Qarabağ problemi ədəbiyyatda

 

2-ci yazı

 

Əvvəli ötən sayımızda

 

Azərbaycan ədəbiyyatında yaradılmış müxtəlif əsərlərdə erməni terrorçusunun (işğalçısının) əlinə silah alıb qəddar cinayətlər törətməsinə sövq edən «dəyərlər» sisteminin açıqlanmasına ənənəvi olaraq xüsusi diqqət yetirilmişdir. Məsələn, Mirvarid Dilbazinin «Bu bəla hardan gəldi…» poemasında ermənilərin qonşunun malına göz dikərək, torpaqlarını süni şəkildə böyütmələrinə həmişə arzusunda olduqları «Hayastan» yaratmaq kimi məkrli istəkləri bədii dillə oxucuya çatdırılır:

  

   Sonra başqa torpaqlara

   Əl uzatsın,

   Dənizlərdən dənizlərə

   Böyük Hayastan yaratsın.

 

Erməni terrorçularının (işğalçılarının) Andranik kimi qaniçən bir cəllada pərəstiş etmələri, onu milli qəhrəman səviyyəsinə qədər ucaltmaları faktları reallıqdır. A.Rəhimovun «İkili dünyam» romanında türk millətinə qarşı amansız insana xas olmayan yırtıcı hərəkətləri ilə seçilmiş Andranik kimi qaniçən, başkəsən bir iblisə heykəl qoymaları erməni millətçiliyi altında pərdələnmiş neofaşist görüşlərin realizə olunmasının əlaməti kimi qəbul edilməlidir. Həmin əsərdə erməni terrorçularının (işğalçılarının) bu münaqişəyə Azərbaycana köçürülməyə başladıqları vaxtlardan hazırlaşdıqlarını erməni mayoru Sarkisyanın «...keçən əsrdən indiyədək ermənilərdən toplanan vəsait, ikincisi isə işğal zamanı qarət edilən var-dövlət hesabına» kimi fikirləri ilə təsdiq edir. Göründüyü kimi, ermənilər istər çar Rusiyası dövründə, istərsə SSRİ kimi imperiya dövründə öz xülyalarından əl çəkməmiş, bu müharibəni aparmaqları üçün tarixən hazırlaşdıqları məlum olur. E.Mehrəliyevin «Doxsanıncı illər» əsərində Samvelin babasının da azərbaycanlılara qarşı vuruşduğu aydınlaşır. Belə ki, Samvelin dili ilə verilmiş bu «genetik nifrət» əsərdə öz əksini tapmışdır: «Hamınızı gəbərdəcəm! Kökünüzü kəsəcəm!… Bax o dağda, Qəmzə Abbas qızı mənimkiləri vurub öldürüb... Babam hələ onun qurğuşununu gəzdirir qulağının dibində... Bilirsən bunları? Mən onun törəmələrini qıracam».

Qeyd etmək lazımdır ki, bir sıra əsərlərdə erməni millətçiliyinin qüsurlu olması onların tarixi mentaliteti ilə əlaqələndirilmişdir. Bu fikir bir qədər «irqçilik» kimi görünsə belə, Ermənistanın qonşu dövlətlərin əksərinə torpaq iddiası olması ermənilərin milli, dini-mədəni görüşlərində müəyyən aqressivliyin olması barəsində tezisi irəli sürmək olar. Belə ki, Ermənistan nəinki Türkiyə Azərbaycanın torpaqlarına iddialıdır, hətta Gürcüstanın Samtsxe Cavaxetiya strateji mütəffiqi olan Rusiyanın Krasnodar vilayətinə göz dikmişdir. A.Rəhimovun «İkili dünyam» əsərində rus generalı Şatalovun dili ilə erməni terrorçularının (işğalçılarının) üzünün açıqlanması, ermənilərin bir millət kimi özəl xüsusiyyətlərinin tam işıqlandırılması faktı diqqəti cəlb edir: «Ermənilər azərbaycanlıların tam əksinədirlər. Bütün məsələlərdə özlərini görəndirlər. Hər kiçik şeyə görə mənəviyyatlarını ayaqlar altına atandırlar. Özlərini sevəndirlər. Sanki təxribat, terror üçün doğulublar. Qana susayandırlar. Ailə namusu nədir bilməyəndirlər. Özləri xəyanətkar olduqlarından onları aldatmaq çox çətindir. İşləri düşən adamın, özlərindən qolu zorluların ayaqları altında yatmağa da hazırdılar. Bunlarla dostluq etmək olmaz».

