədəniyyət illəri,
10-dan çox xarici ölkədə isə qarşılıqlı şəkildə
Mədəniyyət günləri
təşkil olunmuşdur.
Azərbaycan bu gün “Venesiya Biennalesi”, “Montre” caz festivalı kimi nüfuzlu beynəlxalq tədbirlərin
iştirakçısıdır».
Son illər Azərbaycan mədəniyyətlərarası
dialoqun mərkəzinə
çevrilir. Prezident İlham Əliyevin yüksək dəstəyi
və şəxsi iştirakı sayəsində
Azərbaycan və Avropa Şurasının birgə təşkilatçılığı
ilə 2008-ci ilin dekabr ayında Avropa dövlətlərinin
Mədəniyyət Nazirlərinin
Konfransı Bakı şəhərində keçirildi.
Məruzəsində bu hadisəni
xatırladan Əbülfəs
Qarayev bildirdi ki, 48 ölkənin, 14 beynəlxalq təşkilatın
və qeyri-hökumət təşkilatlarının
təmsil olunduğu bu konfransda mədəniyyətlərarası
dialoqa dair Bakı prosesinin əsası qoyulmuş, Bakı Bəyannaməsi və “Sənətçilər
dialoq naminə” layihəsi qəbul edilib.
Nazir
çıxışında Bakının İslam mədəniyyətinin
paytaxtı elan olunması ilə əlaqədar mart ayında
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
və bilavasitə təşkilatçılığı ilə
Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq
Muğam Festivalına da toxundu.
Məlumdur ki, Azərbaycan
Prezidentinin müvafiq sərəncamlarına əsasən mədəniyyətin
maddi-texniki bazasının inkişafı və möhkəmləndirilməsi
nəticəsində Heydər Əliyev Sarayı, Dövlət
Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Dövlət Gənc
Tamaşaçılar Teatrı ən yüksək memarlıq
prinsiplərinə uyğun şəkildə əsaslı təmir
edilib, az vaxtda Azərbaycan Dövlət Film Fondu, nadir
memarlığa malik “Muğam evi” tikilib istifadəyə
verilib. Ə.Qarayev qeyd etdi ki, hazırda Azərbaycan Dövlət
İncəsənət Muzeyində, “Nizami” kinoteatrında, Azərbaycan
Dövlət Milli Dram və Mingəçevir Dövlət
teatrlarında bərpa və yenidənqurma işləri,
Bakı şəhərində Azərbaycan Xalça Muzeyinin
yeni binasının tikintisi, Qobustan Dövlət tarix-bədii
qoruğunun muzey və inzibati binasının inşası və
ətraf sahənin abadlaşdırılması istiqamətində
mühüm işlər aparılır, M.F.Axundov adına
Milli Kitabxananın və Gəncə Dövlət
Filarmoniyasının layihələndirilməsi işləri
başa çatdırılmaqdadır.
Mədəni irsin
qorunması ilə əlaqədar prezidentin verdiyi
tapşırıqlara əsasən, son iki il ərzində
ölkədə yerləşən abidələrin
monitorinqinin keçirilməsi, dövlət mühafizəsinə
götürülən daşınmaz tarix və mədəniyyət
abidələrinin əhəmiyyət dərəcəsinə
görə yeni siyahısının hazırlanmasını da
diqqətə çatdıran Ə.Qarayev, son iki ildə “Atəşgah
məbədi”, “Xınalıq”, “Keşikçidağ” və
“Yanardağ” qoruqlarının yaradılması, qədim Şəmkir
və Göygöl şəhərlərinin tarixi hissəsinin
qoruq elan edilməsi ilə bağlı da təkliflər
verdiyini bildirdi.
Sonra turizm sənayesindən
söhbət açan nazir 2008-ci ilin yekunlarına aid
aparılan təhlillərə diqqət yönəltdi:
«Dünyada baş verən ciddi maliyyə böhranına
baxmayaraq, Azərbaycana gələn xarici turistlərin sayı
2008-ci ildə 2007-ci ilə nisbətən 39,4 faiz artaraq 1
milyon 400 mini aşmışdır.
Bu gün respublikada 230
turizm şirkəti, 370 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət
göstərir. Ötən ilin yekunlarının təhlilinə görə
mehmanxanaların sayı
2008-ci ildə 2007-ci ilə
nisbətən 16,9 faiz
artmışdır. Hazırda
ölkəmizdə daha
35 mehmanxana binası inşa edilməkdədir.
Bu göstəricilər,
cənab Prezidentin rəhbərliyi ilə sosial-iqtisadi
inkişaf sahəsində aparılan uğurlu siyasətin,
regionlara göstərilən diqqətin, yaradılan
infrastrukturun, turizmin yüksəlişinə verilən
xüsusi önəmin sayəsində mümkün olub».
Qeyd edək ki, Birləşmiş
Millətlər Təşkilatının, Dünya Turizm Təşkilatının
Avropa üzrə Komissiyasının Bakı şəhərində
keçirilmiş 49-cu iclası zamanı təşkilatın
təmsilçiləri ilə yanaşı, tədbirdə
iştirak edən 32 ölkənin nümayəndələri də
Azərbaycan turizminin sürətli inkişafını
xüsusi vurğulayıb.
Respublikanın turizm
imkanlarını təbliğ etmək məqsədi ilə Azərbaycan
2009-cu ilin birinci rübü ərzində 7 beynəlxalq turizm
sərgisində iştirak edib. Sevindirici haldır ki, CNN və
“EuroNews” kimi dünyanın məşhur telekanallarında Azərbaycanın
turizm imkanları haqqında reklam çarxlarının
nümayiş etdirilməsi artıq ənənəyə
çevrilib.
Əbülfəs Qarayev
tikilməkdə olan yeni turizm kompleksləri haqqında məlumatı
da diqqətə çatdırdı: «Bildiyiniz kimi, möhtərəm
prezidentin şəxsi tapşırığı ilə Qusar
rayonunun dağlıq ərazisində müasir tipli möhtəşəm
“Şahdağ” Qış-Yay Turizm Kompleksinin
yaradılmasına başlanmışdır. Üç ilə
yaxındır ki, Azərbaycan, Avstriya, Almaniya və
İsveçrə şirkətləri bununla bağlı
müxtəlif layihələndirmə, o cümlədən
memarlıq-planlaşdırma, texniki-iqtisadi əsaslandırma,
mühəndis-axtarış, iqlim ölçüləri və
geoloji kəşfiyyat işləri aparmış və
onları tamamlayıblar».
Ölkədə turizmin
inkişafını daha da sürətləndirə biləcək
“Turizmin inkişaf Proqramı”nın qəbul olunması, Azərbaycanın
turizm sahəsində yeganə ali məktəbi olan və
Avropa diplomları təqdim edən Turizm İnstitutunun
genişləndirilməsini də vacib məsələlərdən
biri kimi önə çəkən nazir bildirdi ki, rəhbəri
olduğu qurum qarşıya qoyulan vəzifələri yerinə
yetirmək üçün daha qətiyyətlə
çalışacaq, mədəniyyətimizin inkişafı,
təbliği, dünya müstəvisində daha əhəmiyyətli
yer tutması, yeni-yeni uğurlu yaradıcılıq nümunələrinin
meydana çıxması, mədəni irsimizin qorunması və
turizmin inkişafı istiqamətində genişmiqyaslı
proqramları, qarşıda duran bütün
tapşırıqları yerinə yetirəcək.
ZÜMRÜD
Mədəniyyət.- 2009.- 24 aprel.- S. 2.