64 46

 

Elxan Qasımovun həyat və kino yaşı

 

Kinorejissor, aktyor Qasımov Elxan Məmməd oğlu

 

1945-ci il 24 apreldə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1961-ci ildə Naxçıvan şəhər 2 saylı orta məktəbi bitirib. 1962-66- illərdə Azərbaycan Dövlət Teatr İnstitutunda (indiki ADMİU) təhsil alıb, kinoaktyorluq sənətinə yiyələnib. 1973-78-ci illərdə Leninqrad Dövlət Teatr Musiqi Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Elxan Qasımov «Əhməd haradadır?» (1963, Şofer Əhməd), «Dağ meşəsindən»(1964, Seyfi) «Axırıncı aşırım» (1971, Vəli), «Otel otağı» (1998, Orxan) obrazlar yaradıb. Bundan başqa o, «Ürək, ürək», «O qızı tapın», «Qatır Məmməd» «Mozalan» kinojurnalında bir sıra epizodik rollara çəkilib.

Quruluş verdiyi bədii filmlər bunlardır:

«Qocalar, qocalar» - (1982)

«Köhnə bərə» - (1985)

«Biz qayıdacağıq» (2007)

Səkkiz sənədli filmə və «Mozalan» jurnalında 30-dan çox süjetə quruluş verib.

Hazırda «Azərbaycanfilm» kinostudiyasının Həmkarlar Komitəsinin sədri vəzifəsində çalışır.

Elxan Qasımovkinomuzun «Şofer Əhmədi»...…Hamı onu belə tanıyır. Şofer Əhmədi heç kim 64 yaşda təsəvvür edə bilmir. Amma yox. Aktyor Elxan Qasımovun aprelin 24-də, həqiqətən 64 yaşı tamam oldu. Düz 46 ildir Azərbaycan kinosu ilə bir addımlayır. Kinomuzu şərti olaraq bir neçə mərhələyə bölürlər. Sovet dönəmində ideologiya ilə yanaşı, öz mənəvi dəyərlərimizə xidmət edən filmlər çəkilirdi. Nümunə elə «Əhməd haradadırfilmi. O vaxtlar nöqsan tutulmuşdur ki, filmdə partiyalılıq yoxdur. Rəhmətlik Adil İsgəndərov «Mən partiyanı komediyaya qoyub, necə gülümdeməklə, məharətlə özünün filmi partiya ütüsündən qorumuşdu. Film insani hisslərdən münasibətlərdən bəhs edir. Bu Şofer Əhmədin bir obraz kimi əsas məğzidir. Elxan Qasımov Şofer Əhməd ilə kino aləminə öz möhürünü vurub.

«Axırıncı aşırım» filmində oynadığı Vəli obrazı əmisi Kərbəlayini, bolşevik Abbasqulu bəy Şadlinskini aldadır. O, (Vəli) hər iki tərəfə hörmətlə yanaşır. Elxan Qasımov özü söhbətlərində etiraf edir ki, indi Azərbaycan kinosunda (sənətində) yaranmış iki cəbhənin hər ikisinə (Vəli kimi) hörmətlə yanaşır, hər iki cəbhənin ortaq məxrəcə gəlib, qərar qəbul etmələrinin tərəfdarıdır.

«Köhnə bərə» filmi indi-indi teleekranlarda nümayiş olunur yaxşı qarşılanır. «Qocalar, qocalar» isə siyasətdən uzaq filmdir. Son illər çəkdiyi «Biz qayıdacağıq» filmi isə Qarabağ mövzusundadır. Ümumiyyətlə, Elxan Qasımov filmləri, belə deyək ki, əxlaqlı olduğuna görə, heç vaxt xəcalət çəkməyəcək.

 

 

Aytək

 

Mədəniyyət.- 2009.- 29 aprel.- S. 10.