Uzun illər işlənilmiş ideoloji mexanizmin təsiri nəticəsində gənc ermənilər neofaşist millətçi dəyərləri qavramağa onları vətənpərvərlik hissləri ilə qarışdırmağa başlayırlar. Nəticədə həmin şəxslərdə dəyərlər sisteminin sınması özünü büruzə vermiş olur. «Böyük Hayastan» iftira ideologiyası erməni gənclərinin nəinki beyinlərini, hətta «ürəklərini» çürüdür. Milli ədəbiyyatımızda bu problemə diqqət yetirilmişdir. Belə ki, müxtəlif əsərlərdə ermənilərin gözlənilməz hücumlarının təsvirinin verilməsi faşistlərin hərəkətlərinin təkrarı kimi gözümüzdə canlandırılır.

Ermənilərin törətdikləri dəhşətləri, insanlığa sığmayan hərəkətləri, iztirabları, itkiləri əks etdirməsi baxımından E.Mehrəliyevin «Doxsanıncı illər» romanı maraqlıdır. Əsərdə ermənilərin törətdikləri ağır cinayətlər, Kamalın cəsədi üzərində etdikləri insana xas olmayan hərəkətlər təbii şəkildə, real təsvirlərlə verilir: «Samvel isə tələsmirdi, bıçağı Kamalın hulqumundan götürüb, əvvəlcə qulaqlarını kəsdi, avtomatınının qundağıynan vuraraq dişlərini sındırdı, sonra sinəsinə xaç şəkli çəkdi, gözlərini çıxartdı, lap axırda da soyumaqda olan meyitin başını bədənindən ayırdı...»

Nüşabə Məmmədlinin real faktlara əsaslanan «Zəngulə» əsərində Qarabağ münaqişəsi zamanı ermənilərə əsir düşmüş azərbaycanlılara verilmiş işgəncələr təsvir edilir. Ermənilərə əsir düşmüş azərbaycanlıların Xankəndi yaxınlığında bir tövlədə yerləşdirilmələri, qız-gəlinlərimizin onların əllərində oyuncağa çevrilmələri ağır da olsa, əsərdə öz əksini tapmışdır. Bu romanda təsvir olunmuş erməni yaraqlılarının əsir düşmüş azərbaycanlılara işgəncə vermələri ilə yanaşı, ölülərdən (iki yaşlı körpə onun anasından) qisas almaları erməni terrorçularının (işğalçılarının) insanlıq böhranının göstəricisidir. Əsirlərə görk olsun deyə, əsir düşmüş azərbaycanlıların cəsədlərinin onların gözü qarşısında yandırılması, öldürülmüş erməninin erməni bayrağına bükülmüş çiçəklə bəzədilmiş cənazəsinin üstündə üç cavan əsgərimizi bir-birinə zəncirvari vəziyyətdə bağlayıb, boyunlarını balta ilə vurulması, ermənilərin əsir düşmüş azərbaycanlılara etdikləri zülmlər, hamilə qadına divan tutulması erməni yaraqlılarının daxili aləmlərinin tam açılmasının, onların kəskin mənəvi humanist böhrana məruz qalmasının göstəricisidir. Bu böhranın mahiyyəti Ə.Əmirlinin «Ölü doğan şəhər» romanındakı Aşotun dili ilə yığcam aydın təsvir edilmişdir: «Ara, türk köpəy oğlu, sən bizi hərif bilmisən? Yəni sən axmaq musurman bizim torpağımızı, evimizi bizə satıb gedib kep eləmək istəyirsən? Sora deyəsən ki, erməni Aşotun anasını beləbizdə türk öldürmək şərəf işidi. Təmizləməliyik bu torpaqları onlardan, qədər ki, yayılmayıblar qovmalıyıq hamısını».

