Kitabı necə oxumalı?

 

   Sabutay

  

   Sözün gücü böyükdür. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək olar, ayırmaq da, sözlə məhəbbət qazanmaq olar, ədavət düşmənçilik .

 

   Lev Tolstoy

  

   Son vaxtlar hərə bir şeyi necə etməyin yollarından yazır. Şou-ulduza çevrilməyin üsullarından,dadlı yemək bişirməkdən tutmuş mobil telefon işlətməyə qədər hamı məsləhət verir. Ürəyimdən palaza bürünüb elnən sürünmək keçdiyindən mən bildiyim bir işlə bağlı təcrübəmi nəzərinizə çatdırmaq istəyirəm.

   Mən məişət texniki məsələlərdə piyadayam, lakin kitab oxumağa alışmış birisi kimi sizinlə bu barədə təcrübəmi bölüşə bilərəm. Kitabı, əlbəttə hərə bir cür oxuyur. Amma mütaliənin sistemli qaydalarla aparılması özü bir vacib mədəniyyət amili olduğundan, öz qaydalarımı sizinlə bölüşürəm.

    1. Bir kitabı niyə oxuduğunuzu əvvəlcədən təyin edin. Kitabı vaxt öldürmək üçün, yoxsa ciddi tədqiqat üçün oxumaq həmən kitab haqda fərqli nəticələrə gəlməyə o kitabın da sizdə fərqli təəssürat yaratmasına rəvac verir. Bundan əmin olun. Odur ki, öncə bir kitabı niyə oxuduğunuzu, səbəbə məhz bu kitabı vərəqlədiyinizi düşünün.

   2. Kitabı oxumazdan öncə, müəllif haqqında bioqrafik məlumat alın, ümumi yanaşma haqqında bir başlanğıc təsəvvürə malik olmaq üçün kitabın mündəricatını, yəni strukturunu əks etdirən səhifələrini öyrənin. Bu müəllifin ideyanı necə strukturlaşdırması, hansı skelet üzərinə ət-qan hörməsini anlamağa yardım edəcək.

   3. İlk bir neçə səhifədən sonra kitabın oxunma dərəcəsini, yəni asan, yoxsa çətingetdiyinitəyin etməyə çalışın. Aygün Kazımovanın həyatından bəhs edən kitabla, deyək ki Nəsiminin qəzəllərində din fəlsəfə ideyalarının semiotikasına hərs olunmuş tədqiqat əsəri eyni cürgetməyəcək”. Bunu təyin etdikdən sonra sürətinizi buna görə uyğunlaşdırın. Hər cümləsi məna dolu olan kitabı bir su içimi kimi oxumaq müəllifə ehtiraslı oxucunun özünə hörmətsizliyidir.

   4. Kitabla mükaliməyə girin. Materialı passiv oxumaq az zövq verir. Oxuduğunuz cümlələrin arxasındakı ideyalarla bağlı assosiasiyalar formalaşdırın, müəllifə xəyalınızda soru sorun, ara-sıra kitaba cümlələr yığını kimi yanaşmaqdan çıxıb mətnin struktur vahidləri arasındakı münasibətlərə nəzər salmağa çalışın - təbii ki, əgər vaxt öldürmək üçün oxumursunuzsa. Paraqrafdakı ideyanın ümumi müəllif arqumentinə neçə oturdulduğunu, paraqrafdan, absazdan bir-birinə keçidin hissolunmaz, yoxsa qəfil, ideyadan-ideyaya əlaqələndirilmədən adladığına diqqət edin. Öz həyat təcrübənizi mətnə gətirin. Müəllifin tezisi, onu dəstəkləyən arqumentlərə onların ifadəsi şəklinə diqqət edin. Müəllifin yazdığı qədər həyatidir? Ətraf dünyada belə şeyin olma ehtimalı qədərdir? Mətndəki obrazlar çoxmu açıq, yoxsa qapalı, küçə diliylə, yoxsa kitab diliyləmi danışır s.

   5. Əgər elmi kitab oxuyursunuzsa, müəllifin istinad etdiyi mənbələri, bədii kitabda isə sətiraltı mənaları müəllifin ümumi həyatdan,popmədəniyyətindən verdiyi metafor ideyaları izləyin. Bunlar sizə detektiv kimi kitabın astar üzünü görməyə kitabın başqa eyni mövzuya, ideyaya həsr edilmiş kitablar dünyası arasında yerini təyin etməyə yardım edər.

