Turizm şirkətlərinin
rentabelliyi təmin olunur
«Azərbaycanda əhalinin
sayı baxımından yerli bazar üçün təxminən
350-yə qədər turizm şirkətinin fəaliyyəti
yetərlidir. Bundan artıq sayda turizm şirkətləri
üçün fəaliyyət məkanı yoxdur». Bunu mətbuata
açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev bildirdi. Hazırda Azərbaycanda 230 turizm şirkəti
lisenziya alıb. Ona görə bu gün turizm şirkətləri
arasında real bazarı əks etdirən rəqəm 230-dur. Bu
şirkətlərin böyük qisminin fəal
çalışmadığını deyən Ə.Qarayevin
sözlərinə görə, yalnız təxminən 70-ə
qədər şirkət fəallığı, gücü və
təcrübəli mütəxəssisləri sayəsində
bugünkü turizm bazarının demək olar ki, 90 faizini əhatə
edir: «Xüsusilə qeyd etməliyəm ki, son 3-4 il ərzində
sırf Azərbaycanın daxilində fəaliyyət göstərən
xüsusiləşdirilmiş şirkətlər də
yaranıb. Yəni turistlərin xaricə səfərilə
deyil, məhz Azərbaycana cəlbi və gəlişinin təşkili
ilə məşğuldurlar. Belə şirkətlərin də
beynəlxalq səviyyədə iştirakı bizim
üçün olduqca əhəmiyyətlidir».
FƏXRİYYƏ
Mədəniyyət.- 2009.- 29 aprel.- S. 11.