Erməni terrorçusunun (işğalçısının) keçirdiyi insanlıq humanistlilik böhranı onun daxili aləmini tamamilə dəyişmiş olur kəskin mənəvi-psixoloji sindroma səbəb olur. Bu sindromun əsas mahiyyəti erməninin dili ilə E.Mehrəliyevin «Doxsanıncı illər» romanında aydın açıqlanmışdır. Bu kontekstdə erməni cəlladı Samvelin söylədikləri kəlmələrdən sitat gətirmək məqsədəuyğun olardı: «Türkləri yaxalayıb qulaqlarını kəsəndə hər şeyi unudacağıq». Artıq Samvel üçün qəddarlıq gündəlik həyat tərzinin tərkib hissəsinə çevrilmişdir. Məhz bunun nəticəsində erməni terrorçuları (işğalçıları) qəddar cinayətkar əməlləri həmçinin öz millətindən olan şəxslərə qarşı da törətməyə başlamışlar. «İkili dünyam» romanında erməni terrorçularının (işğalçılarının) təkcə azərbaycanlılara qarşı deyil, həm öz millətlərinə qarşı qeyri-insani hərəkətlər törətdiklərini müəllif erməni Nellanın dili ilə erməni polkovniki Babayanın podpolkovniki Qriqoryanın simalarında açıqlayır: «...hər biriniz yüzlərlə günahsız erməni oğlunun öldürülməsinə bais olmusunuz. Erməni zabitlərinə, əsgərlərinə divanlar tutmusunuz. Bəli, cənab zabitlər, bunlar da sizin xidmətlərinizdi. Sizin üçün ermənilərlə azərbaycanlılar arasında heç bir fərq yoxdu. Gözləriniz elə qızıb ki, evlərə soxulub qədər erməni qadını, qızı zorlamısız, oğurluq etmisiz. Sizin xüsusi qarətçi dəstələriniz var. Bunlara deyirsiz?.. Xalqa xidmət?!

Neofaşist erməni ideologiyasının təsiri altında mənəviyyatı məhv olmuş erməni terrorçusunun (işğalçısının) milli ədəbiyyatda fiziki cəhətdən məhv edilməsi əksər əsərlərdə süjet xəttinin tərkib hissəsi kimi verilmişdir. Məsələn, A.Rəhimovun «İkili dünyam» romanında Azərbaycanlı övladı tərəfindən cəzalandırılmış erməni polkovniki Babayanın podpolkovniki Qriqoryanın öldürülməsi erməni terrorçularının (işğalçılarının) məğlubiyyəti, haqq-ədalətin qələbəsinə dair müəllifin ümidlərini özündə əks etdirir. Qarabağ dərdini birbaşa olaraq öz həyatında yaşamış Eyvaz ZeynalovunQarabağ hekayələrisilsiləsindən olan hekayələri erməni planlarının real faktlar əsasında bədii dillə ifşasıdır. Xüsusi ilə onunYad dağlardahekayəsində personajlarının dili ilə müharıbənin supergüclərin nəzarətində olduğu aydınlaşdırılır. Hekayədə rus əsgərlərinin erməninin işğal etdikləri Azərbaycan torpağında dialoqlarının verilməsi ilə bu məlum fakt diqqətə çatdırılır.

 

 

Sabutay

 

 Mədəniyyət.- 2009.- 29 aprel.- S. 12.