Bakı Uşaq TeatrınınSehrli çarıqlar”ı...

 

   Uşaq olasan...

   ...xəyallar qurasan...

   ...xəyallarında çaşıb Allah olasan...

    Bir də “Sehrli çarıqlar”ın ola, səni gizli aləmlərdə gəzdirə...

   Ancaq həyatımız xaosun və naməlum boşluqların burulğanında ikən, nə sehrli çarıqlar tapmaq mümkün, nə də çaşıb Allah olmaq...

   Hörmətli, oxucular! Hərdən adamın qəlbindən, bax belə qəribə nə isələr etmək keçir... Sizə Bakı Uşaq Teatrının “Sehrli çarıqlar”ından danışacağam.

   Taxta stullarından tutmuş, dərinliyi qaranlıqda bitən səhnəsinə kimi adamın üzünə durub deyir ki, “Görmürsən necə yerdə sənət eşqi ilə nələr yaradırıq?” Mən biçarə teatrşünas da kirimişcə durub bütün qeyri-normal problemləri özlüyümdə normallaşdırıb gülümsünürəm.

   Bu gün neçənci dəfəsə teatr ölübdür. Bu ölümlər onun yenidən doğuluşuna, yeni həyata qovuşmasına rəvac verəcək. Uşaq teatrı isə canbəsər olmuş bu sənəti bütün varlığı ilə, uşaq paklığı və məsumluğu ilə dartıb ayaq üstə qoymaq istəyir. Araz (Elnur Əliyev) öz şıltaq qəlbini, çevik plastikasını və bütün məsuliyyətini bu yolda fəda edir.

   Ssenarisi musiqi tərtibatını Salman Qaraçöpün hazırladığıSehrli çarıqlarməndə sadəcə xoş duyğular ... oyatdı demək, teatr yazarı üçün ən pis ifadə olduğuna görə, bu xoş gözəl duyğuların yaranma səbəblərini gilə-gilə çözələmək nəticəyə gəlmək lazımdır...

   Nağıl ilə XXI əsrin reallığının sintezini yaratmış olduqları tamaşanın ruhunu musiqi açırdı... Salman Qaraçöp uşaq teatrının estetikasını, uşaq psixologiyasını yaxşı bildiyindən, nəinki uşaqlar, yeniyetmə bizdən böyüklər oturub uşaq kimi sevinir, Arazın macəralarına qoşulub özümüzü onunla identikləşdirirdik...

   Teatr rəssamlığı mənim üçün həmişə ən qəribə sahə olub. Çünki bu elə bir peşədir ki, rəssam səhnədə həyatı, tamaşanın canlılığını səhnəni doldura biləcək rənglər verməlidir. Atalarımızınadamı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlarkəlamı bu məqamda yada düşür. Tamaşaçı da ilk baxışda tamaşanı dekorasiyaya, rəssamın işinə görə qəbul edib, aktyor oyununa, rejissorun quruluşuna, musiqiyə dramaturqun qoyduğu problemin maraqlılığına görə yola salır... Burda isə hər şey çox dolğun idi... ancaq dolğunluq gözəllik vermirdi... Səhnəni o qədər doldurmuşdular ki, tamaşanın az qala süjet xəttinin qavranılmasında belə xaotiklik yaradırdı...

   Sevda xanımSehrli çarıqlarınçölünü , içini buqələmun rənglərlə boyamışdı ki, məkanı təsəvvürə gətirmək olmurdu...

   

   Sehrli çarıqlarda sevdiyim üç qəhrəman...

  

   Gənc istedadlı aktyor Elnur Əliyevin oyunlarını Azərbaycan teatr tarixinə sübbontları ilə maraqlı səhifələrdən birini yazmış məşhur mərhum teatr rejissoru Hüseynağa Atakişiyevin teatrında izləmişdim... Həmin vaxt böyük sənətkarımız bu gənc aktyora öz ampluasında uğurlu yaradıcılıq imkanları verən maraqlı rollarda çıxış etməyə sövq edirdi... Elnur ƏliyevinHerostratı unuduntamaşasındakı rolu isə mənim həmişə böyük sevinc maraqla izlədiyim oyunlarından idi...

   Araz nağıllar aləminə düşmüş orada öz sevgilisini axtaran, bu uğurda Migel de ServantesinLamançlı Don Kixotuqədər absurd qeyri-təbii müharibələr aparan müasir azərbaycanlı gəncdir... Tamaşada Elnur Əliyevin missiyası sözləri taparaq sevdiyi qıza qovuşmaqdan da yüksəkdədir. Burada tapılan sözlər; “ana”, “vətən s. çox əzablı böyük vuruşmalardan sonra əldə olunur...

