35 illik sənət yolu

 

   Aşıq olub tərki-vətən olanın,

   Əzəl başdan pür kamalı gərəkdir.

   Oturub-durmaqda ədəbin bilə,

   Mərifət elmindən dolu gərəkdir.

 

                                    Aşıq Ələsgər

 

Şirvan da sənətkarlar yurdudur. Qobustan rayonu Şirvanın sənət mədəniyyət dünyasına hər zaman öz layiqli töhfəsini verir. Aşıq sənətinin inkişafında Qobustan aşıqlarının öz yeri var. Bu gün Qobustanda elə sənətkarlar yaşayır ki, sazının,sözünün sehri ilə respublikamızda tanınırlar. Belələrindən biri - ustad sənətkarımız Abbas Musaxanoğlu haqqında danışmaq istəyirəm. Onu çoxdan tanıyıram. Haqqında yazmaq istədiyimi eşidəndə təvazökarlıqla söylədi ki, vallah, tərifolunası heç etməmişəm.

Onu bütün el-oba belə tanıyır: sadə,səmimi,təvazökar. Bəlkə , elə bu təvazökarlığının nəticəsıdir ki,bu qədər tanınmasına baxmayaraq, hələ heç bir fəxri adı yoxdu. Amma bu, onu qəti narahat etmir. Səbəbini gözəl başa düşürəm. O, əsl qiymətini xalqdan alıb. Səmimiyyəti, mehribanlığı, xeyirxahlığı ilə çoxlarının ürəyinə yol tapan aşıq el-oba arasında böyük hörmət qazınıb.

Onunla bir bahar günündə həmsöhbət olduq. Yaşıl otların, rəngbərəng çiçəklərin ətrindən qoxladıqca yadıma elə həmsöhbətimin - Aşıq Abbas Musaxanoğlunun misraları düşdü:

  

   Fəsli - güldür, çəmən gülür,düz gülür,

   Al-əlvan güllərdən bir-bir üz, gülür.

   Qoxla çiçəklərin ətrin doyunca,

   Seyr etdikcə ürək gülür, göz gülür.

 

Doğru deyiblər ki, aşığı aşıq edən yazın gözəlliyi, çal-çağırıdır.

Aşıq Abbas Musaxanoğlu 35 ildir ki, əlində saz, dilində, ürəyində el-oba məhəbbəti sənətin çətin, ancaq şərəfli, sevincli yollarındadır.

Qobustan rayonunda öz musiqiçiləri ilə tanınan bir kənd, həmin kənddə isəKövlüşadlı bir bulaq var. Deyirlər bu bulağın suyundan içən aşıq olur. El-oba camaatı bu kəndiQobustanın konservatoriyasıadlandırır. Aşıq Abbas da bu kənddə - Şıxzahırlı kəndində doğulub, boya-başa çatıb. Dünyaya göz açandan elə ilk laylası da musiqi olub. Atası Musaxan kişi təkcə Şirvanda yox, respublikada tanınmış musiqiçi idi. Onun da gözəl səsi olub, amma ifaçılıq sənətinə daha çox üstünlük vermişdi. Musaxan kişinin ifa etdiyi qara zurnanın, yastı balabanın ecazkar səsi haqqında bu gün Qobustanda rəvayətlər danışılır. Musaxan kişinin oğulları musiqinin bir neçə sahəsində öz sənətləri ilə şöhrət qazanıblar. Aşıq Abbas uşaq vaxtından görkəmli sənətkarların arasında olub. “Ustadın kimdir?” - sualının cavabından bunu aydın başa düşdüm. “Ağlım söz kəsəndən evimizdə sazla, sənətlə bağlı söhbətlər eşitmişəm. Cəyirli Abbasın dastan söyləməsindən, Aşıq Şakir, Məmmmədağa Babayev, Barat Əhmədoğlu, Hacalı Hacıyev, Xanmusa Musayev başqa sənətkarlarımızın hərəsindən özüm üçün nəsə götürə bilmişəm. Bu sənətkarları bir ümmana, özümü isə bu ümmanda bir damlaya bənzədirəm”.

Gözəl səs, ilahi nəfəs Allah vergisidir. Hər adama qismət olmur. Tanrı vergisi, istedad, həvəs zəhmət birləşəndə isə kamil sənətkar səviyyəsinə yüksələ bilirsən. Aşıq Abbasın sənətində biz bu vəhdəti görürük. Gözəl saz çalmaq, söz söyləmək rəqs aşıqlıq sənətinin özəlliyini yaradan bu üçlük onda mükəmməldir. Müasir dövrümüzdə yaradıcı aşıqlar içərisində öz dəst-xətti olan bir sənətkardır. Onun sazı, sözü qulaq asanları sehrləyir. Barmaqları sazın tellərinə toxunduqda insanın ayağı yerdən üzülür. Onun ifasında bütün saz havaları, aşıq mahnıları adamın ruhunu oxşayır. Divani”dənMüxəmməs”ə qədər bütün aşıq havalarını özünəməxsus tərzdə ifa edərək saza, sözə dəyər verənlərin məhəbbətini qazanmışdır. Bugünlərdə onun ifasında eşitdiyimMansırıhavasını çoxları uzun müddət xatırlayacaq.

Aşıq Abbas bu sənəti uzun illərdir ki, layiqincə yaşadır. Sənətdə ilk uğuru 1976-cı ildə Qazax rayonunda keçirilən Aşıq müsabiqəsində qazanıb. Müsabiqənin diplomunu alan gənc aşıq sonralar bir-birinin ardınca Salyan, Şəmkir, Gəncə digər yerlərdə keçirilən müsabiqələrdə fəxri fərmanlar, mükafatlar qazandı. 1989-cu ildə Zaqafqaziya, Orta Asiya, Dağıstan, Qazaxıstan aşıqları arasındaUstadlar ustadımüsabiqəsinin fəxri diplomunu qazanıb. Keçmiş ittifaqın bir çox şəhərlərində, Çexoslovakiya, Almaniya, Fransa başqa ölkələrdə gözəl çıxışlar edib.

Aşıq Abbas Musaxanoğlu hazırda Şıxzahırlı kənd klubuna rayon aşıqlar ansamblına rəhbərlik edir. İstər rayonumuzda, istərsə paytaxtımızda keçirilən bütün mədəni-kütləvi tədbirlərin fəal iştirakçısıdır.

 

 

Sədaqət Məhərrəmli,

Qobustan rayonu

 

Mədəniyyət.- 2009.- 29 aprel.- S. 6.