   6. Xoşunuza gələn, gözlənilməyən, anlamadığınız, sizə nifrət, kin, həyəcan, zövq s. bu kimi əhval-ruhiyyə dəyişikliyi gətirən parçaları ən azı iki dəfə oxuyun. Onları oxumaqla, sadəcə, kitabı daha dərindən deyil, özünüzü daha dərindən anlamış olursunuz. Əgər bir cümlə, fikir sizə qəfil ideya verirsə bu ideya sonradan axına çevrilib beyninizdə zəncir kimi ideyaları çəkib gətirirsə, kitabı oxumaq hesabına o ideyaları öldürməyin. Həmin cümləni qeyd edin, kitab oxumağı buraxın, o ideyalara fokus olun, gələn assosiasiyaların tam gəlib tükənməsinə fürsət verin, onları yazın. Həmin o fikir, assosiasiya qasırğası sonradan o kitabdan aldığınız ən dəyərli şey ola bilər.

   7. Kitab metafor obrazlarla doludursa ya təsəvvür olunması mümkündürsə, xəyalanızda oxuduqlarınızı ardıcıl olaraq canlandırın. Gözlərinizin önündə xəyalən mövzular canlansın, ətə-qana gəlsin, hərəkət etsin. Müəllif şeirdəyağışın göz yaşı”, “evli subaydeyirsə, o zaman qafanızı əziyyətə salın yağışın necə ağlayacağını təsəvvür edin, evlinin necə subay olacağı barədə özünüzdən bir şey uydurub, onu xəyalınızda canlandırın. əzbərlənəsi ya hər hansı şəkildə yadda saxlamalı olduğunuz mətni bir qəlibə salın, onun üçün qəlib, kateqoriya formalaşdırın. Məsələn, mətndə şahidlikdən bəhs edirsə, şahidin şəxsiyyəti, şahidin mövzusu, mövzuya verilən reaksiyanı, şahidin mövzunu qavrama əks etdirmə səviyyəsi kimi özünüzdən bir şeylər uydurun cümləni, ideyanı parçalayıb, hər bir parçanı o qəlibə otuzdurun. Daha dərinə getmək istəsəniz, İnternetdən mnemonika haqqında oxuyun.

   8. Kitabı bir az oxuyub, sonra uzun müddət (ay, il) fasilə verib yenidən oxumaq arzuolunmaz vərdişdir, əgər belə edirsinizsə, o zaman hər dəfəsində öncədən oxuduğunuz səhifələrə göz atmaqla yaddaşınızı təzələyin.

   9. Oxumaqla bağlı şüurlu şəkildə özünüzə aid, şəxsi-emosional vərdişlər formalaşdırın. Bu, sizi emosional duruma keçirər, mütaliəni başqa gündəlik fəaliyyətlərinizdən nisbətən fərqləndirilmiş bir halına gətirər. Mən, məsələn, kitab oxuyanda uzanmağı ya çay içməyi sevirəm. Xüsusilə xoşuma gələn parçaları ikinci dəfə ayaqüstə otaqda var-gəl edərək oxuyaram. İdeya xoşuma gəlirsə, kitab oxumağı buraxıb o ideyanı dilə gətirirəm, ucundan tutub ucuzluğa gedirəm ya başqasıyla ya da başqası yoxdursa, öz-özümlə o ideya haqqında danışıram, onu xırdalayıram. Təzə kitabı mütləq qoxlayaram, çünki kitab iyini sevirəm. Hər oxuma - belə deyək - seansından sonra kitabın son səhifəsinə qədər qaldığına baxaram. Bu, mənə zövq verir. Kitab oxumağı hadisə halına gətirsəniz, daha çox zövq alarsınız.

   ən nəhayət, oxucu kimiformada qalmağınən uğurlu yolu: eyni marağı bölüşən kitab oxumağı sevən birisini tapın. İnternet forumlar indi buna imkan verir. Belədə oxuduqlarınız, bölüşmək yoxlamaq mümkündür. Bu, həm düşüncələrinizi itilər.

 

 

Mədəniyyət.- 2009.- 29 aprel.- S. 13.