   ...dəyərlərimizi qiymətləndirmək, onlara layiq olduqları dəyəri vermək üçün mütləq həmin nəsnələr qeyri-rahat situasiyada acınacaqlı vəziyyətdə, məhv olmaq səviyyəsində olmalıdırlar. Nəzərə alsaq ki, sivilizasiyaların böyüklüyündən, onların dünyada işləmə mexanizmindən, nüfuzundan asılı olaraq dünyada xalqların imici formalaşır... Deməli, bu gün biz öz dəyərlərimizdən, öz mənliyimizi təsdiq edən, onun formalaşdıran nəsnələrdən daha möhkəm yapışmalı bu uğurda bütün səylərimizi nümayiş etdirməliyik...

   Bu uğurda bir cəhdi Bakı Uşaq Teatrı etdi. Uşaq teatrının vətənpərvərlik, azərbaycanlılıq sağlam vətəndaşlıq hisslərinin formalaşmasına, inkişafına gözəl təkan verən konsepsiyası var.

   Asya Atakişiyeva- onu səhnədə baxımlı edən, tamaşaçılarda ona qarşı əvəzsiz sevgi yaradan həmişə çox mübhəm duyğularla oyununu izlədiyim bir qızın sirri, sehri çarığında yox məsumiyyətində, paklığındadır...

   Asyanın Laləsi sizin parta yoldaşınız, qızınız ən əziziniz ola bilər...

   O, tamaşada həm Xan qızı, həm Arazın sevgilisidir... Nədənsə mən daha çox Arazın sevgilisi kimi onun oyununa vuruldum. Bəlkə , bu son səhnədə onun rəngli əlbisəsindəki pak işıq sifətindəki məsum gülüş tamaşanın ideyasını, strukturunu ali məqsədini geridə qoyub hər şeyi özünə cəlb etdiyindən irəli gəlir. Asyanın oyunlarını çox izləmişəm... Bu oyunların hamısında pak, səmimi məsum bir qız görmüşəm. Hətta hərdən «əslində Asyanın aktyorluğunu kölgədə qoyan onun məsum pak görsənməsidir» deyə düşünürdüm. Ancaq elə oyunlar olur ki, ounun gətirdiyi öhdəliklərdən çıxış edərək öz paklığını məsumluğunu aktyor olmaq, obraz yaratmaq uğrundakı mübarizədə qurban verməli olur... edəsən(?) O da bu səhnənin bir gözəl rəngidir bu rəngin gətirdiyi əlvanlığı ki, heç kim heç verə bilməz...

   Çubuş... Cavanşir Məhərrəmovun plastikasını, aktyorluq sənətinə olan tükənməz məhəbbətini, səhnəyə həyatını qoymuş adamlar kimi şövqlü oyununu sevməmək mümkün deyil... Mimikası... jestləri... bütünlüklə plastikasına heyran olduğum aktyorlardan biridir... Onun tamaşadakı roluna gəldikdə isə bu balaca, itaətkar küçük Cadu Xanımın (Könül Şahbazova) əmrlərini yerinə yetirir, onun iradəsinə tabe olur, hərdən bundan imtina edib öz bildiklərini edir... Ancaq onun itaətdən boyun qaçırması heç vaxt uğurlu nəticələnmir.

   Nəhayət onlar...

   ...səhnənin dərinliyində itənlər...

   ya işığa düşməyənlər... Mənim üçün aşağıda adlarını çəkəcəyim aktyorlar obrazlar ümumi fonda itdilər... Onlar tamaşaçının yaddaşında qalacaq yüksək səviyyəli performans nümayiş etdirə bilmədilər...

   Ancaq uğurlar arzulamaq, bütün mənəvi dəyərlərimizin itdiyi...dəyişdiyi dövrdə onların məhrumiyyətlərlə dolu sənət eşqini alqışlamaq lazımdır...

   Sonda Ayaz yuxudan oyandı... nağıl bitdi... Sehrli çarıqlar isə heç vaxt gərçək olmayacaq nağıl aləminə düşdü... tamaşaçılar salonu boşaltdı

  

 

   Ziyad Quluzadə

 

  Mədəniyyət.- 2009.- 29 aprel.- S. 5.